TƏLƏBƏ
(Gənc folklorşünas İlkin ELSEVƏRİN şərəfinə)
Arzular böyükdür,dünya dardı,dar,
Kasıb süfrənizdə hər şey bal dadar.
Uçmağa nə gözəl qanadların var,
Hardandır bu sevda səndə,tələbə?
Ећəhərdə böyüyən kəndçi balası,
Hər kitab gözündə bir eşq qalası.
Dağların dumanı,çölün lalası,-
Səni də saldımı bəndə,tələbə?
Gəl özgə yerişlə,ayrı duruşla,
Bir nəğmə oxuyaq bu qərib quşla.
Gününü keçirib qəpik-quruşla,
Qəmli də tələbə,şən də tələbə.
…Xəyalım o uzaq illərdə qalıb,
Kimi xəbər verib,muştuluq alıb.
Anam qollarını boynuma salıb,-
Deyərdi,xoş gəlib kəndə,tələbə!
VER ƏLİMİ
Çətir tutub duman dağa,
Bəlkə dağlara qar yağa.
Saçların daldalanmağa,-
Qabağına ver əlimi.
Hər tərəfi xəzəl basıb,
Bir divanə qız əl basıb.
Bağrına nə gözəl basıb,-
Zəvvar könlüm pir əlimi.
Hardan düşdü gör bu kölgə,
Gəzib gəlib ölkə-ölkə.
Heykəl qoyubdurlar bəlkə,-
Gözüm üstə bir əlimi?!
QƏRİB OCAДћININ İSTİSİ OLMAZ
Sərhəd telləridir köklədiyim saz,
Duman da dağlarda görünür az-az.
Qərib ocağının istisi olmaz,
Gərək kül altında köz saxlayasan.
Duruşu başqadır bizdə dağın da,
Ећamama rəsmisən qonşu tağında.
Nə var əyilməyə yar qabağında,
Gərək ürəyini düz saxlayasan.
Alıb ağuşuna yenə su arxı,
Yandırır ayrılıq qorxusu arxı.
Hayandan bağrıma basım bu arxı,-
Üstümdə yalandan göz saxlayasan?!
SAÇIMI ÜЕћÜDƏN PAYIZ QIROVU
Saçımı üşüdən payız qırovu,
İllərin çəkdiyi tumardı elə.
Bu ikinəfərlik sevgi oyunu,-
Mənim uduzduğum qumardı elə.
Ruhuma şam tutan quzey qarımı?
Quşlar dimdikləyir dəymiş barımı.
Bir zaman nənəm də corablarımı,-
Deyinə-deyinə yamardı elə.
Döyür gözlərini dağda duman-çən,
Sovulmuş xırmanda hardandır bu dən?
Sən çətir tutduğun xatirələrdən,-
Ömrümə göz yaşı damardı elə.
VƏTƏN DÜZƏLDƏK
Xatirələr aramızda pərdə,bax,
Çiçəkləyib batdığım qan-tər də,bax.
Ећuşası yox,Laçını yox,dərdə bax,
Bu qəribə harda Vətən düzəldək?
Saçlarıma ənam verib qış qarın,
Həmdəmiyəm qürbətdə koğuşların.
Bu sünbüldə gözü qalan quşların,-
Dimdiyində ahımdan dən düzəldək.
…Belə hardan çıxıbdır qan ruhuma?
Məhəbbətdir,sevgidir can,ruhuma.
Mələklərin qanadından ruhuma,-
Bundan belə ayrı bədən düzəldək