1624494_1460995930784705_1510059136_n

Dünən gecə 20 mart 2014-cü il tarixində Günəş Allahın mübarək evi Kəbə evinin üzərində dayandı. Çoxları Novruz bayramını sadəcə şənlənmək hesab edərək bu gözəlliklərdən xəbərsiz dünyadan köçür. Dünyanı mənasız dəyərsiz hesab edənlər də, az deyil. Mənim əzizlərim dünya çox gözəldir. Dünyası olmayanın axirəti də olmaz. Gözəlliklərdən bir neçəsini deyəcəm. Amma gözəlliklər sonsuzdur… Çünki, hamısı Allahın sevərək yaradıb təbiyyətdə nəxş etdikləri sonsuz əvəz olunmayacaq dərəcədə Ali, Rəsm əsərləridir. Rəssamı isə Dahidir. (Yəni Ali ən üstün) Ali isə Allahın mübarək adlarından biridir.
Bu gecə qasırğalı külək şəhərin küçələrini az qala dağıdacaq, evləri uçuracaq qədər hiddətli idi. Külək qiyamət günün səhnəsini insanlara xatırlatmaq üçün səs salmışdı gecənin qaranlığına. Görəsən nə qədər insanı qəflətdən oyada bildi? Çox insan yuxudan oyandı. Bir gecənin yuxusundan bəs günahların yuxusu? heç bu barədə düşünən insanlar varmı? Külək esməsinin səbəbləri barədə….
Səhər açılıb günəş çıxıb külək yenə də əsir lakin hiddətlənmiş halı ilə deyil bir az mülayim və səbirli. Bu mülayimlik və səbr sizcə haradandır?! Bu bir nişanə ola bilərmi sizcə…
Sübhün açılması, NOVRUZ səhərinin günəş işığı fərqli, həm də çox nurludur . Günəş yenidən doğulubmuş kimi. Bəli bu sabah günəş yenidən doğulub. Onun məsumluğu və saflığı Kainatı öz nuruna qərq edib. Təkcə yer kürrəsini deyil. Bütün Kainatı…Sizcə onun nuru hardandır? O nurunu götürduyu nurun mənbəyi hardandır?
Dəyərli insanlar sadəcə dərindən nəfəs alıb, Günəş işığını gözlərinizin aynasından içəri beyninizə ötürüb, Köksünüzdə daşıdığınız və sizi idarə edən yaşadıb gecəni gündüzlə, gündüzü gecə ilə əvəz edən ürəyinizə endirmək yetər. Yuxudan oyansanız sübh quşlarının cəh-cəhini də, qulağınıza ordanda nəfəsinizə yerləşdirin. Onda görəcəksiz ki, siz nəfəs çəkdirkcə, nəfəsinizin söylədiyini söyləyir quşların nəğmələri…Allah… Allah… Allah!!!