Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas.

Sevgi sərhəd tanımır ki, əziz insan!
Ciyərimdə hiss edirəm nəfəsini.
Nə zamansa qismət olsa görüş bizə,
Çıxacağıq ayrılığın əvəzini…
Daha gizli saxlamaq da mümkün deyil,
Mənim olmaq, sənin olmaq həvəsini!

Eşqin dönüb həyatımın mənasına,
Sözlərinə, gözlərinə oldum əsir…
Okeanın o tayından işıq gəlir,
Yenə səni düşünürəm, qəlbim əsir…
İndi necə sevdiyimi el biləcək,
Dözəmmirəm, darlıq edir qəlbimə sirr…
30.12.2017