Fidan Abbasova-Yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın istedadlı gənc xanım yazarı.Şeirləri yetişməkdə olan bir gənc xanımın könül dünyasından xəbər verir.Qəlbindən süzülüb gələn misraların hər birində romantika var.Məhz bu ali keyfiyyət gənc xanım yazarın şeirlərini daha da şux, ovqatlı, əsrarəngiz, ecazkar edir.
Şeirlərin hər birini oxuyanda “həqiqətən də istedadlı gənc xanım yazardı”-deməmək, doğrusu, düzgün olmazdı.Məncə, Fidan xanımın şeirləri bu gündən sonra da istər Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına xidmət edən ədəbiyyat yönümlü qəzetlərdə, dərgilərdə, almanaxlarda, antologiyalarda, kitablarda, portallarda dərc olunmalı, istərsə də dövri mətbuat səhifələrində haqqında məqalələr yazıılmalıdı.Çünki Fidan xanımın şeirlərini Çağdaş dönəmdə gənclərə aşılamamaq, şeirlərini təbliğ etməmək ən azı doğru addım olmaz.Məhz buna görə də hesab edirəm ki, Fidan xanımın şeirləri bir neçə gənc yazarın ədəbi-bədii ideya istiqamətinin doğru müəyyən olunmasında mühüm rol oynaya bilər.
Son zamanlar Fidan xanımın şeirlərini Çağdaş Azərbaycan ədəbi elektron məkanında fəaliyyət göstərən ədəbiyyat yönümlü portallarda (edebiyyat-az.com, gundelik.info, eqoist.net, dokkuziklim.net, shahbulaq.az, ayb.az, dgtyb.org) yayınlanması gənc xanım yazarın uğurlarındandır.
Lirik əsərlərinin əsas tərkib hissəsini təşkil edən sevgi, məhəbbət, kədər və sevinc dolu misralar qəlbi yol tapmaqla bərabər, həm də həsrətin göz yaşlarından yoğrulub yanaqdan süzülən inci tanesi kimidir.”Uğur olsun, bacım!”-deməyi özümə qardaşlıq borcu bilirəm.
Dərin hörmət və ehtiramla:
Kənan AYDINOĞLU.
Tokat Şairler ve Yazarlar Derneğinin Fəxri üzvü.
28 ocak, 2014 yıl.Bakü şehri.