“Mücrü” Nəşriyyatının “Proza” seriyasından işıq üzü görən “İlin hekayələri” nəsr toplusunda Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycanlı gənc xanım yazar Banu Muharremin “1.. 2.. 3.. 4” hekayəsi də yer alıb.
Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycanlı gənc xanım yazar Banu Muharremin şeirləri İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunaraq ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.