Martın 6-dan 9-dək Azərbaycan Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən laboratoriyaların “BAXIŞ -3” festivalı keçiriləcək.

Teatr Xadimləri İttifaqından AZƏRTAC-a bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd 4 ay ərzində laboratoriyada məşğul olan gənclərin mənimsədikləri bilik və bacarıqları nümayiş etdirmək, onları yeni axtarışlara ruhlandırmaq və teatr məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.

“BAXIŞ-3” festivalında “Rejissor”, “Aktyor” və “Eksperimental teatr” laboratoriyalarının işləri təqdim olunacaq. Dörd gün davam edən festival çərçivəsində 8 tamaşa nümayiş olunacaq. Tamaşalar Azərbaycan Teatr Xadimləri İttifaqının böyük və kiçik səhnələrində göstəriləcək.

Mənbə: https://azertag.az