48095_107722192758552_1897880626_a

Tərcümeyi-hal

Əsədullayev Mais Əsəd oğlu Mais Təmkin. 15 oktyabr 1968-ci ildə Lerik rayonun Livədirqə kəndində fəhlə ailəsində dünyaya göz açmışdır. Hələ orta məktədə oxuduğu dövrdə əədəbiyyata, poeziyaya böyük həvəs göstərmişdir. 1986-1988-ci illərdə Ukrayna respublikasında hərbi xidmətdə olmuşdur. Ilk şeirlər kitabı ,, Bu gecə ulduzlar yaman seyrəlib,, 2003-cü ildə işıq üzü görmüşdür. Respublika Prezidenti Cənab İlham Əliyeva ithaf olunmuş ,,İlhamın gücü,, poeması 2005-ci ildə ,,Avropa,, nəşriyyatında çapdan çıxmışdır. Lerik rayon İcra Hakimiyyətinin vəsaiti hesabına nəşr olunmuş ,,Hikməti sözündə axtar,, şeirlər kitabı 2009-cu ildə ,,Nurlan,, nəşryatında oxucuların ixtiyarına verilmişdir. Hal-hazırda qələmə aldığı ,,İlhamlı günlərin nəğməsi,, poeması müəllifin sayca dördüncü kitabıdır. 1993-cü ildən dövri mətbuatda poeziya nümunələrilə bərabər publisistik yazılarla çıxışlar edən Mais Təmkin həm də ,,Azad Təfəkkür,, qəzetinin əməkdaşıdır. Ailəlidir, üç övladı var.

,,Ey könül,böyuklük almadan ələ,
Böyüklər yerində oturma hələ,
Dünyada böyüklük görmək istəsən,
Al ələ qələmi yaz böyuklərdən.
Yazmalı elə bir uğurlu dastan,
Ondan bir incəlik duysun oxuyan.

Nizami Gəncəvi

İlhamlı günlərin nəğməsi

Üzümü tutmuşam haqq dərgahına,
Ey külli aləmi yaradan Allah.
Layiq bil, üz qoyum səcdəgahına,
Sənə gətirmişəm ürəkdən pənah.

Özümü həyatda xoşbəxt sanıram,
Sənin dərgahına sığınmaq ilə.
Quş kimi göylərə qanadlanıram,
O uca adını gətirib dilə.

Gərək bağışiasın, əfv etsin məni
Nizami-o böyük dahi sənatkar,
Sındırıb üzməsin incə qəlbimi,
Deməsin, mən onu edirəm təkrar.

Əsl sənatkarlar, əsl şairlər
Böyüklər haqqında dastan yazanda
Həmişə dünyada özündən qabaq
Sənə güvəniblər həmin o anda.

Baxma ki yazmağa həvəsim çoxdur,
Mən nə Nizamiyəm, nə də Füzuli.
İlahi, bilirsən qüdrətim yoxdur,
Onlar tək yaradım seiri, qəzəli.

Tutduğum yol ki var, deyldir asan.
Mənim baş vurduğum dərin dəryadır.
Haqqı, ədaləti nəzmə çəkirəm,
Yazdığım Tanrıdan ğələn sədadır.

Həyacan içində çırpınır ürək,
Sözün dəryasında üzürəm indi
Şairlər Allahı Şeyx Nizami tək
Dəryada mirvari ğəzirəm indi.

Sən özün şahidsən, böyük yaradan,
Hələ bu dastanı başlamamışdan.

Sənə əl uzadıb, durdum salama,
Sənsən zinət verən hər bir kəlama.

Müqəddəs arzumla,saf niyyətimlə,
İstərəm başlayım bir ğözəl işə.
Böyük şəxsiyyətə məhəbbətimlə,
Bir dastan ərməğan edim gərdişə

Yazdığım, qoşduğum səbəbsiz deyil,
Zamanın hökmüdür məni dindirən,
Uca şəxsiyyətin saf əməlidir,
Könlümü coşdurub, hey sevindirən.

Məramı müqəddəs olan bir dahi,
Qəlbimə hakimdir çoxdan, İlahi.

Yurdumun bu günü, həm sabahıdır,
Xoşbəxt ğələcəyin, xoş rifahıdır.

Yazıram ilhamla,açıq beyinlə,
Arzumu, duyğumu sən özün dinlə.

Heydər atamızın əzəmətindən,
Varisi İlhamın xoş niyyətindən,
Yazmaq istəyirəm gözəl bir əsər,
Yazdığım hər sözə özün sal nəzər.

Həm ondan söyləyim, həm varisindən,
Könüllər kam alsın haqqın səsindən.

Onsuz gülüstanım olardı xəzan,
Yolunu itirmiş neçə yol azan,
Hərəsi özünü bir şah sanardı.
Heydər tək hünərvər ər olmasaydı,
Bu vətən yüz yerə parçalanardı.

Bir səda yetişdi uca Allahdan,
,,Rəhbər göndərirəm sizə sabahdan.

Elə bir rəhbər ki şir ürəklidr,
Qəlbi xoş arzulu, xoş diləklidir.

Ona arxa olun, dayaq olun siz,
Onunla şad olar sizin qəlbiniz

Onunla fəxr edər, öyünərsiniz,
Onsuz dərdə-qəmə bürünərsiniz.

Bu xalqı, milləti tanıdan gərək,
Eşqi haqdan gərək,Tanrıdan gərək.

O elə rəhbərdir, zəkası nurlu,
Qartal tək vüqarlı, dağ tək qürurlu.

Nurlu gələcəyə aparır xalqı,
Bacarır seçməyi haqqı, nahqqı.

Tanrının səsini eşidən bir xalq
Daim zəfər çalar, əlində bayraq.’’

