Sənətə yeni gələn aşıqlara daim diqqət və qayğı göstərən Azərbaycan Aşıqlar Birliyində aşıq sənətinin inkişafında özünəməxsus yeri olan ustad sənətkarlar da diqqətdən kənarda qalmır. Necə deyərlər, heç nə unudulmur, heç kəs yaddan çıxmır.
Ustad sənətkarlar haqqında kitablar hazırlanır, onların poetik yaradıcılıq nümunləri nəşr olunur, ifalarından ibarət audio və video disklər buraxılır. AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Aşıqlar Birliyi tərəfindən ərsəyə gətirilmiş növbəti disk ustad aşıq, Əməkdar incəsənət xadimi Ədalət Nəsibova həsr olunub. belə İki diskdən ibarət olan albomun birinci hissəsində ustad sənətkarın repertuarındakı bənzərsiz ifaları – “Yanıq Kərəmi”, “Fəxri”, “Aran gözəlləməsi”, Hüseyni”, “Məmmədbağırı”, “Gəraylı”, “Baş dubeyti”, “Dilqəmi”, “Naxçıvanı”, “Baş sarıtel”, “Misri”, “Şahsevəni”, “Ruhani”, “Kərəm dubeyti” və “Müxəmməs” aşıq havaları, ikinci hissədə isə ustadın anadan olmasını 50 illik yubiley tədbirinin videolenti və aşıq Kərəm İncəliylə deyişməsi yer alıb. Diski aşıq Altay Məmmədli hazırlayıb.
Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə yaradılan və bütün Gəncə şəhərində yerləşən ümumtəhsil məktəblərini əhatə edən “Məktəblilərin Poeziya Klubu” nun iştirakçıları ilə Gəncə Dövlət Dram Teatrının Ədəbi hissə şöbəsinin müdiri, teatrşünas-tənqidçi Anar Bürcəliyevlə görüş keçirilib.
Görüş zamanı Anar Bürcəliyev keçdiyi sənət və yaradıcılıq yoluna istinad etməklə şagirdlərə dəyərli tövsiyələrini verərək onlara hansı səpkidə, hansı işləri görə biləcəkləri barədə söhbət aparıb. Ədəbi mühitdə gedən proseslərdən ətraflı məlumat verən Anar Bürcəliyev şagirdlərin yazı nümunələrini dinləyib, onların ilk qələm təcrübələri olan şeir, hekayə və esseləri ilə bağlı tövsiyələr verərək, onları tənqiddən qorxmağı deyil, nəticə çıxarmağı, öz üzərilərində əzmlə işləməyi məsləhət görüb.
Görüşdə klassik Azərbaycan yazarlarından nümunələr gətirən Anar Bürcəliyev sözün poetikliyini, lakonikliyini, bədiiliyini ön plana çəkərək şeir və hekayələrin təsir gücünün artırılmasında böyük rol oynadığını da xüsusi ilə məktəblilərin diqqətinə çatdırdı. Anar Bürcəliyev həmçinin bədii qiraət sahəsinə də toxunaraq, şagirdlərə mütaliə etməyin nitq mədəniyyətinin, qiraətin inkişafında oynadığı əsaslı rolunu qeyd etdi və qiraəti inkişaf etdirməyin yollarıyla bağlı tövsiyələr verdi. Eyni zamanda, şagirdlərin mətbuatda, qəzet və jurnallarda nəşr olunmanın yolları, ədəbi tənqidlə bağlı sualları cavablandırıldı. Tədbirin sonunda Anar Bürcəliyev öz fəallıqları ilə fərqlənən şagirdlərə müəllifi olduğu kitablarını hədiyyə edib.
Xatıradaq ki, “Məktəblilərin Poeziya Klubu” Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində eyni adlı layihənin rəhbəri Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbin müəllimi Günay Ələkbərzadə tərəfindən yaradılıb. İlkin mərhələdə müsabiqə yolu ilə seçilən 20 şagird layihəyə cəlb edilib. Bədii yaradıcılığa ilk addımlarını atan məktəblilərlə layihənin icra planına uyğun olaraq ustad dərslərinin və görüşlərinin keçirilməsi nəzərdə tutulub. Layihə rəhbəri ustad görüşlərinin davamlı olacağını da bildirib.
Xəyalə SEVİL, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ BÜROSUnun RƏHBƏRİ.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini * Çox qəribə bir haldayam Gülə bilmək, ya ağlamaq??? Düşünürəm… uzaq getmək, burda qalmaq??? Uca TANRIM, mən hardayam??? Sənsizliyin hökm sürən bir dövründə, Yalnızlığın, Tənhalığın sualında , nöqtəsində, Səni bəhanə eyləyib, özmü gəzən bir səmtində, Bu dünyanın qəmin bilib sevincini dadmamış tək kədər və iztirabındayam… Nədir məni bəs kövrəldən ? Suala bax, axı elə indi dedim, bəlkə bir də təkrar edim?! Bəli, mənim vuran qəlbim, Bəli, mənim ilk sirrimi öyrənib də, son sirrimə ilk həmdəmim, Sənsizlikdi bil qorxudan, məni məndən ayrı salıb sənsizliyə sürükləyən, tənhalığına aparan Bax, o yoldan çox qorxuram… Gözümü də yuman zaman, Kirpiklərim keşik çəkir… Ya mənimlə oynar dövran? Ya da,.. ya da məndən misal çəkir… Bir parça qəlb, olmadan həbb De bəs necə, söylə söylə susma… Xəlvətdən de, lap gizlincə Cəsarətin de, çatarmı çarəsiz bir məhəbbətə..? Söylə, gülüm, söylə qəlbim, Yaralı bu ürəyimə Ey bir sözü həbb sevgilim. Yazığın gəlməsin mənə, Mən ki, yad deyiləm sənə… Biz bir canıq, Biz bir qanıq. Mənsizliyə de, dözümün heç çatarmı? Ya tənhalıq… Bəs bu hicran… Bəs intizar … Bəs bu dövran… Səni mənsiz yaşadarmı..? Heç gizlətmə, Söylə ürək, Sən heç susma. Sənin SONAN ölüb getsə, Özgəsi yerin tutarmı…?
