“Mücrü” nəşriyyatının elan etdiyi “Qarabağ Zəfəri” adlı qısa hekayə müsabiqəsinin Təşkil Komitəsi müəllliflərin istəyini nəzərə alaraq şərtlərdə dəyişiklik edib. Belə ki, layihənin “müsabiqə” statusu ləğv edilib. Qəbul edilən əsərlər “44 GÜN” adlı ədəbi-bədii topluda nəşr ediləcək. Topluda həmçinin “Səngər” poeziya almanaxı üçün göndərilmiş şeirlər yer alacaq.
Layihə rəhbəri Müşfiq XAN layihələrin birləşdirilməsi ilə bağlı açıqlamasında bildirib: “Bir halda ki xalq olaraq şanlı zəfər tariximizin – Zəfər Gününün bir illiyini qəbul etməyə hazırlaşırıq, o zaman nəzərdə tutduğumuz müsabiqəni ayrı dönəmlərdə keçirməyi məqsədəuyğun hesab edirik. Bu hamımızın, bütün Azərbaycanın zəfəridir. Müsabiqəni də buna görə ləğv edirik, hamının əsəri yayımlanacaq, hamı qalibdir!”
Xatırladaq ki, “44 GÜN” ədəbi-bədii toplusunda dərc olunmaq istəyən müəlliflər öz əsərlərini (şeirlərini yaxud 44 sözdən ibarət qısa hekayələrini) info@mucrunesriyyati.az ünvanına adları, ədəbi təxəllüsləri və telefon nömrələri qeyd olunmaqla 8 noyabr tarixinə qədər göndərməlidirlər.
Əsərlər yalnız Azərbaycan dilində qəbul edilir və yaş məhdudiyyəti yoxdur. Hər müəllifdən yalnız bir əsər qəbul edilir.
“Mücrü” nəşriyyatı bütün müəlliflərə yaradıcılıq uğurları arzu edir.
Hər kəsin kitabı olacaq!
Qaynar xətt: 0555028932 (whatsapp və zəng)
Mənbə: https://mucru.art/