Həyat kimi
Ölüm – hər şeyə bir anda son verməkdir
yazılacaq gözəl bir şeirə nöqtə qoymaqdır…
Bəlkə də o şeir
onu yazacaq şairi dünya durduqca yaşadacaq
Kim bilir?
Mən səndən həyatı sevməyi öyrəndim
Yazacağım yeni şeirə tez nöqtə qoymağı yox.
Daha gözəl yazmaq üçün
çox düşünməyi öyrəndim.
Sən elə həyatın özüsən
indi daha yaxşı başa düşürəm
sənin həyat olduğunu
məni yaşatmaq,
həyatdan zövq almağım üçün
çalışdığını

mənim həyatım olduğunu
mən həyatdan –
səndən heç bezmədim ki
bilirsənmi?..

Sahildə
Gəl, bir az da özümüz olaq
dənizə dərdimizi danışmayaq
məsələn
axmaq olmayaq bir günlük
qağayılara
çörək atmayaq
sol tərəfdəki dilənçi qıza bax
burnunu
koftasının qoluna silir
gözlərini sahilə…