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini * Oturub yazıram bu şeiri mən, Nə vaxtsa oxuyub, başa düşərsən. Saxla yaddaşında sözlərimi sən, Faydasın görərsən, qədrin bilərsən. * Mən yaşa dolduqca anladım bunu, Ki, dost da, yoldaşlıq da boş bir xəyalmış… Əvvəli torpaqdır, torpaqdır sonu, Bircə söz insanı gözdən salarmış… * Xəyanət – ən acı bir hiss deyildir, Söz yarası ondan daha da kəskin. İnsanı yaşadan varlıq SEVGİDİR Bundansa xəbərin heç yoxmuş sənin. * Peşiman olmadım heç bir rəyimə, Amma, fələk məni aldatdı yaman. Elə bir dağ çəkdi mənim qəlbimə, Sorğusuz-sualsız ötüşən zaman. * Bəlalar çəkməkdən səngiməyirdim, Ürək parə-parə paralanmışdı… Hisslər ölüb gedir, mən bilməyirdim. Anladım, gec oldu… Pak bildiyim sevgi qaralanmışdı…
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini * Xətt çəkib həyatın hər bir anına, Unudub hər şeyi silə bilərmiş… Dəfələrlə YAZIQ deyib halına, İnsan illər sonra sevə bilərmiş… * Nə var ki, kənardan baxıb gülməyə, Nə var ki, sözlərlə qəlb incitməyə, Bir zaman qərarı verib ölməyə, İnsan illər sonra sevə bilərmiş… * Soyuq bir yataqda sabaha kimi, Tavana dikərsən oyaq gözünü, Fikirlər də deyir mən dediyimi, İnsan illər sonra sevə bilərmiş… * Öz canından çox sevməyə nə var ki, Bezib candan, vaz keçməyə nə var ki, “YARIM, GETMƏ” söyləməyə nə var ki, İllərlə sevdiyin gedə bilərmiş… Sən də bu həyatdan üz çevirəndə, Ürək illər sonra sevə bilərmiş…
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini * Sizə kimi deyim, kimdən danışım, Mənim dağ tək uca bir sevgilimdən. Bilməm necə deyim, necə söz açım, Yəqin anlayarsız söylədiyimdən. * Yəni başlayandan bu günə kimi Dərdi – sərimizi birgə paylaşdıq… O mənə, mən ona açdım sirrimi, Beləcə yad ikən biz doğmalaşdıq. * Şikayət edirəm gileylənirəm, Üzünü çevirir, sanki eşitmir. Nə vaxt ki, şənlənib, deyib-gülürəm, Mənə qan uddurur, qanımı içir. * Əsəbi də deyil, heç şən də deyil, Durduğumuz yerdə dava çıxarır. Yox, düz tapmadınız… kobud da deyil, Hərdən insaf edir, gülüb-danışır. * Əzabın dedimsə , xoşun da deyim. Nazımı çəkməyi xoşuma gəlir. Pis gözlər dəyməsin, mənim sevdiyim Dar gündə həmişə köməyə gəlir. * Ağladır, sel-leysan olur göz yaşım, Sonra əzizləyir, mən barışıram. Lağ yerinə dönür sonra baxışım, Sözlər od, atəşə alovlanıram. * Zəng edib axtarsam, onu bir qəfil, “HƏ?” “NOLUB?” kəlməsi əskik olmayır. Bu zaman karıma mesajlar yetir, Onda da xoş sözlü cavab olmayır. * Daha nə söyləyim, mən sevgilimdən? Kənardan görməsən, heç anlamazsan. Oxu sən şeirimi mənim dilimdən : MƏN NƏ EDƏRDİM, YAXŞI Kİ, VARSAN
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini * Mən fəryad edərkən ayrılıqlara , Ayrılıq başıma gələcək imiş… Mən çəpər olarkən vəfasızlara, Ürək vəfasız birin sevəcək imiş… * Axı nə bileydim bir gün sevərəm, Yolunda canımı fəda edərəm, Mənim olmayanı mənim bilərəm, O isə məni yad biləcək imiş.. * Bulud gözlərimdir, yağış göz yaşım… Sel olub leysanla axım, qarışım. Onsuz isti yay da soyuq bir qışım Ötüb illər boyu keçəcək imiş… * Mən tale yazana şəkk gətirmədim, Ağlım SEV deyəni sevə bilmədim. Qəlbim dilə gəldi, mənsə dinmədim, Nə bilim dil mənə dinəcək imiş… * SONA İNTİZAR dan yadigar sənə, Yazıb yaratdıqca mən ildən-ilə, Bilməzdim el məni sevəcək imiş… Yazdığım şeirlər hər gündən-günə, Dillərdə əzbərə çevriləcəkmiş…
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
SƏNƏ HƏSRƏTİM * Səbrim tükənib…taqətim yoxdur, Mübarizə üçün, qələbə üçün. Bəlkə də sevgimin gözləri toxdur , Usanıb bəlkə də ağlamaq üçün. * Soyuqdur baxışın, nəvazişin də, Üşüdür, nə qədər inad etsəm də. Ərşə çəkilibdir hərarətin də, Mən bunu sirr kimi hey gizləsəm də. * Aldadıb özümü yaşayıram mən, Sənin varlığını duya bilməkçün. Sevgini ömrümə CƏLLAD bilərəm Tək sənin sevginlə ölə bilməkçün. * Sözlər sətir-sətir düzüldü yenə, Sanki sinəm üstə mirvari təkdi. Bu şeirim ərmağan yenə də sənə… Sənsiz bu şeirim də sənə həsrətdir
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini * Qara kölgə kimi qolun boynuma Salıb dörd bir yanda arxamca gələn. İki nəfəs qalıb ömrün sonuna Xəyaldır arzumu viranə edən. * Səmanın üzünə adını yazan Bəyaz buludlardan axır göz yaşım. Adına qəlbimdə imarət quran, Buludlar, ağlayan leysan yağışım. * İllərim izinsiz, xəbərsiz ötür… Mən dəniz, dalğammı de sənə qaçır? Ləpələr qəmimi ikiyə bölür… Qayadır dərdimi hamıya açır… * Uzaqdan səs gəlir… Məni çağıran, Sənmisən,yoxsa bu qəlb inadıdır?! Adını adıma həmdəm bağıran? Yox…yox…bu xəyalındır, məni aldadır…
Narıncı donlu günəş Dənizlə sevişəndə gəl… Küləklər ehtirasını Yağışla söndürəndə gəl… Dünyanın elə vaxtı, Elə günündə gəl ki, Kəpənəklər rəqs eləsin Nəğməsiylə sevdanın… …Elə gəl ki, ortaq olsun inancımız: mavi rəngli məhəbbətin qucağında uyuyarkən Ay olacaq balıncımız…
Ləçək-ləçək ayırdığım Çobanyastığı sevindi; Gəldiyin yollara səpdim… Qolumun üstə düzdüyüm Qərənfillər qəhərləndi; Getdiyin yollara səpdim… Unutduğun adım olsa, Unut… …Dərdinə dönməyim… Bircə onu unutma ki, Gözümün bəxtinə düşüb Çiçəklərə su verməyim…
Ayrıldıq… Dərd tapıldı Canımda sən adında… Bax, sənsiz “bəxtiyar” oldum; Dərmanlara “yar” oldum… …”Xərçənglər gözəl sevir” – çıxdı bu gün bürc falım… Mən səni çox sevdim, Xərçəng həzin halımı… …Ovuc-ovuc içdiyim Dərmanlar da utancaq Ağrımı kəsmir deyə… Ayrıldıq… Adın yazılı qaldı Cibimdəki “kimliyə”…
Gəldin… Sevdim… Getdin… Qırıldı ürəyim, çilikləri izlərinə səpildi… Ağlım yüz dəfə ürəyimə: “Unut!”-deyə təpindi… Getdin… Sevdim… Sevdim yenə, Həsrət əkdim ömür-günə… Sevmədin… “Sevdim!”-demədin bir kərə… Barı, xatırla, unutma, Bir şair sevdi səni; Duyğuları bakirə…
Oxuduğum bir kitabdaydı, ya da baxdığım bir filmdə; sənə baxmaq ibadət imiş eşqə… …Çiyninə baş söykəmək dua, Dərdindən gülməmək oruc tutmaqmış… Bunları öyrəndim… Ağlımın yetmədiyi, əlimin çatmadığı bircə sirr var: bu qədər mavi, bu qədər azad, bu qədər əngin olmağı necə bacardın axı? Bir də… Niyə filmlər və kitablar Sənə mənə danışmır? Demirlər: bir dəli sənsiz darıxır?!
