Nazimə RƏŞİDQIZI.”Araza xitab”

2019-cu ildə Naxçıvana  səfərimizdə maşınımız Araz çayı boyunca hərəkət edirdi.Araz çayına xitabən deyilmişdir.

Araz,suyun bulanıqdır,

Bəlkə, qanlı göz yaşındır, sularına qarışıbdır.

Nədən, suyun bulanıqdır?

 Zaman-zaman içindəki ağrıların, acıların irinləyib, qövr eləyib sularını bulandırıb?

Bəs nə zaman yaraların sağalacaq?

 Bəs nə zaman gur suların durulacaq?

Nə zamandır axar suyun belə axır.

Gözləməkdən gözümüzdn sellər axır.

Biz qocaldıq, sənin suyun durulmadı.

Çox insanlar bu ümidlə yaşadılar, bu dünyadan köç etdilər.

Sənin suyun durulmadı.

Ürəyimi qan etmisən.

Diləyimi puç etmə ,gəl.

Niyyətimi heç etmə, gəl.

Axıt, axıt sularını, çəkdiklərin  tamam axsın.

 Sənə ögey baxanların gözlərinə qara yaxsın.

 İnanıram, lap yaxında gur suların durulacaq, bəndlərini aşıracaq.

Həm o tayım, həm bu tayım sevincindən bağıracaq:

 Araz, sənin gözün aydın!

Axar suyun bir də heç vaxt bulanmasın!

Comments

üçün 2 cavab

  1. Fəridə Babayeva Avatar
    Fəridə Babayeva

    Nazimə müəllimə cox gözəl şeirdirAllah urəyinizə sagliq , qüvvət versin.. Çox gözəl vəsf etmisiniz

  2. Sevda Dolunay Avatar
    Sevda Dolunay

    Çox duyğulu və dərin anlamlar daşıyan bir yazıdır!Müəllifə Əhsən!!!