
Arzularımı sənin bomboz asılqanına asdım,
Ruhumu parça-parça yandırıb külümdən təpəcik qurdum.
Qaranlıq lampanda işığımı yandırdım…
Ayağının altında qurban kəsdirdim həyatımı,
Rəngləri əlindəki ağ pozana satdım
Dəyər-dəyməzə…
Keçmişi, gələcəyi, bütün zaman qavrayışını
Qolundakı mavi saata uduzdum..
İndi
İndi isə
Mənə qalan son “indi” ilə
Gözümdən son yaşı silib gedirəm…
Ölmüş ürəyimi əlindən alıb
Səninlə məzara qoyub gedirəm…
Mənbə: https://edebiyyat.az/