Laçın sənə lay-lay desəm,
Qorxuram ki, yatasan.
Necə illik,
Göz yaşını,atasan.
Sən oxuma ağla!
Qoy kim sənə nəğmə
Qoşub oxuyursa oxusun.
Dağıt fəryad çəkərək,
Yatanların yuxusun!!!
Laçın sənə ağı demirəm,
Qorxuram alçalasan!!!
Ölülərin içində,
Yaddaşların küncündə qalasan.
Laçın fəryadını çək!!!
Qulaqlarda həkk olsun,
Sənin adın,
Oyansın nankor,
Övladın.
Bəlkə xilasın üçün
Ürəyində mərhəmət
Tapıldı.
Ölülər ölü onsuz!!!
Bəlkə də yox dirisə
Ölülüyə qapıldı.
Ümidini kəsmə sən!!!
Bu günkü gəncliyin şürunda
Sadəcə bir tarixsən…
Sən fəryadını çək yatma
Qoy yatanlar ayılıb sənə
Vətən desinlər…
Səndə yaşayıb, səndə
Kəfənlənsinlər…
Susma, susma ağla!!!
Bəlkə bu qəflətdə
Yatan gənclik ayıla….