GƏRAYLI
Seçilmirdin sən mələkdən,
Amma sevmirdin ürəkdən.
Məni soruşsan, küləkdən,
Deyər qəlbim nimcan olub.
Leyli Məcnun dastandadır,
Könül mülkün zindandadır.
Görəsən indi hardadır,
Yəqin çoxdan peşman olub?!
Gedəni saxlamaz idim,
Amma sənsiz qalmaz idim,
Saralmayıb, solmaz idim,
Qəlbim çoixdan saman olub.
Həyat fani, ölüm ani,
Tanrı yazmış bu fərmanı.
Oxu müqəddəs “Quran”ı,-
İnsan üçün dərman olub.
İnsan, öncə Allahı sev,
Sonra yerdə qalanı sev.
Saf qəlbinlə ürəkdən sev,
Deməsinlər şeytan olub.