1558877_1434551783429120_209165756_n

Balacam!

Neyin göz yaşlarını
Silən torpaqlar,
Dərdini duyan,
Donmuş incə barmağlar
O körpə məsum
Onun cizgilərində
Ananın göz yaşları…
Həyatın qarğışları.
Oturmuş dizi üstə.
Naləsinə qarışır.
Özü də, anlamadan…
İçindəki alovu
Söndürməkçün
Alışır.
Laqeydcə kecirəm.
Digər insanlar kimi
Bu uşağın önündən.
Dönsəmdə gecdir,
Artıq…
Düşünürəm
O mənim kiçik parçam
Sahib çıxa bilmədiyim
Balacam.

Qəbir Götürməyəcək!

Minlərlə insanların
Qanını axıtmağa,
Səbəb nə?
Torpağı kim yığacaq
Ovcuna,
Ətəyinə
Özünü verib
Dünyanın yedəyinə
Dalınca gedənlərə
Dünya, öz torpağından,
Bir ovuc verməyəcək…
Cəsədini
Qəbir götürməyəcək!
Üzərində yeridiyin torpağın
Ağırlığını..
Çiyninə götürəcək!
Qətl etdiyi uşağın
Qanını…
Verdiyi əzabların,
Ağrısı
Ruhunu, varlığını,
Tərk etməyəcək,
Heç bitməyəcək,
Qəbir götürməyəcək..