Azərbaycanın Mədəniyyət və Portalının Baş redaktor müavini
Bir gün hardansa təəssüf dolu bir “AH” səsi eşidilər… Qulaqlara cingildəyən bu səs böyük bir peşmanlığın dərinliyindən gələr. Həyatının ən gözəl çağında itirdiyi əməyin, qırıldığı qəlbinin səsi qarışar bu “AH”lara və minlərlə qəlbi titrədər. Həyəcan dolu xatirələr, başgicəlləndirən xəyallar, sevgi dənizinə baş vuran o ülvi hisslər, həyatın axarına buraxar özünü. Elə bağırmaq istəyər ki, bəzən, amma heç pıçıltısı da, duyulmaz… Necə kövrələr, amma bir damla yaş da gəlməz gözlərindən. Sükuta qərq olar bəzən. Nədənsə ovsunlanar, nədənsə geri çəkilər. Üzündə, gözündə bir ümid olar, bəlkə də, nə vaxtsa gözündəki yaşlar səbəbini xoşbəxtliklə əvəz edər deyə… Hər dəfəsində əlinin tərsi ilə sildiyi yaşları, indi heç bir müqavimət göstərmədən süzülməsinə vəsilə olur. Sanki bir həyat cücərdir yaşlar ilə. Sus, yox sus… qoy danışsın o qəlbin sahibi… Danış, İntizar, danış… Nə danışım axı?! Həyatımdakı boşluğun verdiyi hansı olaydan danışım?! Mən ki şeirlərimlə danışmağı daha çox sevirəm… Bu necə mi olur? Öz həyatımı nağıl edərəm, sonra bu nağılı şeirimin hər misrasında yaşayıb-yaşatmağa çalışaram. Düşünürəm ki, yaşamasam, yaşada bilmərəm. Yəqin, o üzdən bu qədər qəlbə yaxınam. Bir az mən susaram, bir az mən əvəzdən qələm danışar… O məndən təcrübəlidir. Həyat haqqında danışmağa. Onu yazdıran mənim hisslərimi, məni də susmağa vadar edən Qələmimdir. Bu həyatın bumeranqıdır. Mən kənardan nə qədər güclü görünsəm də, sevginin əsiriyəm. Bu əsarət məni duyğulandırır və nəticədə bu duyğu dolu şeirlər yaranır. Mənim qələmim elə mənim özümdən danışır…
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.
1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.
1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.
1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.
2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.
2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
Evlidir. Üç övladı, beş nəvəsi var.
Təltiflər və fəxri adların siyahısı:
Ordenlər
Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)
Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)
Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)
Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)
Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)
Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)
Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)
Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)
Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)
Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)
Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)
Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)
Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)
Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)
Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)
Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)
Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)
“Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il)
Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)
Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)
Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il)
Fəxri elmi adlar
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)
Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)
Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)
Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)
Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)
Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)
Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)
İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)
Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)
Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)
Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)
Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)
Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)
Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)
Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)
Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)
İdman təşkilatlarının mükafatları
Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)
Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)
Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)
Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)
Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)
MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)
Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)
Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)
Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)
Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)
Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)
Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il)
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas-alim, Əməkdar elm xadimi, professor Kamran Məmmədovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Əvvəlcə alimin elmi fəaliyyətini əks etdirən sərgi ilə tanışlıq olub. Tədbir boyunca alimin fəaliyyətindən bəhs edən slayd nümayiş etdirilib.
Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq görkəmli alim Kamran Məmmədovun XX əsr ədəbiyyatının tədqiqində, ədəbiyyatşünaslığın inkişafında xüsusi və önəmli yeri olan vətənpərvər ziyalılardan biri kimi unudulmazlıq qazandığını bildirib. O, Kamran Məmmədovunun ədəbiyyat tarixində rolunun təkcə bədii mətnlərlə bağlı olmadığını, alimin eyni zamanda, ciddi arxiv sənədləri, faktlar üzərində işlədiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli ədibin yaradıcılığında faktlar, sənədlər, dövri mətbuatdan alınmış materialların bütün dəqiqliyi ilə öz əksini tapdığını vurğulayıb.
“Professor Kamran Məmmədov ömrünün sonlarına qədər arxivlərdən dəyərli materiallar toplamış, onları dövri mətbuatda ədəbi ictimaiyyətə təqdim etmişdir”, – deyə AMEA prezidenti bildirib. Onun sözlərinə görə, Kamran Məmmədov həm də bacarıqlı yazıçı olduğundan yazdığı mətnləri dərindən dərk etmiş, sistemli şəkildə təqdim etməyə müvəffəq olmuş, öz sənət dünyasını düzgün əks etdirmişdir.
Akademik İsa Həbibbəyli bildirib ki, təbii və özünəməxsus xarakteri ilə seçilən, bütöv bir şəxsiyyət kimi yaddaşlarda yaşayan ədəbiyyatşünas-alim Kamran Məmmədov vətənpərvərlik, azərbaycançılıq ideyalarına böyük önəm vermiş, bu mövqeyini öz əsərlərində də əsas götürmüşdür. O, həmçinin Böyük Vətən Müharibəsi iştirakçısı olmuşdur. AMEA rəhbəri görkəmli alimin əsərlərinin bugünkü dövrdə də öz aktuallığını qoruyub-saxladığını, özünəməxsusluğu ilə seçildiyini və elmimizin inkişafına xidmət etdiyini vurğulayıb. Qeyd edib ki, Kamran Məmmədovun “Cəbhə gündəlikləri” əsəri vətənpərvərlik mövzusunda yazılmış ən sanballı əsərlər sırasında dayanır.
AMEA prezidenti görkəmli alimin vətənpərvərliklə bağlı hadisələrə hər zaman emosional reaksiya verdiyini, onun Şuşa və Qarabağ sevdasının vətəndaşlıq mövqeyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Bildirib ki, Kamran Məmmədovun ruhu şaddır ki, bu gün onun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfrans ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanda qeyd edilir. Kamran Məmmədovun uzun müddət Ədəbiyyat İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərdiyini deyən akademik İsa Həbibbəyli onun çoxlu sayda yetirmələrinin olduğunu qeyd edib, alimin institutun elm məbədi səviyyəsinə qaldırılmasında böyük rolu olduğunu xatırladıb.
AMEA rəhbəri aspirantura təhsili aldığı müddətdə Kamran Məmmədovun onun elmi rəhbəri olduğunu bildirərək, ədəbiyyatşünas alimlə bağlı xatirələrini bölüşüb. O, satirik janr nümunələrinə marağının yaranmasında ədəbiyyatşünas alimin irsinin böyük rolu olduğunu da diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli bugünkü tədbirin professor Kamran Məmmədova olan ehtiramın bir ifadəsi olduğunu deyib, konfransın görkəmli alimin və onun vaxtilə rəhbərlik etdiyi şöbənin timsalında Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alimlər nəsli yetişdirmək, bu istiqamətdə fəaliyyəti daha da inkişaf etdirmək məqsədi daşıdığını vurğulayıb.
