21 iyul 2019-cu il, saat 16:00 da R.Behbudov adına Dövlət Mahnı Teatrında şair, publisist Akif Səmədin 60 illik yubileyinə həsr edilmiş anım tədbiri keçiriləcəkdir. Tədbirin təşkilatçıları Azərbaycan Yazıçılar Birliyi, Uluslararası Aktivist Sanatçılar Birliyi və Qazax Xeyriyyə İctimai Birliyidir.
Gecənin birinci hissəsində ədəbiyyat adamları ilə yanaşı rəsmi qonaqlar, UASB başqanı, şair Ümit Yaşar Işıkhan və UASB Amerika təmsilçisi, yazıçı Tulay Pırlant da iştirak edəcəkdir.
Ikinci hissədə şairin yaradıcılığından nümunələr səsləndiriləcək və musiqili qonaqların çıxışları yer alacaqdır.
Mənbə: http://kultur.az