“Paramount Pictures” studiyasının ərsəyə gətirdiyi “Top Gun: Meverik” davam filmi dünya miqyasında gəlir əldə etməkdə irəliləyir.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, filmin kassa gəliri 1,2 milyard dolları ötüb. Rejissoru Cozef Kosinski olan ekran işi hazırda 65 xarici ölkədə 602,5 milyon dollar, Şimali Amerikada isə 606 milyon dollar dəyərində gəlir toplamaqda davam edir. Bu nailiyyətlər sayəsində “Top Gun: Meverik” artıq “Transformers 4: Yox olma dövrü” adlı fantastik filmini keçərək “Paramount Pictures” tarixində ən çox gəlir gətirən filmə çevrilib.
Xatırladaq ki, baş rolda Hollivud ulduzu Tom Kruzun yer aldığı filmin dünya üzrə 1 milyard dollar qazanması cəmi otuz bir gün çəkib. Aktyor T.Kruzun özü üçün bu bütün karyerası üzrə ən yaxşı nəticədir. Bu ABŞ-ın film gəlirləri üzrə kassa tarixində 600 milyon dollarıq davamlı gəlirlə rekord həddini aşan 12-ci filmdir.
Mənbə: https://azertag.az