“Mücrü” Nəşriyyatının “Proza” seriyasından işıq üzü görən “İlin hekayələri” nəsr toplusunda Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri, gənc yazar Nemət Tahirin “İlk əməkhaqqı” adlı hekayəsi də yer alıb.
Qeyd edək ki, “Mücrü” Nəşriyyatının 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun qələbəsi münasibətilə gerçəkləşdirdiyi yeni layihə çərçivəsində işıq üzü görən “44 GÜN” ədəbi-bədii toplusunda “Mübarizlər” adlı şeiri ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.