“Mücrü” Nəşriyyatının “Proza” seriyasından müxtəlif yaş qrupundan olan istedadlı qələm sahiblərinin bədii yaradıcılıq nümunələrini özündə ehtiva edən “İlin hekayələri” nəsr toplusu işıq üzü görüb.
Qeyd edək ki, 2022-ci ildə “Mücrü” Nəşriyyatının 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun qələbəsi münasibətilə gerçəkləşdirdiyi yeni layihə çərçivəsində “44 GÜN” ədəbi-bədii toplu işıq üzü görmüşdü. Layihənin əsas məqsədi çağdaş Azərbaycan ədəbiyyatında qələbə ruhlu şeirlərin yazılmasına və nəşrinə, eyni zamanda qələbəmizin təbliğatına dəstək, Qarabağ zəfərinə yaradıcı müstəvidə münasibəti üzə çıxarmaqdır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.