Xalq, millət yığışdı hamı bir yerə,
Qəlbdən dəstək oldu Ulu Öndərə.

Tək Azərbaycanmı səs veri ona,
Xalqımın qəhrıman, cəsur oğluna?

Bütün Türk dünyası, İslam dünyası,
Dedi; Rəhbər olsun elin atası.

Xalqı nicat tapdı xoş gəlişindən,
Hamı razı qaldı onun işindən.

Millətin yolunda can fəda etdi,
Xalqa güvənməklə kamına yetdi.

Amalı tanrıydı. Bir də Peyğəmbər,
Onunçün adına deyildi; Heydər.

Peyğəmbər buyurub; ,,İtaət edin,
Sizi sevənlərin ardınca gedin.’’

Zəka sahibləri mində biridi,
Rəhbərlər Allahın elçiləridir??

Xalqı əsarətdən qurtaran oldu,
Fərhad tək dağ çapıb, dağ yaran oldu

Doğdu ömrümüzə bir günəş kimi,
Yaşatdı qəlbində elin eşqini.

Millətin səsinə qarışdı səsi,
Düşmədi dilindən ,,Vətən’’ kəlməsi.

Ayağa qaldırdı xalqı, milləti,
Mat qoydu özünə bəşəriyyəti.

Gəzdi qarış-qarış bütün cahanı,
Tanıtdı dünyaya Azərbacanı.

Dirçəldi ölkədə mədəniyyəti,
Yüksəltdi göylərə incəsənəti.

Sözünün mənası dərindən-dərin,
Bilirdi hər sözün məqmın yerin.

Bütün elmlərdən xəbərdar idi,
Arzusu gül açan xoş bahar idi.

Xalqını sanmaqla könül sirdaşı,
Haqqın dərgahına ucaldı başı.

Haqsızı susdurdu haqqın səsiyilə,
Vətən sevgisiylə, Xalq sevgisiyə.

Xalqın ürəyiydi, vuran nəbziydi,
O haqdan gəlmişdi,haqqın səsiydi.

Hər sözündə hikmət, hökmündə kəsər,
Ömrünü xalqına bəxş etdi getdi.
Azərbaycan adlı böyük bir əsər,
Xalqın tarixinə nəqş etdi getdi.

***
Nə etmək ucalar ucası Allah,
Bəyənib sevdiyi güiü aparır.
Əzrayıl baxsa da ölüm işinə,
Yaxşısı Allahın özü aparır.

Bənzərsiz ölmüylə, pak məramıyla.
Tanrı dərgahına apardı onu.
Müqəddəs atanın ölüm xəbəri,
Sarsıtdı bir anda vətən oğluna.

Qəlbləri sarsidan buacı xəbər,
Yayıldı bir anda bütün cahana.
Millətin bir məsud, xoş məqamında*
Müsübət üz verdi Azərbaycana.

Doğradı qəlbləri ağrı-acılar,
Dənizə çevrildi insan axını.
Göz yaşı axıtdı ana-bacılar,
Dərd-kədər bürüdü uzaq-yaxını.

Bu qoca dünyanın hər bir bucağı,
Şərikdir xalqımın ağır qəminə.
Didərgin yurdların sönmüş ocağı,
Alışdı, odlandı el matəminə.

Matəmə qərq olub güllər, çiçəklər,
Ağlayır, sızlayır yolların üstə,
Gedir son mənzilə uca babamız
Xalqın bükülməyən qolları üstə.

Xiyaban içində durub mükəddər,
Ürəyi qubarlı nəvə ağlayır.
Baba həsrətinə , baba dərdinə,
Göz yaşı tökdügcə ürək dağlayır.
Inanmır hələ də Baba hüznünə,
Kədəri qəlbindən axır dilinə:

-Bu ellər səninlə nə bəxtiyardır,
Hə anı ətirli güllü bahardır.
Hələ qəlbimizdə çox arzu vardır,
Getmə, şanlı baba, getmə, sən Allah.

Əgər olmasaydı zəhmətin, səyin,
Sönərdi ahəngi min-min ürəyin.
Sən-xalqı, milləti düşünən beyin,
Getmə, şanlı Baba, getmə, sən Allah!

Yol alır cənnətə bir ulu insan,
Haqqın, ədalətin mücəssəməsi.
Torpağa tapşırır onu bu cahan,
Yüksəlir göylərə “Yasin” surəsi.

Susur ehtiramla insan axını,
Ətrafa nur saçır “Quran”ayəsi.
Cismi aramızdan getsədə onun,
Millətin üstündən getmız sayəsi.

Xalqımın, millətimin
sevgili sultanı Baba,
Ölümün üzdü tamam
Azərbaycanı Baba.

Hüznə qərq oldu təmamən
elimiz,millətimiz
Edir ziyarət hər il “Fəxri-
Xiyaban”ı, Baba.

Millət ağ günlərə çıxdı
işıqlı ağlın ilə,
Bizə sən bəxş elədin bir
belə dövranı, Baba!

“ Həcər-ül-Əsvədi” öpdün
dolanıb Kəbəni sən
Qazanıbsan sağ ikən
cənnəti-rizvanı, Baba.

Cəng meydanına ər
tək atılıb cəng elədin,
Qəhrəman ölkəmizin, ey
Şiri-Aslanı, Baba.

Ömrünün hər anı
səlnamələrə həkk oldu,
Həm yazan sənsən onu,
həm də qəhrəmanı Baba.

Böyük oldun böyüyə, həm
kiçik oldun kiçiyə,
Hamının sevgilisi, dostu-
mehribanı Baba.

Sən kimi dahini dünya
daha kəşf etməyəcək,
Iki əsrin ən uca, ən nəcib
insanı Baba!

