https://c.radikal.ru/c28/1907/8a/aca59187f30d.jpg

Çağdaş Azərbaycan ədəbiyyatının görəkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü, tanınmış yazıçı Eyvaz Zeynalovun Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Asmaaltı Yayınevi” nəşriyyatı tərəfindən “Dede ve Torun ” adlı yeni kitabı Osmanlı türkcəsində 104 səhifə həcmində, 1000 tirajla işıq üzü görüb. Kitabın tərcüməçisi, tərtibatçısı, tərcüməçi Ömər Küçükmehmetoğlududur.

Qeyd edək ki, həmin gün görkəmli Azərbaycan yazıçısı Eyvaz Zeynalovun “Kış güneşi”, “Dede ve Torun ”adlı yeni kitabları işıq üzü görmüşdü.

Bundan başqa, istedadlı tanınmış yazıçı Eyvaz Zeynalovun Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində “Universal” Nəşriyyatı tərəfindən “Uşaq hekayələri və nağıllar” adlı kitabı gürcü dilində nəşr olunaraq, ictimaiyyət nümayəndələrinin, ədəbiyyatsevərlərin ixtiyarına verilmişdi.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.