Xoşdur səhəri, axşamı-
Parlayar bir ulduz təki,
Gün-güzaranı, yaşamı.
Qaynaran bir çeşmə kimi
Dağlar arasında,
Şəki,

Nurludur odu, çlrağı,
Həyata sönməz marağı,
Gözü tutduğu qonağı
Bəsləyər övladı kimi
Gözün qarasında Şəki,

Yürdun cavahiri, ləli,
Ləhcəsi dadlı, məzəli,
Sənin kimi bir gözəli
Sən biləni tapmaq olar
Ərzin harasında, Şəki?

Unutmaq olarmı səni-
Gözəlini, göyçəyini?
Ruhun heyran etdi məni,
Mehmanındım bu nəğməni
Şəninə yazanda, Şəki,

Ellər ruhusan, canısan,
uca şöhrəti, şanısan,
xoşbəxt olam tanısan-
sənə qayıdanda, Şəki,

Şəki- bənzərsiz diyardır,
övladların bəxtiyardır,
qoca Nuhun adı vardır
doğma ünvanında, Şəki!.