Konfransda professor Tahirə Məmməd “XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı”, professor İslam Qəribli “Kamran Məmmədovun araşdırmalarında XX əsr Azərbaycan bədii gülüşünün tədqiqi”, professor Asif Rüstəmli “Kamran Məmmədov ədəbiyyat tarixçisi kimi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva “Alimin elmi irsində satira məsələləri” və filologiya üzrə fəlsəfə doktoru Əsmər Hüseynova “Kamran Məmmədovun bədii yaradıcılığı” adlı məruzələrlə çıxış ediblər.
Tədbirdə, həmçinin akademik Muxtar İmanov, professor İmamverdi Həmidov, filologiya üzrə fəlsəfə doktoru Solmaz Həyatova və filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxov çıxış edərək professor Kamran Məmmədovun yaradıcılığından söhbət açıb, alimlə bağlı xatirələrini bölüşüblər.
Sonda ədəbiyyatşünas alimin qızı, Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru Leyla Məmmədova çıxış edərək tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib.
Şəhərin ən kənar məhəlləsində, qaranlıq bir küçədə yavaş addım səsləri durmadan küçəni döyəcləyirdi. Bu anda küçədə it-pişik səsləri də duyulmaqda idi. Zibil bu yerlərdə sanki küçənin hər tərəfinə səpələnmişdi. İt-pişiklərsə zibil qutularını eşələyir, özlərinə yem axtarır, nəyisə bölə bilməyəndə isə insanlar kimi dalaşmağa başlayırdılar. Onların hürüşməsi, arabir boğuşması yavaş-yavaş addımlayan adamı heç narahat etmirdi. Ara məhəllələrdən isə ətrafa pis tüstü hər axşam olduğu kimi yenə də yayılmışdı. Nədənsə bu şəhərdə hər kəs gün batandan sonra pis işlərini aradan qaldırırmışcasına onları yandırıb göyə sovurmağa can atırdılar. Pis qoxu isə bütün bu eybəcərliklərin ən dəhşətlisi kimi bu yerlərdə yaşayanların alın yazısına çevrilmişdi.
Addım səsləri şəhərin bu iraq məhəlləsindəki ən son qapının ağzına gəlib bir anlıq dayanmış kimi oldu. Qaranlıqdan üzü görülməyən bu kimliyi naməlum adam nə qədər qapını döyəclədi, açan olmadı. Heç bilmək də çətin idi ki, içəridə kimsə var, ya yox. Adam da bir neçə dəqiqə beləcə cəhd etdikdən sonra bir şey əldə etməyib yenidən üfunət dolu küçənin qoynuna atıldı. Bu andan sonra nəinki bu məhəlləni, bütünlüklə şəhəri kəskin soyuq da çulğamışdı. Dəhşətli dərəcədə hava sərt idi. Bu dəfə havanın sərtliyi insanların bu günlərdəki sərtliyi kimi kəskin və amansız idi. Bu havanın soyuqluğu necə olurdu ki, daha da sərtləşdirdi, amansızlıq qazanırdı?! Belə bir sual da insanların düşüncəsini heç məşğul etmirdi. Soyuq anlayışının əsl mahiyyətini düşünmədən onu yaşamağa adətkərdə olmuşuq, amma həqiqi mənada bilmirdik ki, soyuq əsl həqiqətdə nə olan şeydi.
Soyuq üşümək deyil, soyuq donmaq da deyil. Soyuq üşüdüyün, şaxtanın ən iti bıçaqtəkin səni isidəcək olan bir evinin, isti yuvanın olmadığı zaman duyduğun hisdir. Onu da yalnız belə havalarda qapılar üzünə bağlı olan bu kimi adamlar duya bilərlər. İsti yuvasında oturub isti çayını içənlər bilməz, onlarla evi boş olan, sadəcə birində yaşayan və digərləri qapısı qıfıllı qalan o insan deyilən varlıq isə heç anlamaz, anlamaq da istəməz. Bax belə bir soyuq, şaxtalı bir gün idi. Elə bir gün ki, dediyimiz insanlar onun dəhşətini anlamaqdan məhrum idilər, onlar isti evlərində oturub isti çaylarını ləzzətlə udumlayırdılar, hətta küçələrin, xiyabanların bəyaz qarına baxıb ləzzət də alırdılar. Belə bir gündə çöldə, doğrudan da, elə güclü külək əsirdi və dağlardan insan dərisini kəsən soyuq qar gəlirdi ki, sanki qəzəbi tutmuşdu. Bu qədər güclü bir soyuqda, qarlı-şaxtalı havada şəhərin küçəsində tək-tənha bir adamsa yoluna ara vermədən davam edirdi. Bu şəhərin ara-bərə məhəllələrində bir o idi, bir də olsa-olsa ins-cins…
Küçədə tək-tənha hərəkət edən adam olduqca fikirli-fikirli və özü də heç bilmədən hara gedirmişcəsinə bir döngəyə gəlib çıxdı. Küləyin vıyıltısı da, hansısa yaxın-uzaq dağların başından gətirdiyi dondurucu qar da sanki ona qənim kəsilmişdi. Adam arada bir öz-özünə “Sən nə istəyirsən bizdən, bizimki bizə bəs etmirmi?!” kimi cümlələrlə deyinirdi. Budur, o, döngəni dönəndə küncdə, zibil qutusunu özünə daldalanacaq etmiş bir əyyaşla da qarşılaşdı.
Bəs şəhərdə tez-tez rastlaşdığımız bu əyyaş kim idi, bilirsinizmi?! Yox, onu tanımazsınız, yəqin. Bilmirsiniz, bəlkə, bəziləriniz görübsünüz, amma onu ötəri tanıyırsınız, bilirsiniz. Axı siz hər zaman bir əyyaşa ötəri baxmısınız, ona heç diqqət yetirməmisiniz. İcazə verin biz deyək: Əyyaş insanın ən aşağı nöqtəsidir. Bir insan özünə nə qədər rəhimsiz ola bilər, bax o, o zaman əyyaşa çevrilər. Bu gəzən adamın qarşısında da belə bir insan, daha doğrusu, insanın ən aşağı nöqtəsində bərqərar olmuş bir varlıq dayanmışdı. Adam-sərkərdan və Əyyaş. Necə də ağır bir qarşılaşma!
Adam ona yaxınlaşdı və xeyli səssiz-səmirsiz baxdıqdan sonra soruşdu:
-Adın nədir?
Əyyaş isə başını qaldırmadan cavab verdi, dedi ki, adım Vəhşi, Xortdan, Atılmış… Heç özüm də bilmirəm adımı.
