
Məzarı daş içində,
yar gözü yaş içində,
Şəhidlər Cənnətində
yatar qumaş içində
,
Yar gözü yaş içində,
könül təlaş içində,
çətindir baş çıxartmaq
dərd dolu baş içində,
Dərd dolu baş içində,
könül təlaş içində,
yoxsulluq xar edəndi
qohum-qardaş içində,
Könül təlaş içində,
Şəhid qumaş içində,
lalələr solan yamac
qaldı xaşxaş içində…