Ata sevgisinin alqışındayıq ,
Şəninə nəğmələr yarışındayıq.
Müqəddəs ruhunun işığındayıq,
Şad görüm rhunu, ey Heydər Ata.

Sən elin qəlbində sonsuz həvəsdin,
Göydən nazil olmuş ilahi səsdin.
Əzmin, hünərinlə biryolluq kəsdin
Zəka silahını, ey Heydər Ata !

Onda ki müsibət ərşə dayandı,
Yatan dünya haqq səsindən oyandı.
Gecəli-gündüzlü düşündün, andın
Yurdun sabahını, ey Heydər Ata.

Xalqın haqq səsini dünyaya yaydın,
Sən xalqa Tanrıdan verilmiş paydın.
Nizıdən, qılıncdan kəsərli saydın
Zəka silahını, ey Heydər Ata!

Gül çiçəkdən xəbər aldım:
-Xəzan düşsə solmazsan ki?
-Mən solsam da, yaz gələndə
Min-min çiçək bitər, – dedi.

Sual verdim şən bülbülə:
-Güllər sussa, susmazsan ki?
-Bu torpaqda çiçək solmaz,
Dilim hər vaxt ötər, -dedi.

Dedim: – günəş, hey yanırsan,
Bu yanmaqla sönməzsən ki?
– Bu atəşim, hərarətim
Məhşərəcən yetər, -dedi.

Dedim: – dağlar, nə ucasan,
Qürürundan enməzsən ki?
-Kim əbədi qalandır ki?
Gələn bir gün gedər, -dedi.

Əl çəkmədim həvəsimdən,
Dönüb sordum ürəyimdən?
– Heç əbədi olan varmı?
Bunu mənə deməzsən ki?
Qəlbim coşdu bir ilhamla,
Qətiyyətlə, ehtiramla,
“ Heydər” – dedi, “Heydər” –dedi !

Ulu rəhbər! Sənsən əzbər
Milyonların dilndə
Sən əbədi bir günəşsən
Azərbaycan elində.
Nəfəsinlə ətir saçır
Bu müqəddəs torpağın,
Göy üzünün Kəbəsidir
Əzəmətli bayrağın.

Bu gün sevinc gül açırsa
Körpələrin dodağında,
Nəmələrin ruzi varsa
Təknəsində, tabağında,
Xoş səadət parlayırsa
Millətimin sabahında,
Min şeiriyyət çağlayırsa
Ilhamımın söz bağında…
Dünya yaşamağa dəyər,
Ömür yaşamağa dəyər!

Ulu rəhbər! Sənsən zəfər
Yenilməzdir qüvvətin.
Sən əbədi rəhbərisən
Bu xalqın, bu millətin.
Sən bir tale günəşisən.
İşığından nur alır,
Al geyinir asiman.
İşığınla açılır
Sabahımız hər zaman.

Bu gün şükran oxunursa
Süfrələrin duasında,
Saf diləklər boy atırsa
Anaların laylasında,
Əsrarəngiz məna varsa
Ömrümüzün hər anında

Azadlığım bərq vurursa
Ağ göyərçin qanadında…
Ömür yaşamağa dəyər!

Ulu rəhbər! Ey hünərvər,
Sən vətənin özüsən.
Onun xoşbəxt taleyində
Qızıl xətli yazısan.
Dünyama nur yağar ki,
Inanc dolu həyatda
Yaşamağa nə var ki!
Göyər arzularım, göyər!
Ömür yaşamağa dəyər!
Dünya yaşamağa dəyər!

Cismən tərk etsə də bizi atamız,
Qoyduğu doğru yol , məram duracaq.
Dönməz iradəsi, dəmir əzmiylə
Indi önümüzdə İlham duracaq…

Millətin taleyi, Xalqın rifahı,
Daim düşündürür onu dərindən.
Vətənin, torpağın xoş sabahını
Dönmədən qoruyur düşmən şərindən.

Məqsədi, məramı əmin-amanlıq,
Qan-qada istəmir , sülhə can atır.
Hərbin xislətindən deyilmi məgər,
Torpaqda nə qədər günahsız yatır?

Xalqın istəyiylə istəyi təndir,
Daim xidmət edir Azərbaycana.
Dərin zəkasıyla, iradəsiylə,
Zəfər müjdəsini yayır hər yana.

Olsa da kədəri hamıya bəlli,
Yenə də özüdür Xalqa təsəlli.
Rəbbin bəndəsinə budur köməyi,
Qadir əllərdədir Xalqın taleyi.

Sönməz işığsan elin, obanın,
Qeyrət simvolusan Azərbaycanın.
Ruhu pərvaz edir Heydər Atanın,
Oldun yurda layiq ərən, İlhamım.
Qoy uca amalın mübarək olsun,
Ey xalqın önündə duran İlhamım!

Odlar diyarının nurlu sabahı,
Xoşbəxt gələcəyin əmin rifahı.
Darda qalanların ümid, pənahı.
Zülmətin bağrını yaran İlhamım.
Qoy uca amalın mübarək olsun,
Ey Xalqın önündə duran İlhamım.

Alqışa yüksələn əl səninlədir,
Ürək səninlədir, dil səninlədir,
Ellər pənahısan,el səninlədir,
Xalq səni əzizlər hər an, İlhamım.
Qoy uca amalın mübarək olsun,
Ey Xalqın önündə duran İlhamım

Əlacsız dərdlərin sənsən dərmanı,
Səndə qayalaşıb Xalqın gümanı
Daha da yüksəltdin Azərbaycanı,
Hər zaman yaradıb-quran İlhanım.
Qoy uca amalın mübarək olsun,
Ey Xalqın önündə duran İlhamım!

