
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Mənə elə gəlir ki,
Neçə il bundan öncə
Görüşmüşəm səninlə.
Bilməm hansı küçədə,
Bilməm hansı dalanda,
Bilməm hansı döngədə,
Bilməm saat neçədə?
Elə o vaxt, o zaman
Xatirə kimi qalıb
Ürəyimin küncündə.
Saatın əqrəbi tək
Geriyə döndü zaman.
Səni görən o gündən
Səni gördüyüm andan.
Xatirələr dil açdı,
Buz bağlamış həsrətin
Baxışıyla qəlbimə…
Bu baxışlar tanışdı
Ruhumun yaddaşına.
Məni qaytardın yenə
Eşqimin baxışına…
Sən demə, sevgisinə
Yoluxduğum adamsan.
İndi bildim dəli tək
darıxdığım adamsan…