F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən azərbaycanlı nasir, dramaturq, ssenarist, Xalq yazıçısı Mövlud Süleymanlının 80 illik yubileyi münasibətilə hazırlanan “Sevilən romanlar müəllifi – Mövlud Süleymanlı” adlı metodik vəsait virtual rejimdə istifadəçilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, metodik vəsait iki hissədən ibarətdir. Vəsaitin I hissəsində “Ədəbiyyatımızın öndər yazıçılarından biri” adlanan bölmədə Mövlud Süleymanlının ədəbiyyatımıza olan misilsiz xidmətlərindən, onun yaradıcı həyatından bəhs edilib. Vəsaitin II hissəsində isə unikal düşüncə sahibi, qələm-söz ustası Mövlud Süleymanlının yaradıcılığını oxuculara daha yaxından tanıtmaq məqsədilə kitabxanalarda, orta və ali təhsil müəssisələrində keçirilə biləcək tədbirlərin planı təqdim olunub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir.

Metodik vəsait kitabxananın rəsmi saytında yerləşdirilib.

Mənbə: https://azertag.az