Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri
Yaralı vəziyyətdə, “Şəhid olsam, dövlətin verəcəyi 11minlə kənd yolunu asfaltlaşdırarsınız” deyən, şəhid gizir Quliyev Nəcməddin Nadir oğlunun əziz xatirəsinə
Düşməni azara salan
Cürətinə qurban olum,
Tükənməz Vətən sevginə,
Qeyrətinə qurban olum!
Vətənə, yurda gərəkdin,
Qorxmaz igid, şir ürəkdin,
Qamətli, enli kürəkdin,
Qamətinə qurban olum!
Öləziyər, ölməz ümid,
Unudulmaz səntək igid,
Söhbətinə olduq şahid,
Söhbətinə qurban olum!
Şəhidlər müqəddəs pirdi,
Hər şəhid kitabdı, sirdi,
Son “Sərvət”- in xalqa verdi,
“Sərvət” inə qurban olum!