
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QAZAX Bürosunun Rəhbəri
Məni bu yağışlara
Bu cürə qar-qışlara,
Yazığam qarğışlara
Buraxma, heç vaxt..
Hər an bu eşq doğulmaz,
Göz yaşımda boğulmaz.
Mən qurmuşam , dağılmaz,
Bu daxma, heç vaxt..
Payız ömrü yaz almır.
Çiçəkləri qızarmır.
Getdin, qəlbdən azalmır
Qanaxma heç vaxt..
Bilsən ki, can üstəyəm..
Gəlsən son nəfəsdəyəm.
Nə olsun, qəfəsdəyəm?-
Darıxma, heç vaxt..
Məni bu yağışlara
Bu cürə qar-qışlara,
Yazığam qarğışlara
Buraxma, heç vaxt..