1383294326_1383287226_foto0044

Bəzi insanlar həyatlarında qəm-kədər olmadıqda həyatın dadının və zövqünün olmadığını düşünərək yanılırlar. Daima bu əhval-ruhiyyədə olmağın zərər və sıxıntı verdiyini düşünmədən bu cür yaşamaqda davam edirlər. Bu isə şeytanın ən böyük yalanlarından biridir. Şeytan bu halı insanlara cəlbedici göstərərək dərk etmələrinə və həqiqəti görmələrinə mane olur. Allah insanların düşdüyü bu vəziyyəti Quranda belə bildirir:
… Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki, onlar gözüaçıq adamlar idilər. (Ənkəbut surəsi, 38)
Göründüyü kimi, şeytan ağlı zəif adamların qəmgin olmalarına və sıxıntılı həyat yaşamalarına böyük təsir edir. Şeytan verdiyi vəsvəsələrlə insanları aldadır və sıxıntılara salır. Onu dinləyənləri qəmginlik təlqini ilə Allah’dan və Onun ayələrindən daima uzaqlaşdırır və onların (Allah’ı tənzih edirik) Allah’a üsyan etməsinə nail olur.Şeytan gün ərzində verdiyi təlqinlərlə insanlarda diqqət dağınıqlığı, unutqanlıq, diqqəti cəmləmə pozuntusu meydana gətirir. Ona görə, bəzi insanlar dünyaya gəliş məqsədlərini unudur, Allah’a qulluq etməli olduqlarını qavramırlar. Şeytanın bədbinlik, ümidsizlik, qəm-kədər kimi cəhənnəmə xas vəsfləri qəmginlik psixologiyası təlqini ilə onların beyninə yeritdiyini anlamırlar. Bu təlqinlə bəzi insanlar Allah’a təvəkkül edərək rahat yaşamaq əvəzinə özlərini sonsuz sıxıntılara salırlar. Halbuki, diqqət və şüur açıqlığı ağıl və fərasət, problemi sezib həll etmə qabiliyyəti, gözəl əxlaq, nitq və hərəkətlərdə hikmət, güclü şəxsiyyət, daimi sevinc və nikbinlik qazandırır.Qəmgin əhval-ruhiyyə insanda şüurlu və ya şüursuz təlqinlə formalaşır. Ona görə, hisslərə qapılmağın – ağlamağın, kədərlənməyin, qəzəblənməyin – iradədən kənar olduğunu, bunun öhdəsindən gəlməyə gücü çatmadığını iddia edənlər də səmimi düşündükdə bunun əsassız olduğunu görərlər. Məsələn, ağlayan, kədərli insana böyük məbləğdə pul və ya başqa ciddi mənfəət təklif etdikdə bu insan istəyərsə, birdən-birə sevinə bildiyini və bu əhval-ruhiyyədən asanlıqla çıxa bildiyini göstərir. Ona görə, insanın şeytanın təlqini ilə düşdüyü romantik əhval-ruhiyyə həm ətrafına qarşı vicdansızlıqla davranması, həm də Allah’ın Quranda xəbər verdiyi kimi, özünə zülm etməsidir.Ancaq romantik insanlar bu həqiqəti qavramırlar. Onlar daima kədərli və ümidsiz əhval-ruhiyyədədirlər. Həmişə kədərlənməyə, sıxıntı keçirməyə səbəb tapırlar. Əslində, bu insanlar öz əlləri ilə özlərinə zülm edirlər.Bu cür insanlar romantik əhval-ruhiyyədən çıxmaq, bu xəstəlikdən xilas olmaq üçün şeytanın vədlərinə, yalanlarına qarşı ayıq olmalı, ağılları və vicdanlarını açıq tutmalıdırlar. Bu isə ancaq insanın imanı ölçüsündə mümkündür.Qəmgin, həddindən artıq romantik, bədbin insanlar dünyadakı gözəllik və nemətlərin fərqinə varmırlar. Ətraflarında min bir cür gözəllik var ikən onlar hər şeyin daima mənfi tərəflərini görür, daha da kədərlənirlər. Halbuki, Allah rəhməti və şəfqəti ilə insanlar üçün dünyada bir çox nemət yaratmışdır. Ağıllı və vicdanlı möminlər bunları dərhal görüb nemətlərin sevinci ilə Allah’a şükür edirlər. Bir insan bütün həyatını ya çox kəskin, açıq şüurla və ya da yarıaçıq və ya tam qapalı şüurla keçirə bilər. Ancaq Allah Quranın bir çox ayəsi ilə iman gətirənləri diqqətli olmağa çağırır. Quran əxlaqı ilə yaşamaq ancaq tam açıq şüurla mümkündür. Mömin ancaq kəskin ağıl və açıq şüurla vicdanən həssas ola bilər. Allah’ı çox sevmək, Allah’dan qorxub-çəkinmək, gözəl əxlaqı təfərrüatı ilə mənimsəmək, İslam əxlaqını layiqincə təbliğ etmək, yaxşılığı əmr edib pislikdən çəkindirmək, xeyir işlərdə yarışıb önə keçmək və müsəlmanlara təqvada örnək olmaq üçün bu şərtdir.Şüuru yarıaçıq və ya tam qapalı yaşayan insanlar da var. Bu cür insanların əsl mənada imanı qavraması və Allah’ın razı olduğu kimi üstün əxlaqlı olması mümkün deyil. Bu, ancaq səmimi müsəlmanın həyat tərzidir. İman gətirən hər insan bu həqiqət üzərində lazımınca düşünüb Allah’ın lütf etdiyi bu imkandan tam istifadə etmək üçün səy göstərməlidir. Unutmamalıdır ki, qapalı şüur insana heç bir fayda gətirməz. Şüurun qapanması insana rahatlıq, dincəlmə vermədiyi kimi, nəfsin də işinə yaramır. Əksinə, insanın həyat səviyyəsinə çox mənfi təsir edir. Üstəlik, insanın Quran əxlaqı ilə layiqincə yaşamamasına və Allah’ın sevdiyi əməli etməməsinə səbəb ola bilər. Kəskin diqqət və tam şüur açıqlığı isə həm dünyada böyük rahatlığa, həm də – Allah’ın izni ilə – axirətdə nemətə vəsilə olacaq.Allah çətinlik və sıxıntını insanlara ona görə verir ki, Ondan başqa sığınılacaq güc olmadığını görsünlər və doğru yolu tapsınlar. Ancaq şeytan insanların bu hikməti görməsinə mane olur və onların qəlblərini sərtləşdirir. Əslində, bu, Allah’ın rəhmətidir. Belə vəziyyətdə dərhal Allah’ı xatırlayıb, Ona yönəlib yardım istəmək və müsibətə qarşı səbir etmək Allah’ın razı qaldığı əməldir. Allah səmimi şəkildə Ona sığınan qullarını yardımı ilə dəstəkləyəcəyini bildirmişdir. Hz. Muhəmmədin (s.ə.v) dostu ilə birlikdə arxasınca düşən inkarçılardan gizlənmək məqsədilə mağaraya sığındığı vaxt etdiyi üstün əməl bu sahədə bütün insanlara gözəl nümunədir. Allah Quranda Peyğəmbərimizin (s.ə.v) bu əməlini belə bildirir:
Əgər siz ona kömək etməsəniz, Allah ona kömək göstərmişdir. Necə ki, kafirlər onu iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq nazil etmiş, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allah’ın sözü ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir! (Tövbə surəsi, 40)