Nə qədər qursa öz hiyləsini,
Haqsız boğa bilməz haqqın səsini.
Xeyirin şər üstə qələbəsini
Gördü gözləriylə cahan, İlhamım.
Qoy ucaamalın mübarək olsun,
Ey Xalqın önündə duran İlhamım!

Köksümə sığmayır nəşəm, şadlığım,
Şairəm, haqdadır qoşub-yazdığım.
Sizə kömək olsun o əl basdığın
Kəlamı müqəddəs “Quran” İlhamım.
Qoy ucaamalın mübarək olsun,
Ey Xalqın önündə duran İlhamım!

Zəkalı Öndərə layiqli varis,
Məramı müqəddəs, diləyin təmiz.
Səninlə öyünüb, fəxr edirik biz,
Safdır könıündəki məram, İlhamım.
Qoy ucaamalın mübarək olsun,
Ey Xalqın önündə duran İlhamım!

O, zirvələr hökmdarı
Bir dahinin balasıdır.
Ucalıq var xislətində,
Ucalarda qalasıdır
Millətin gənc Prezidenti!

Təmsl edir Avropada,
Şanlı odlar ölkəsini.
Gur səsiylə hayqiracaq,
Bir dün zəfər nəğməsini.
Millətin dənc Prezidenti!

Ucalıqda haqq səsimiz,
Dünya bizə açır qucaq.
Xoş günümüz hələ öndə,
Çırağımız gur yanacaq…
Millətin gənc Prezidenti!

Yurdumun zəfər sorağı
Bürüyəcək kainatı.
Uca göydən Ata ruhu,
Seyr edəcək bu busatı,
Millətin gənc Prezidenti!

Boğa bilməz böhtan, şər
Xalqımın azadlığını.
Mən ,,Azadlıq’’ deyəndə
Düşünürəm hər zəman
Yurdumun abadlığını.

Istəyirəm vətənim
Azad olsun yağıdan.
Lənətə dücar olsun,
Yurdumu talan edən,
Viran qoyan, dağıdan!

Xalqımızı ağ günə
Çıxaran oğul gərək.
Böyük zəka sahibi,
Düşüncə, ağıl gərək.

Azadlığı görürəm;
Millətimin ər oğlu,
Qeyrətli Heydər oğlu,
Ilhamın timsalında,
Müqəddəs arzusnda,
Gözəl, xoş amalında.
Vətənin yenilməyən
Üçrəngli bayrağında.
Qarabağ torpağında,
Şuşa-Cıdır düzündə,
Bir dahi mərdzadənin
Əməlində, sözündə.

O, Heydər Atamızın
Layiqli Varisidir.
Xalqımın zirvələrdən
Yüksələn haqq səsidir.

Arzusu ülvi, təmiz,
Xalqına həmdəm, əziz,
Qəlbi çağlayan dəniz.
Iradəli, dözümlü,
Azadlığın yolunda
Cəsur, mətin dayanan,
Xalqla coşub-qaynayan,
Vüsəti eldən alıb
Elə sevinc paylayan,
Azərbaycan Xxalqımın
O, hünərvər oğludur.
Çünki Heydər oğludur.
Bu millətin köksündə
Bir döyünən ürəkdir.
Azərbaycan Xalqına
Vurən ürək gərəkdir.
Xalqın sərkərdəsidir,
Koroğludur, Babakdir.
Vətənin haq səsidir,
,,Haqq’’deyən nəfəsidir.

Haqq səsinə səs verən
Xalq var,milləti var.
Bu xalqın qüdrəti var
Bu ağlın, bu zəkanın
Çücü var, qüvvəyi var
əyilməyən qolunda.
Çünəş kimi sönməzdi,
Şəəq saçar hər zaman
Bu millətin yolunda.

Həqiqət yolunda verib səs-səsə,
Uğura, zəfərə səs verdi Xalqım.
Ülvu bir insanın dəyanətinə-
Qeyrətə, hünərə səs verdi Xalqım.

Günəş tək nur saçan kəndə, şəhərdə,
Əyilməz, yenilməz, sarsılmaz ərə,
Zülmət gecələri yaran səhərə,
Işıqlı günlərə səs verdi Xalqım.

Heydər Varisinə məhəbbətiyilə,
Xaş arzu, istəyi, saf niyyətiylə.
Göydəki Allahın mərhəmətiylə,
Yerdəki Rərbərə səs verdi Xalqım.

Müqədəs,,Quran’’a and içən zaman,
Sonsuz qəhər qondu məsud anınaa.
Bir qüssə qəlbində qövr etdi yaman,
Yollandı ,,Şəhidlər Xiyabaı’’na.

Süzür xiyabanı göz yaşlarıyla,
Məzarlar üstünə səpir gül-çiçək.
Hüzünlü, nigaran baxışlarıyla,
Söyləyir; -,,Unutmaz sizləri ürək.’’

Tərk etmək istəmir o, xiyabanı,
Niskli süzülür daş məzarlara.
Ən böyük səcdəgah sanır bu yeri,
Əyir ehtiramla baş-məzarlara.

Hər məzar önündə əyildikcə o,
Qopur ürəyində min ağrı, min ah.
Başını qaldırır uca göylərə,
Bir nida göndərir qeybdən Allah.

Ər igidlər, qəhrəmanlar ,
Elin dərdinə yananlar,
Əbədiyyət qazananlar
Bu dünyada ölməz olur.

Şəhid olub köçənlərim,
Yağıları biçənlərim,
Vətən andı içənlərim
Öz əhdindən dönməz olur!

Torpaq udub çox ərləri,
At oynadan ərənləri,
Ülviyyətin şölələri
Daim yanar , sönməz olur!

Vətən üçün töküb qanlar,
Vətənləşdi qəhrəmanlar.
Şan –şöhrətə ucalanlar
Zirvələrdən enməz olur!