Bu həyatdan küsmüş, özündən nifrət edən adamın cavabı adamı narahat etdi, axı onun da bu gün gəldiyi vəziyyət beləcə əyyaşlıqla başlamışdı. Əyyaş cavan oğlan idi, amma düşdüyü bu çirkab onu sanki ahıl bir insana çevirmişdi. Üzünə diqqətlə baxanda bir zamanlar onun necə də gözəl olduğu, gənc xanımların diqqətini necə çəkə biləcəyi sezilirdi. Amma indi o günlərdən əsər-əlamət qalmamışdı.
-De görüm, neçə yaşın var?
-Yaş? Məni ələ salırsan. Nə yaş!
Əyyaş güldü:
-Mən yaşayırammı ki, yaşım da olsun. Rədd ol burdan! Nifrət edirəm insanlara.
Əyyaş bir insan belə görmək, səsini duymaq istəmirdi. O, əlindəki butulkadan son xortumu da çəkib bədəninə adama doğru fırladır:
-Rədd ol, dedim sənə!..
Adam tək-tənha yoluna davam etməyə başladı. Soyuq yenə güclü idi, təbiətə hakim kəsilmişdi. Səhər də yavaş-yavaş açılmaq üzrədir, insanlar daha isti çaylarını içib küçələrə axışmağa başlamışdılar. Bir azdan küçələrdə uşaqlar da gözə dəyir, onlar qar topu oynayırdılar, səslər, şən gülüşlər isə ətrafa yayılmışdı. Artıq günortaya doğru yeməkxanalardan isti hava, gözəl qoxular da yayılırdı küçələrə. Adam arabir dayanır, istinin və yeməyin qoxusunu içinə çəkirdi. Bəs yolda tək-tənha gəzən bu adam kimi idi? Nə vaxtsa bir nəfərə içini açıb tökmüşdü:
-Mən bir sərkərdanam, dilənirəm, həm də evsiz-eşiksizəm. Döşəyim oturacaqlar, beton döşəmələr, ən yaxşısı yaşıl örtüklərdi. Yastığım yoldan tapdığım bir plastik su butulkası. Yorğanım yayda olmur, payızda səxavətli ağacların yarpağı, qışda buludlar və illər öncə itirdiyim qızımın bəyaz libasıtək ağappaq olan qar olur. Dostum yoxdu, hamı mənə xor baxır. Düşmənim isə bir vəfasız dünyadı. Birinə yığıb yığıştıra bilməyəcəyi qədər verib, digərini lüt-üryan buraxıb. Birinin onlarla içi boş qalan ev-eşiyi, imarəti, digərinin gecələməyə bir daxması da yox. Dünya budu…
Adam düşüb şəhərin küçələrinə, insan yığını çox olan yollara. Dilənir:
-Allah xətrinə məni geri çevirməyin. Acam, istəyirəm…
Biri heç baxmırdı üzünə. Belələrindən o incimirdi heç, digəri söyür, təhqir edirdi. “İtil cəhənnəmə”… “Rədd ol burdan…” “Əclaf…”. Bir kimsə də pul verirdi, on qəpik, iyirmi qəpik… Bir manat… çox zaman da itə atar kimi.
Adam dəmir, bəzən də kağız pullar alırdı. Amma o, əslində, bu pulları heç istəmirdi, istəmirdi bunu insanlardan. “Axı, mən pul üçün dilənmirəm”,-deyirdi.
Bəs bu sərkərdan və o Əyyaş nə istəyirdi?! Ah, onları bir anlaya bilsək, dünya qurtuluşa varacaq. Onlar, təbiətin bütün insanlar kimi onların da payına verdiyi ruzidən, bərəkətdən istəyirdilər. İstəyirdilər ki, onları da anlaya bilək. Onlar birdən-birə belə bir insana çevrilməyiblər ki, bu vəziyyətlə bizlərin heç mi günahı yoxdur? İnsan yaradılmışların ən əşrəfi deyilmi?! Yaradılmışların ən əşrəfi olan insan beləmi hörmətə, rəftara layiq görülməlidir? Heyhat! Heyhat ki, heyhat!
…Adam bax belə bir dünyada, belə bir soyuq, qarlı-şaxtalı gündə etinazsızlıqdan payını almışdı, ona əzab verən, bəlkə də, havanın soyuqluğundan çox insanların biganəliyi, soyuq münasibəti idi. Belə bir vəziyyətdə o, ağır-ağır yolunda davam edirdi, çox düşüncəli idi, sanki hər kəsdən, hər şeydən ümidini kəsmişdi. Siz heç hər kəsdən, hər şeydən ümidini kəsən adam görmüsünüzmü?
Hava isə getdikcə soyumaqda davam edirdi. Təbiəti isidən Günəş bu nəhs gündə qəribəlikdən heç doğmadı da. İnsanlar isti evlərindən çıxdılar, işə gedən qayıtdılar, yollar, küçələr, xiyabanlar dolub-daşdı və artıq gün başa çatmaq üzrə idi. Budur, şəhərə qaranlıq da çökməyə başlayıb. Hər kəs isti yuvasına tələsir. Şaxtalı hava kimi onlar da necə sərt və soyuqdurlar, ilahi. Adam isə yenə küçələrdə tək-tənha. O, özünə sığınıb, üşüyür, yox daha üşümək mərhələsini də çoxdan adlayıb, o donurdu. Addımları da yavaşıyıb, artıq ayaqları addımlamır, onun sözünə baxmır, sürütlənirdi. Bir azdan adam yerə yıxılır, o, artıq ölümün pəncəsində idi. Bu yetmiş yaşına lövbər vurmuş bu kişi indi yıxılıb yerə. Qar da amansızcasına yağmaqda davam edirdi. İnanmayacaqsınız, adam ölüm ayağında gözlənilmədən istini hiss edir, bədəninə bir istilik hopmağa başlayıb, bədən artıq donmurdu. Bu anda onun gözündən yaş axdı. Sən demə, bu həyatın ona son zərbəsi imiş. Bu əcəl təri imiş onu basıb. Və ölüm, bir gün hamını haqlayacaq o əcəl gerçəkləşdi. Siz necə, düşünmüşdünüzmü ki, ölüm qurtuluşdur?! Adam beləcə qurtuldu ona əzab verən həyatdan. Amma yenə tək-tənha idi. Yanında onu sevən, onun üçün ağlayan, ah-nalə qoparan yox idi. Bəlkə də, beləsi daha yaxşı idi.
…İndi qar daha güclü yağırdı. Budur, bir azdan o, adamın üstünü sanki ağ kəfən kimi örtmüşdü.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portal Naxçıvan Bölməsinin Rəhbəri,
Naxçıvan Dövlət Universitetinin”Jurnalistika” ixtisası üzrə IV kurs tələbəsi
Mənim dərdli dilim
İllərdir ana dilimi düzgün yazıb, doğru danışa bilmək üçün mücadilə edirəm.
