“Mücrü” Nəşriyyatının “Proza” seriyasından işıq üzü görən “İlin hekayələri” nəsr toplusunda Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğlunun Qərbi Hun İmperatoru Hökmdar ATİLLAya həsr olunan “Tanrı sərkərdəsi” adlı hekayəsi də yer alıb.

   Qeyd edək ki, “Mücrü” Nəşriyyatının 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun qələbəsi münasibətilə gerçəkləşdirdiyi yeni layihə çərçivəsində işıq üzü görən “44 GÜN” ədəbi-bədii toplusunda “ALLAHın dərgahında Şəhidin öz yeri var!” adlı şeiri ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.