Ömrünün –gününün cavan çağında,
Əyləşib rəhbərim iş otağında.

Fərman imzalayır xeyrinə xalqın,
Qalır hər dərdinə-sərinə xalqın.

Xalqın rifahını düşünür daim,
Yurd eşqi qəlbinə kəsilib hakim.

Millətin dərdinə odur qatlaşan,
Elin qəlbincədir əməli, işi.
Sənədlər masada qalaq-qalaqdır,
Bu milyon iş yeri, bu neft sazişi.

Dünyanı özünə heyran eylədi,
Rəngi qara, özü qızıl neftimiz.
Böyük siyasətdə fantan edibdir,
Rəngi qara, özü qızıl neftimiz.

Torpağıma verir vüsət, yaraşıq,
Bakı –Ceyhan bir millət, bir qardaşıq.
Bu günümdən sabahıma gur işıq,
Rəngi qara, özü qızıl neftimiz.

Sazişlərə Heydər Ata çəkib qol,
Tanrım , eylə bu sərvəti daim bol.
Xalqın əmin sabahına açır yol,
Rəngi qara, özü qızıl neftimiz.

Dolanıb dünyanı o, qarış-qarış,
Sadiq yol-yoldaşı Vətən sevgisi.
Zəfərə qol atıb hər səfərində,
Qalibdir yurdumuz – Odlar ölkəsi!

Qeyrətə səsləyir əzmiylə eli,
Səsinə səs verir hər Vətən oğlu.
Bu ana torpağın ər igidləri,
Hərəsi bir Babək, bir qoç Koroğlu!

Dərin düşüncələr, fikirlər onu
Alır ağuşuna dalğalar kimi.
Gərir dalğalara polad köksünü,
Xilaskar yelkənli nəhəng bir gəmi.

Haqqın yolundadır gənc Prezident,
Sadiqdir Öndərin siyasətinə.
Böyüyə ehtiram bəsləyən bir kəs,
Dünyada heç vədə düşməz çətinə.

Düşmür Şah atanın adı dilindən,
Daim yad eyləyir Ulu Öndəri.
,,Balaca,, Heydərin tutub əlindən,
Gəlir ziyarətə Böyük Heydəri.

Məzarlar önündə dalır sükuta,
Yad edir atalı keçən günləri.
Atalı anları xatırladıqca,
Titrəyir qəlbinin incə telləri

Son qoydun xalqın ahına,
Nur çilədin sabahına.
Ucaldın haqq dərgahına,
Şanlı atam!

Sən Ustad, mən şagird oldum,
Sevgin ilə yaşa doldum.
Yol-ərkanı səndən aldım,
Şanlı atam!

Heyif, vaxtsız köçüb getdin,
Köçüb ürəklərdə bitdin.
Kamalınla kama yetdin,
Şanlı atam!

Eşqin uca, zəkan dərin,
Qürurusan nəsillərin.
Müstəqillik şah əsərin,
Şanlı atam!

Dalır sonsuz xəyallara
Gənc rəhbərim hüzn içində.
Haray çəkir duyğuları
Ana heykəli önündə.

Yad eyləyir anasını,
Həyatının mənasını.
Cana gəlir sanki heykəl,
Xiyabana nur çilənir.
Ananın saf çöhrəsində
Məlakələr güzgülənir.

O özü də bir mələkdir,
Eşqi təmiz, qəlbi zərif.
Ülviyyətdir ana torpaq,
Yerdən göyə nur ələnib.

Nur verib gözündən neçə gözlərə,
Şöləsi əridib qaranlıqları.
Bəşər övladına məhəbbətiylə
Günəşə döndərib dumanlıqları.

Cənnət bəxş eyləyib saysız qəlblərə,
Indi öz məkanı cənnətə dönüb.
Dillərdə söylənən ,,Zərifə’’adı,
Bitib-tükənməyən sərvətə dönüb.

Dayanıb məzarlar önündə rəhbər,
Burda sevgi bütöv, məzar qoşadır.
Əbədi yaşamın tək bir yolu var,
Insanı xeyirxah əməl yaşadır…

Dayanıb rəhbərim-gözlərində qəm,
Neyləmək, əzəldən belədir aləm.

Tanrının hikməti dərsdir insana,
Qəm-sevinc qol-qola gəlib cahana.

Bu dünya üzündə hər şey qoşadır,
Insanı xeyirxah əməl yaşadır…
——————————————-
O böyük ananın, şanlı atanın
Adı qoşalaşıb dillərə düşdü.
Şükür Allahıma, xalqın taleyi
Yenə də sarsılmaz əllərə düşdü.

Ey uca millətin uca rəhbəri,
Əsil-nəsəbdəndir xeyirxahlığın.
Sələfindən gəlir üzü ağlığın,
Sənin rəhbərliyin, sənin şahlığın
Mən ,,şair,, olduğum illərə düşdü.

Bu gündən boylanıb baxdım dünənə,
Varmış bəxtimizdə ilahi məna.
Uca Tanrımızın seçimi sənə-
Əbədi səadət ellərə düşdü.

Xeyir-duasını Tanrıdan aldı,
Hünər meydanında qələbə çaldı.
Amalı, eşqiylə daim ucaldı
Günəş tək göylərdə doğan Prezident.

,,Hə,, dedi millətdən gələn seçimə,
Inandı qeyrətli xalqın gücünə.
Xoş arzu , ilhamla xalqın içinə
Həmişə üzüağ çıxan Prezident.

Qorunub şərindən bədnəfəslərin,
Kəsir sədasını ,,bayquş,, səslərin.
Sədaqət andına dönük kəslərin
Başında şimşək tək çaxan Prezident!

