Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü
Ruhum perik düşmüş qayıq kimidi,
Təlatüm anında limana gəlmir.
Baxma, bir gecəlik Ay qədər şuxdur,
Kölgəm təsbeh tutur, imana gəlmir.
Adamlar, bilmirsən, kimə güvənir,
Haqdan uzaq düşüb bəndə, dəli qız.
At getsin bu şəkli yad adam bilib,
Bir az ömür yaşa, sən də, dəli qız.
Eh, məndən bir ovuc eşq umacaqdın,
Gəlim, bu daş ömrün suvağını sal.
Mən səndən iki yaş uşağam hələ,
Mənim ad günümə duvağını sal.