Banu MUHARREM.”Gözünə batmışam, məni bağışla…”

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

Bu şəbi yeldada səni düşündüm-
Gözündə yox idim əzəl baxışdan
Bilirdim qozbeli qəbir düzəldər..
Bilmirdim kor qalar gözlər – baxışdan.

Bilirdim qozbeli qəbir düzəldər..
Bilmirdim kor qalar gözlər – baxışdan.
Mən yenə bilmədim yoxu, korluğu.
Tutmaq da alınmır qara yoxluğu .
Tapa bilməyəndə sənli toxluğu
Başımı qatmışam suyla, yağışla.

Könlüm köhlənində sazın çalanda,
Qulağım səsinə heyran olanda,
Sinəmdə ürəyim viran qalanda,
Deyirdi- ‘qəhərin gəlir, qarşıla! ‘

Yuxuma dönəndə yolun,çaşırdım
Şabalıd saçımla qolun aşırdım..
Könlünə batmaqçun hey çalışırdım..
Gözünə batmışam, məni bağışla…

Comments

“Banu MUHARREM.”Gözünə batmışam, məni bağışla…”” üçün bir cavab

  1. Bəxtiyar Avatar
    Bəxtiyar

    Çox rahat, ruhu ovudan. Tilsimdi sanki