Dağlar tək vüqarı, qüruru ilə,
Hər yeni səfəri, uğuru ilə,
Həqiqət işığı, haqq nuru ilə
Azman yağıları yıxan Prezident.
Şəri , qaranlığı boğan Prezident.

Xalqına , elinə bir həmdəm kimi,
Qəlini millətə edib şəm kimi.
Dərdə şəfa verən saf zəm-zəm kimi,
Yanar ürəklərə axan Prezident.

Millət,xalq sevgisi hopduqca qana,
Məhəbbət nurunu saçır hər yana.
Nura qərq etdiyi Azərbaycana
Heydər zirvəsindən baxan Prezident!!!
………………………………………………………………

Vətən bizim and yerimiz,
Bu vətəni hər birimiz
Gülüstana çevirməli,
Yağıları devirməli,
Bizə xəyanət edəni,
Bizlə ədavət edəni
Yolumuzdan götürməli,
Zibil kimi süpürməli
Xəyanətkar cəlladları,
Vəhşiləri, manqurdları!!!
Sən adamda bir üzə bax,
Söylədiyi bəd sözə bax.
Nə həya, nə ar eyləyir,
Öz adına car eyləyir,

Üzeyirin nəğməsini,
Nizaminin ,,Xəmsə,,sini.
Məni məndən alana bax,
Bu böhtana, yalana bax!

Bu hiyləsi , yalanıyla,
Yurdumdakı talanıyla
Düşmən mənə verir dərdi ,
Başdan-ayaq bu ki şərdi!
Bu vətəni bölmək istər,
Sonra durub gülmək istər,
Içimizdən bizi yıxan,
ətimizi şişə çəkən
Harınlara, azğınlara,
Leş axtaran quzğunlara!
Susayıb xalqın qanına,
Duşmənin dəyirmanına
Su tökənə nə ad verək
Belə dərdə dözmür ürək.
Nə söyləyim yağıları,
Rəzil, nankor dığaları
Üstümüzə hayqırana,
Xocalıda soyqırıma
əldə badə nuş eyləyən,
baharımı qış eyləyən
rəzillərə, alçaqlara,
yurdu satan yaltaqlara?
Düşmənlərin qədəminə
Açılırsa qapı məndən,
Demək özgə baltasının
Yonulubmuş sapı məndən.
Bu torpağa xor baxanlar,
Gözü varkən kor baxanlar,
Birdəfəlik eşitsinlər
Nə qədər ki bu vətənin,
Bu torpağın, məmləkətin
Koroğlusu, Babəkləri
Çin eyləyir könüllərdə
Xoş arzuyla diləkləri,
Xətailər qeyrətiylə
Coçdurursa ürəkləri,
Sola bilməz bu vətənin
Cülüstanda çiçəkləri!
Bu torpağı sevənlərin,
Igidlərin, ərənlərin
Qeyrətini, hünərini,
Uğurunu , zəfərini
Alqışlayıb, əzizləyib
Oxşayacaq Azərbaycan,
Xoş arzular qovşağında,
Həqiqətın işığında
Yaşayacaq Azərbaycan!
Yaşayacaq Azərbaycan!!!
………………………………………

Baxmayır çovğuna, baxmayır qara,
Gah Gəncəbasarda, gah Arandadır.
Baş çəkir Ağdaşa,Qaxa, Ucara,
Gah da Astarada,Lənkərandadır.

Gəzir bölgələri o, qarış-qarış,
Toy-bayram eşqi var hər səfərində.
Xalqın sevgisidir coşub –çağlayan
Könül arzusunda, diləklərində.

Vətənin başına Cənab Prezident,
Şam-səhər dolanan bir pərvanədir.
Qəlbləri coşduran hər xoş söhbəti
Özü tək ucadır, bir şahanədir.

Elin şad günündə şadlanır-gülür,
Qəmli günlərində qəmlidir, gülmür.
Milləti səsləyir xoş gələcəyə,
Olub –keçənləri unuda bilmir:

Büllur bulaqların qaynar çeşməsi,
Yurdumun çəməni,dağı,dərəsi,
Mavi dalğaların bəyaz ləpəsi,
Kür –Arazım , Göy Xəzərim –Vətəndir.

Ulu babalardan milyon il qabaq,
Nəsillərə əmanətdir bu torpaq.
Döyünən ürəyim Şuşa, Qarabağ,
Göyçə eli, Zəngəzurum Vətəndir,

Doğrunu deməkdə çaşmayıb zəndim,
Ruhuma nəşədir şəhərim-kəndim.
Borçalı ,İrəvan, qədim Dərbəndim,
Xəyallarım, duyğularım Vətəndir.

Hər qynar bulaqda, hər axar çayda,
Bir qurtum dadmasam, axı nə fayda?
Bakım bu taydadır, Təbriz o tayda,
Ortadan bölünən yarı-Vətəndir.

…………………………………………………………..
Anıb keçmişini eylədikcə yad,
Yadına qırğınlar, talanlar düşür.
Sağalmaz yaramız Xocalı dərdi ,
Yurdundan didərgin olanlar düşür.

Əminəm, xaraba yurdlar yerində,
Çiçəkli bağçalar salınacaqdır.
Günahsız tökülən nahaq qanların
Bir gün intiqamı alınacaqdır!!!

Seçib ağı qaradan
Haqqı nahaqqa qıymaz .
Ümidimiz Yaradan
Bu qanı yerdə qoymaz!

Bilir , haqq- nədir- Allah,
Doğruya təndir Allah.
Əlçatmaz qadir Allah
Bu qanı yerdə qoymaz!

Gözdən axan yaşları,
Dildən qopan ahları,
Əfv olmaz günahları,
Görən o qəhhar Tanrı
Bu qanı yerdə qoymaz!

