Arzu HÜSEYN.”Keçər ömrümüzdən illər, fəsillər”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, 
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun
Rəhbəri

Keçər ömrümüzdən illər, fəsillər,
Dəyişər tanış da, dost da dəyişər.
Bütün ümidlərdən ümid kəsilər,
Yadına o qərib arzular düşər.

Deyərsən dönəydim o günə yenə,
Sözünü sovurar küləklər səhər.
Kim bilir, bəlkə də, sənin yerinə
Ağlayar buludlar, darıxar şəhər…

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir