Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, yazıçı-publisist Günel Natiqin “Siz səfehsiniz?” adlı yeni kitabı işıq üzü görüb.

Kitab müəllifin oxucularla növbəti dördüncü görüşüdür. Kitabda istedadlı qələm sahibinin müxtəlif illərdə qələminin məhsulu olan ədəbi-bədii nümunuələr yer alıb.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

Qeyd edək ki, bundan öncə istedadlı yazıçı Günel Natiqin “Kağız gəmilər” (Bakı: 2015), “Məhəbbət quşları” (Bakı: 2019), “Ədəbi talelər” (Bakı: 2021) kitabları oxucuların diqqətinə çatdırılıb.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.