Görmüş viran elləri,
Itkin düşmüş ərləri,
Şəhid düşmüş ərləri,
O bənövşə boyunlu
Qızları , gəlinləri…

Gün gələr , bitər ahım,
Çünki o bir Allahım ,
O dar gündə pənahım
Bu qanı yerdə qoymaz!

Tarixən, zaman-zaman
Bizə gəlib hər bəla.
Olmayıb, üstümüzdən
əskilsin qəm, dərd-bəla.
Şəhidlərin məskəni
Azərbaycan –Kərbəla!..
Görürsə bu fəğanı,
Ölmüş qoca-cavanı,
Sızlayan Ələsgəri,
Ağlayan Natəvanı,
Görürsə qan içində
Yurdum Azərbaycanı,
əminəm ki, Yaradan
yerdə qoymaz bu qanı,
yerdə qoymaz bu qanı!!!
…………………………………………..

Hara qədəm basır Cənab Prezident,
O yer çiçək açır, o yer gül açır.
Dilindən süzülən şirin kəlamlar
Qəlbə fərəh verir, min könül açır.

Verir bəhrəsini çəkdiyi zəhmət,
Məktəblər tikilir, yollar açılır.
Hansı kənd-şəhərdə olursa-olsun,
Onun pişvazına qollar açılır.

Doğma Lerikimə ayaq basanda,
Yurduma xoş ahəng, təravət gəldi.
Dağların başından duman çəkildi,
Dağlara bir yeni hərarət gəldi.

Heydər ziyasından, İlham nurundan,
Hər tərəf al geyib, nura boyandı.
Ata bir xilaskar, oğul sərkərdə,
Ata-oğul,millət- bütöv bir candı.

Qartal baxışıyla, dağ vüqarıyla
Dağlara əzəmət, vüqar gətirdi.
Gəlsə də Lerikə bir payız günü,
Özüylə gül açan bahar gətirdi.

Heydər zirvəsində səsləyir bizi,
Ucalmaq hər kəsin deyildir işi.
O böyük dahiyə layiqdir, əlbət,
Ata Heydər yolu gedən bir kişi.

Həqiqət yoluyla gedən Prezident
Gücünü həmişə Haqdan alıbdır.
Qəlbində xoş arzu, ülvi bir niyyət,
Haqqı deyə-deyə o ucalıbdır.

Istərsə xaricdə, istə daxildə
Amalı, məramı həqqət olub.
Köksündə döyünən saf ürəyində
Vətənə, torpağa məhəbbət olub.

Qəlbində vətənin ağrı-acısı,
Vətəndir gözünün ağı-qarası.
Qövr edir köksündə hər an, hər saat
Qarabağ həsrəti, Şuşa yarası.

Hər Ali məclisində, tribunalarda
Gündəmə gətirir o, Qarabağı.
Kökündən qoparıb atmaq istəyir
Xalqın sinəsinə çəkilmiş dağı.

Dəf edir düşmənin fitnə-şərini,
Ədalət rəhbərin haqq səsindədir.
Xalq ilə bərabər, millətə birgə
Zəfər sorağında. həvəsindədir.
————————————–

Yanar ürəklərin alar odunu,
Tükənməz, çağlayn bulaqdır İlham.
Yenilməz,əlçatmaz uca dağ kimi
Bu xalqa, bu ələ dayaqdır İlham.

Dillərdə dolaşır şöhrəti, şanı,
Axır damarından ər Heydər qanı.
Böyük bir millətin Baş Komandanı,
Vətən keşiyində oyaqdırİlham.

Bu xalqa, bu elə dar gündə yardı,
Etdiyi yaxşılıq aləmə cardı.
Millətə ömrünə zinətdi, nurdu,
Sönməyən işıqdır, mayakdır İlham.
——————————————–

Ellər anasıdır Mehriban xanım,
Min alqış, afərin yaraşır ona.
Xalqı öz kökünə qaytaran ana
Yeni bir can veri muğamatıma.

Dünyani dolaşir,,Zabul’’, ..Cahargah’’,
Muğam dünyasına qərq edib bizi.
Kişi qeyrətiylə, ər hünəriylə
Yaratdı Bakıda ,,Muğam mərkəzi,,

Bu Mərkəz Bakının zinət tacıdır,
Seyrinə dalana bir tamaşadır.
Çalışır İlhamla çiyin-çiyinə,
Koroğlu Nigarla sanki qoşadır.

Şairlər adına dastan yzmalı,
Şəninə təriflər, alqışlar azdır.
Dirçəltdi ölkədə muğamatımı,
Növbədə Qorquddn yadigar sazdır.

Qeyrətdə Nigara, Həcərə taydı,
Xoş zəfər müjdəli səsdi, haraydı.
Zülmət gecələrdə parlayan aydı,
Gündüzlər günəşdən ziyası vardır.

Tanrı öz lütfünü göstərib ona,
Qəlbi xəzinədir ali-ürfana.
Hünərdə bənzəyir Burla Xtuna,
Ismətdən yoğrulmuş çöhrəsi vardır.

Azəri yurdumun hər bucağında,
Qızılgül bitirir Vətən bağında.
Fidan balaların qönçə çağında
Mehriban adında anası vardır.
…………………………………………….

Uzaq deyil, o xoş çağım,
Çin olacaq umacağım.
Qurtulacaq qəm əlindən
Cənnətməkan Qarabağım.
Prezdentin sayəsində!
Yox olacaq qüssə-kədər,
Üzümüzə gülür səhər…
Abadlaşır rayon-şəhər
Prezdentin sayəsində!

Xalqım hər əmrə müntəzir,
Vətənçün can deyib nəzir.
Azərbaycan dünya gəzir
Prezdentin sayəsində!