Hələ tez-tez istifadə etmədiyiniz sözlər və orfoqrafiya qaydaları varsa və siz həssaslıqla onlara diqqət etməyə çalışırsınızsa özünüzə inamınız zədələnir. Bu zaman Orfaqrafiya lüğəti dərhal köməyimizə gəlir. Çox vaxt hətta onun belə imdadımıza çata bilmədiyi hallar olur. Amma bu işin tək fəlsəfəsi var. Axtar, soruş sonunda mütləq doğrusunu tap. Haqqını vermək, özündən əmin olmaq və ən əsası dilimizin müqəddəslik zirvəsini qoruya bilmək hər birimizin vəzifəsi olmalıdır. Biz hələ bu vəzifəmizi düzgün yerinə yetirə bilmədiyimiz halda ağlımız, fikrimiz ikinci dil öyrənməkdə qalıb. Sanki öz dilimizi öyrənmişik indidə sıra digər dillərə çatıb. Bəlkədə ana dilimizin ahı tutub bizi ki , on bir il orta məktəbdə sonra isə ali məktəbdə bizlərə dil dərsləri keçsələrdə hələ də doğru-düzgün yazıb danışa bilmirik. İşimiz qalıb Allaha, gərək O bizi aydınlatsın ki, dilimizin önəmini anlayıb beşikdən məzaradək ” dilimiz kimliyimizdir” şüurunu həyat tərzimizə çevirə bilək. Dilimizin qaydalarına nəzər salsaq bildiyimizi zənn etdiyimiz, hətta özümüzü alimi saydığımız səs, hərf, səs artımı, səs düşümü, sözlərin və şəkilçiləri yazılışı, mürəkkəb sözlər, durğu işarələri, heca qurluşu…. haqqında əslində çox az şey bildiyimizi görərik. Allaha şükr edirəm ki öyrənməli olduğumuz bu qədər şey arasında yaxşı ki ” sosial şəbəkə dili ” yoxdur. Yoxsa ” slm, saol, cnm, by, ok…” kimi qəribə, çirkin, zəhmətsiz və zövqsüz yazılmış abveturaları öyrənəcəkdik. Deyirəm görəsən insanın öz dilindən hərf oğurlaması oğurluq sayılırmı? Cavabını bilmirəm amma qulağa, gözə və vəfaya tərs olan hər şeydən kənarda və qarşısında durmağı seçməliyi vəzifə etməliyik deyə düşünürəm. Birdə gələcəyimizin sahibi olan gənclərimiz var. Biz bu gün dilimizdən oğurluq etsək onların sabahlarına dağıntı altında miras qoymarıqmı? İşimiz çox ağırdır. Gələcəyimizin bu gün bizim dilimizə göstərdiyimiz həssaslığa çox ehtiyacı var. İndi bu yazını yazarkən kim bilir nə qədər səhv etmişəm. Öyrənmək bitmir… Dönə-dönə oxunana qədər fərqinə varmırıq və diqqətimizdən kənarda qalır. Bağışlamağınız ümidiylə…
İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universitetinin “Jurnalistika ” ixtisası üzrə IV kurs tələbəsi
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Daşlı, dar küçələrin birindən digərinə adladıqca ayağındakı rezin çəkmənin səsi dəyişirdi; bayaq cırıldayan çəkmə indi pişik miyoltusuna bənzər bir ağı çəkirdi. Qoca bu səsləri min il idi ki, eşidirdi…
-Min il oldu ha!-deyə gülümsədi və başını qaldırıb beşmərtəbəli binanın köksündə kösövə dönən pəncərəyə baxdı: -Bir, iki…Üç… Hə, dəqiq üçüncü mərtəbədir.
Pəncərədən düşən işıq səkinin başı üstündən özünü küçəyə atmışdı, amma burda da yerini rahatlaya bilməmiş, iki tək-bir cüt daşın üstünə başını söykəsə də, titrəməsi kəsməmişdi. Qoca heybəsini işığa əmanət eylədi və ehtiyatla, ayağının altına diqqətlə baxa-baxa divarın dibinə-pəncərənin altındakı qaranlıağa doğru irəlilədi. Gümanı çin çıxmışdı; burda da qırıq qəlb vardı…
…Çox sonralar, qocanın yaddaşı xəfifləyəndə, gözlərinin işığı öləziyib, ayaqlarının təpəri yesir olanda nəvələrini başına yığıb danışacaqdı:
-Həmin gecə beşmərtəbəli binada tək bircə pəncərədə işıq vardı. Dünya yatan vaxt oyaq olanın qəlbinin qırıldığını illərin təcrübəsi öyrtəmişdi mənə… Və elə, əlimlə qoyduğum kimi də tapdım o gecənin qənimətini-qırıq qəlbi…
-Üstündə nə yazılmışdı, babacan?-Nəvələrin ən dəcəlinin dili dinc durmamışdı.
– … “Sona İntizar” yazılmışdı…-Qoca yaddaş xəritəsində işarələdiyi yeri tez tapdığına o qədər sevinmişdi ki, “İntizar” sözünü deməyində belə, bir şənlik vardı…
***
Şeirə könül verənlərdəndir o… Bildiyini, gördüyünü, lap elə gözünü yumub ruhunu çırpdığı naməlumluqları da şeirlə anladır. Yazır ki: “Arada ürəkdən gah küs, gah barış, Hisslərin düzülsün qoy sətirlərə…” Şeiri “düzüb-qoşanlardan” fərqli olaraq, misraların hisslərin son ucu olduğunu dərk edir. Bu dərketmə onun xoşbəxtliyidirmi? Cavabını qətiləşdirməyə ürəyim gəlməyən sualdan yaxa qurtarmaq üçün üzümü tuturam növbəti şeirə:
Sən hardan biləsən nədir məhəbbət,
Dualar etməyi öyrəndinmi sən?
Ola bilər ki, dua etmək hansısa fövqəl gücün buyruğu olsun, amma ona nəyi, necə sığdırmağı insan övladı özü kəşf edib. Və məncə, hisslərinə qudsal donu geyindirməyə də məhz bundan sonra başlayıb… Ona görə də, duanı məhəbbət qədər ülvi, məhəbbəti də dua qədər toxunulmaz, sözqonmaz saymaq qərarına gəlib….
Amma insanın dünyadan küsdüyü, olub-bitəni günahkar çıxardığı “fələyin” ayağına yazdığı vaxtlar da olur ki, belə anlar heç bir düşüncə dolabına sığmır; qapı dalındakı kiçik, siyirməli, taxta oturacağın dabankeş asılan əyri mismarı bəs edir ki, zehnindəki durğunluğun boğazlığına keçirəsən. Məhz belə zamanlarda doğulur “ən adi şeirlər”: “Bir də görürsən ki, gözün qaralır, Daha döyünməyir sinəndə ürək.”
***
Qırıq qəlb toplayıcısı kimi ömür keçirən qoca taxta çərçivəli pəncərənin önünə, nəlbəkidə yanan şama baxır, həmin gecəyə aid nəsə tapacağına olan ümidini itirməyərək yaddaşını eşələyirdi. Burnunun üstü qırışanda, dodaqlarının kənarları asta-asta büküləndə dəcəl nəvə onun axtardığını tapdığını anladı və əlini uzadıb babasının yun corablarının ucunu dartışdırdı:
-Babacan! Söylə… Söylə…
-Həmin gecə ilk dəfəydi ki, qəlbi qırılan birinin yaşadığı evdən mahnı səsi gəlirdi.
-Mahnı?