Vicdanı saf, qəli təmiz.
Xalq yanında xətri əziz.
Dalğalanan coşan dəniz-
Prezdentim ,Prezdentim!

Qaranlığı yara-yara
Gedir nurlu sabahlara.
Kimsəsizə məlhəm-çara-
Prezdentim , Prezdentim!

Xalqa bəlli qeyrət, arı,
Yenilməzdir dağ vüqarı.
Ulu Heydər yadigarı-
Prezdentim , Prezdentim!
…………………………………………..

Gecəsi yox, gündüzü yox,
Axşam –səhər xalqı anır.
Sevincini öz sevinci,
Dərdini öz dərdi sanır.

Əməliylə olub bizim
Ömrümüzə işıq saçan.
Laləzara döndəribdir,
Gülüstandır Azərbaycan!

Qürur duyur hər bir zaman
Millətimin xoş günündə.
Danılmazdır xidmətləri,
Uğurları göz önündə.

Sevgisi el sevgisidir,
Qəlbi eşq ilə doludur.
Haqq-ədalət carçısıdır,
Yolu həqiqət yoludur.
………………………………………..

Qəlbi sevgi, nəğmə dolu,
Gül-çiçəkdir sağı-solu.
Xalqın ,elin işıq yolu,
Nur yaranıb, nur doğulub.

Hər kəlamı canlı əsər,
Xoş günlərə xalqı səslər.
Zəhmətini danan kəslər
Bu dünyada kor yaranıb.

Alqış xalqa hörmətinə,
Qayğısına , diqqətinə.
Arxa durub millətinə,
Tur doğulub, Tur yaranıb.

Vətən üçün can yandıran,
Haqla nahaqqı sındıran,
Dağ əzmiylə öndə duran,
Haqq səsiylə Sur yaranib!
…………………………………………

Sənətə ehtiram, sənətə qiymət,
Tükənməz istəyi, amalı olub.
Həyatda qaradan ağı ayıran
Dərin düşüncəsi, kamalı olub.

Alar ilhamını hər an, hər zaman
Gözəl musiqidən, gözəl əsərdən.
Verər qimətini istedadlara,
Şairi , alimi qoymaz nəzərdən.

Deyirəm, Füzuli kaş sağ olaydı,
Vaxtında alardı öz qiymətini.
Sənətə ehtiram bəslənən yerdə
Itirməz heç zaman söz qiymətini.

Bu dünya durduqca daim var olsun,
Qüdrəti dağlardan uca rəhbərim.
Yaradan hər zaman ona yar olsun.
Layiqdir bu taxta-taca rəhbərim.
………………………………………………………..

Heydər bağı…cənnət guşə…
Həyat eşqi coşub-daşır.
Burda hamı gözəlliklə,
Səaətlə salamlaşır.

Bu səfalı dilbər guşə
Vətnin bir parçasıdır.
Təbiətə min rəng vuran
Ilahinin fırçasıdır.

Qoca-cavan şövq içində,
Odur, gəlir axın-axın.
Nəvəsinə can-can deyən
O qocaya siz də baxın.

Baba müdrik ərliyimiz,
Nəvə məsud gəncliyimiz.
Bir sarsılmaz özül üstə
Qərar tutub dincliyimiz.

Qövsü-quzeh təravətli
Gül-çiçəklər min rəng çalır.
Baba çılğın nəvəsinə
Bəxtiyarca nəzər salır.

Nəvə şən-şən oynadıqca
Daş döşəmə üzərində
Ömür, həyat gözəlləşir
Ixtiyarın gözlərində.

Fəvvarələr saçaqlanıb
Salxım söyüd budağıtək.
Azadlıqda keçən illər
Bir-birindən xoş gələcək.

Doğma yurdun səmasında
Nə çiskin var, nə duman var.
Azadlığı pay verməzlər,
Azadlığı qazanan var.

O kimdir ki,həyatını
Öz xalqına bağışladı?
Xilaskarı yerdə bəşər,
Göydə mələk alqışladı.

Hər yaranan bəşər oğlu
Yaradana minnətdardır.
Hər möhtəşəm bir sarayın
Öz memarı, bil ki, vardır.
———————————-
Ey böyük sərkərdə, ey böyük insan,
Şəninə söz demək deyildir asan.

Asan olmasa da, yazdim şeirimi,
Yaratdım ilhamla, duydum ürəklə.
Amalın müqəddəs, niyyətin təmiz,
Yaşa qəlbindəki arzu,diləklə,

Vətən bağçasının bağbanı sənsən,
Gülüstan görünür önüm, İlhamım!
Xalqın komandanı, rəhbəri sənsən,
Anbəan xoş gəlir günüm, İlhamım!

Ata Heydər yolu hər yoldan haqdır,
Sevgisi qəlblərdə sönməz ocaqdır.
Səninlə boyaboy ucalacaqdır.
Bayrağım, məsləkim, dinim, İlhamım!

Əbədi bahardır xoş təbiətin,
Vətənə xidmətdir işin, sənətin.
Hünərin sarsılmaz, iradən mətin,
Olubsan düşmənə qənim, İlhamım!

Sən mənim rəhbərim, havadarımsan,
Mərdliyim, qürurum, iftixarımsan.
Mənim sərvətimsən, mənim varımsan,
Mənim İlhamımsan, mənim İlhamım!
……………………………………………………..
Duyğumu, hissimi çevirib şeirə,
Göylərə boylanıb dalıram seyrə.
Orda hər kəsin öz bəxt ulduzu var.
Tanı ulduzunu,ey ürək, tanı,
Indi üfüqlərdən günəş doğacaq,
Durum qarşılayım Heydər Atanı !!!

son 2003-2010.