-Hə…-Qoca oynaqları şişmiş barmaqlarını üst-üstə qarmaqladı, sonra peşmanladı, çənəsini sinəsinə söykəyib inamsızlıqla pıçıldadı:-Mahnı deyildi, əslində… Şeir idi…Amma qız özü mahnı kimi oxuyurdu…
***
“Xəyalına söylə, bir də qarşıma Qoy sənsiz gəlməsin, sənsiz çıxmasın…”-üsyan edir Sona İntizar… Öz qurduğu xəyalları səliqəylə, nizamla yığdığı könül rəfinin ən üst gözünə baxarkən, nataraz, həyatın əyninə gəlməyən, rəngi qarışıq xəyalı görərkən gücü elə buna çatır. Sonra bütün ümidlərini dəstələyir, cəsarətini bağ edib ümid şələsi qurur, ayağını bu şələnin üstünə qoyur, boyunu həmin o nataraz xəyala uzadır (əlini uzatmağı qüruruna xəyanət sayır amma…), bağırdığını sanır: “Mən sənin gözündə nə olmuşam, bəs?” Səsini isə təkcə özü, bir də qırılmış qəlbini heybəsində daşıyan o qoca eşidir…
“Şeirimin hər sətri səndən bəhs edir…” Üz tutduğu “sən”i də özü yaradıb…
“Bir şeir yaz, qələm, özündən danış, Misralar bəzənsin təbəssümlərə.” Təkləndiyi ömür düzündə üzü tutan bircə qələmi qalır şairin…
***
Qoca nəvələrinə söylədiyi nağılın sonunda göydən düşən üç almanı bölə bilməmişdisə də, nağıldakı sehir uşaqların “şirin yuxuya batmasına” yetmişdi. Qoca da yatmaq, minilliklərin yaddaşındakı sınıq-salxaq nəfəsliklərindən içəri təpilən xatirələrin gözündən yayınmaq istəyirdi. Bacarmırdı…
-Deyəsən, bu qış gecəsi umduğumdan da uzun olacaq axı…-Təəssüflə başını buladı və ip corablarının üstündəki naxışları görmək üçün ayağını yuxarı qaldırdı, şam işığına tutdu.
…Səhər nəvələri qocanı üzündə gülüş, amma nəfəssiz tapdılar. Pəncərənin buğunda bircə cümlə yazılmışdı: “Qəlblər qırıldıqca şairlər susmayacaq…”
*** “Gül- çiçəkli bağsan, Mən torlu çəpər, Biz ayrı doğulduq…” Bəzən eşq daşın şəlaləyə, şəlalənin də intiharına bəarət qazandırdığı təbiətə aşiq olduğundan başqa heç bir məna daşımır. Və beləcə, davamedici zaman formasında yaşayan insan solmuş ümid çiçəyinə yas saxlamaq əvəzinə, dibinə bir ovuc daha sevgi tökür, bir xoş söz daha deyir…
Qırıq qəlb toplayıcısı olan qoca Sona İntizarın şeirlərində məhz bu həqiqəti tapmışdı… Babalarından aldığı əmanəti-qırıq qəlbləri toplamağı nəvələrinə ötürməyi bacarmağın xoşbəxtliyi ilə sonuncu nəfəsini havaya sovurmuşdu…
Nəvələr baş-başa verib işə hardan başlayacaqlarını düşünürdülər. Dəcəl nəvə çoxbilmiş ifadəylə demişdi:
-Gecələr işığı sönməyən pəncərələrin altına və parkdakı oturacaqların yağışda quru qalan tərəflərinə baş çəkməliyik!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Gele bilirmisin? Gel… Gidebildiyin gibi gel… Gidişini kucaklayan yolları Sana tarif edemem… Bitanem… Gel… Bildiyin gibi gel…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Bir ağustos akşamıdır… Yüreğimden esen rüzgar Saçlarına ulaşıyor mu? Sende de hatıralar Aşk saatinin tersine Dörtayak koşuyor mu?
Bir ağustos akşamında Dertleşirim şiirle; “Yağmurlar beni sevmiyor”… “Ama arkadaşım çay Dönüyor bir yudumluk sevgiliye…” Orhan hocam da çaya “arkadaşım” diyor…
Ben ve ağustos akşamı… Kalbim hala unutmuyor İçinden geçib gitmişleri… Beyaz seçmişim çay bardağımı… Ruhumun dalgaları sahile vuruyor, Kim buluyor şiirimde “yitirilmişler”i?
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Bir yerə ki çağırdılar, Getmək üçün ar eləmə. Bir yerə ki çağrılmadın, Heç o yeri dar eləmə.
Qalsın gözü yollarında, Qoy qalmasın pullarında. Yevroları, dolları da, Manatınla yar eləmə.
Qəpiyinə güllə atma, Ciblərini topa tutma, Topu topa belə qatma, Oynadılan şar eləmə.
Kim çağırdı, dünyaya gəl? Gəl-gəl deyir, amma əcəl, Səma özü kimi dəcəl, Qulağını kar eləmə.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Payızın üstündə yaman əsirsən, Bir həsir, bir də ki Məmmədnəsirsən, Eləbil tufandan qalan kəsirsən, “Külək, niyə belə əsirsən, külək Niyə ümidimi kəsirsən külək?”
Payızın əlində yesirsən yesir, Baxan elə bilər olmusan nasir, Tutduğun əmələ günəş də susur, “Külək, niyə belə əsirsən, külək Niyə ümidimi kəsirsən, külək?”
Payız səni görüb səsini qısır, Toz-torpaq içində hər işin qüsur, Mənim hisslərimə edirsəm təsir, “Külək, niyə belə əsirsən, külək Niyə ümidimi kəsirsən, külək?!”
722-ci ilin payızı idi. Əməvi xilafətinin başçısı Yezid ibn Əbd əl-Malik otağında narahatlıqla var-gəl edirdi. Son zamanlar aldığı bəzi xəbərlər onun yuxusunu qaçırmışdı. Uzun düşüncələr sonucu axır ki, bir qərar verə bilmişdi. Bir azdan qərarını açıqlayacaqdı. Ancaq hələ də verdiyi qərarın doğrumu, yanlışmı olduğunu qətiləşdirə bilməmişdi. Hərdən keçib yerində otursa da, az sonra gərginliyini azaltmaq üçün təkrar durub gəzişməyə başlayırdı. Bu zaman xidmətçi içəriyə daxil oldu: “Ya Əmir! Əl Cərrah gəldi”!- dedi.
Xəlifə əlinin işarəsi ilə razılığını bildirən kimi Əl Cərrah otağa daxil olub təzim etdi. Xəlifə “Otur”!-deyə əmr edəndən sonra özü də keçib yerində əyləşdi və sözə başladı:
– Azərbaycandan yenə xoşa gəlməyən xəbər almışam. Səksən ildir ki, onları ərəb xilafətinə tabe olmağa məcbur etməyimizə baxmayaraq, yenə də onlar boyun əymir. Onlarla çox ciddi haqq-hesab çəkməyin zamanıdır, Əl Cərrah! Səni Azərbaycana hakim təyin edirəm. Bütün Azərbaycanı hökmümüzə tabe etmək üçün əlindən gələni etməlisən. Ancaq unutma ki, Azərbaycanın quzeyində yaşayan ən böyük türk boylarından olan Xəzərləri məğlub edə bilməsən, o məmləkətdə heç nəyə nail ola bilməyəcəksən. Ümid edirəm ki, həm yaxşı döyüşçü, həm də bizə sadiq xidmətçi olduğunu sübut edəcəksən!
Əl Cərrah ayağa qalxıb əlini ürəyinin üstünə qoydu. Sonra təzim edərək:
– Hökmünüz icra olunacaq, ya əmirəlmöminin!- dedi.
Əmir onu sınayıcı nəzərlə başdan-ayağa süzdü. Sanki sonuncu dəfə baxırdı sadiq xidmətçisinə…
-Yeddi gün sonra səhər Günəş oyanmamış Əl-Cərrah iyirmi minlik qoşunla Azərbaycana yola düşdü. Bərdəyə qədər gəldi və burada düşərgə saldı. Lakin Əmirin tapşırığı və ilk gündən özünü təsdiq etmək ehtirası onun burada rahat oturmasına imkan vermirdi. Odur ki, burada çox qala bilmədi. Bir müddət Bərdədə düşərgə salandan sonra xəzərləri yenmək məqsədi ilə Dərbəndə doğru yol aldı.
…Xəzər döyüşçüləri arasında çaşqınlıq yaranmışdı;
– Xəbəriniz varmı ərəblər bizimlə döyüşə gəlir?!
– Qoy gəlsin, görsün qılıncımızı.
– Deyirlər onlara heç bir silah təsir etmir, heç ox da batmır.
– Xəzərin qılıncı qayanı da yarır. Ərəbin başınımı kəsmiyəcək bu qılınc?!
– Deyilənə görə onlar göylərdən gəlib. Kim onlara silah qaldırarsa, böyük faciələr baş verər. Günəş tutular, ay tutular…
Belə söhbətlər Xəzər döyüşçüləri arasında ikitirəlik və ruh düşkünlüyü yaratmaqdaydı. Ərəb böyüklərinin bölgələrə səpələnən təbliğçilərinin əhali arasında yaratdığı mif artıq, öz işini görməkdəydi…
Günəş yenicə doğmuşdu. Düşmən döyüşçülər üz-üzə dayanmışdı. Bir azdan amansız savaş başlayacaqdı. Əl Cərrah döyüşçülərini bir daha az sonra başlayacaq döyüşə hazırlayırdı:
– Ey ərəb ordusu!
Siz Allah və din yolunda döyüşürsüz. Allahımız, bizə kafirləri öldürməyi əmr etdi. Cəsarətlə və həvəslə döyüşün. Bu döyüşdə kim həlak olarsa, bilsin ki, dərhal cənnətə düşəcək. O biri dünyada sizi ağ bədənli, iri gözlü hurilər qarşılayacaq.
Onlar cənnətdə sizə dadı dəyişməyən şirin sulu bulaqlar, süd gölləri, içənlərə ləzzət verən, yaşıllıqlar içində gecə-gündüz axmaqda olan şərab çayları təqdim edəcək. Siz o şərabdan sonsuza qədər bol-bol içəcəksiz. O şərablar dünyadakı şərablar kimi sizə başağrısı verməyəcək. Bu döyüşdə sağ qalan hər kəs isə böyük şöhrət qazanacaq, çoxlu qənimət əldə edəcək, var-dövlət sahibi olacaq, evinə çoxlu qızıllarla qayıdacaq…
…Ordular yüz illərin barışmaz düşmənləri kimi döyüşməyə başladılar. Şiddətli və amansız döyüş oldu. Ancaq buna baxmayaraq, düşmənləri haqqında məqsədli şəkildə yaradılmış mif öz işini görürdü. Xəzər qoşunlarının böyük hissəsi tərəddüd içində, qorxuqarışıq ehtiyat hissi ilə döyüşürdü. Beləcə, səhər başlayan döyüş axşama yaxın ərəb qoşunlarının zəfəri ilə sonuclandı.
Ərəb qoşunları bu döyüşdən xeyli qənimət əldə etmişdi. Onların qəniməti keçdikləri yaşayış yerlərindən taladıqları var-dövlət və daha çox qazanc əldə etmək üçün qul kimi satmaq niyyətilə apardıqları əsirlər idi…
O ili Əl Cərrah qışı Aranda keçirdi, yazda isə Ərdəbilə gəldi və burada düşərgə saldı.
…724-cü ilin əvvəllərində xəlifə Yezid ibn Əbd əl-Malik öldü. Ondan sonra Yezidin qardaşı Hişam ibn Əbd əl-Malik xəlifə oldu. Yeni seçilən xəlifə Əl Cərraha xəbər göndərdi. Ona Azərbaycanda qalmağı və yenidən ayağa qalxmağa başlayan Xəzərlərə qarşı savaşmağı əmr etdi. Əl Cərrah bir müddət Savalanın ətəyində düşərgə salandan sonra yaxın zamanda əmrə uyğun olaraq, Dərbəndə doğru – xəzərlər üzərinə yürüş etməyi qərara aldı.
…Xəzərlər heç cür yenilgi ilə barışa bilmirdi. Yenilgidən ən çox qeyzlənən və özünə yer tapa bilməyən Xəzər Xaqanının gənc oğlu Bars Bəy idi. O, artıq bir neçə ay idi ki, döyüşkən Xəzər oğullarını ətrafına toplayıb işğalçılara qarşı savaş açmaq üçün hazırlıq görürdü. Bunun üçün də ardıcıl olaraq döyüş təlimləri keçir, onlarla söhbətlər aparır, düşmənlərin heç bir qeyri-adi gücə sahib olmadıqlarını, onları cəsarətlə döyüşərlərsə, Xəzərlərin düşməni yenə biləcəklərinə inandırmağa çalışırdı. Uzunmüddətli söhbətlər və ardıcıl təlimlər öz bəhrəsini verməkdə idi. Yaz gecələrinin birində Xaqan oğlu Bars Bəy qəti addım atmaq niyyəti ilə ordu başçılarını ətrafına toplayıb sözə başladı:
– İki ildir gecələrimiz əzab, gündüzlərimiz qəm içində keçir. İki ildir qəhrimizdən bayram etmədik, şənlik keçirmədik. Törələrimizdən uzaqlaşmağa başladıq. Atalarımızdan utandıq, analarımızın yanında rəzil olduq, qadınlarımızın üzünə baxmaz hala gəldik. Tanrımı üz çevirdi bizdən?! Özümüzə qayıtmağın, bizi üzən əzaba və kədərə son qoymağın zamanı gəldi. Bizi bu rəzil durumdan ancaq savaş qurtara bilər. Savaşaq ki, özgürlüyümüz var olsun! Qılınclar qında pas atmasın! Atlarımız büdrəməsin! Tanrı bizi özgür görmək istər. Savaşaq ki, Tanrı da bizi bağışlasın… Bars Bəy çıxışına qısa ara verib dərindən nəfəs aldı və ucadan sordu:
Ərənlərim! Bu yenilgi ilə yaşamağı qəbul edirsizmi?!
– Yenilgi ilə yaşamaq, yaşamaq deyil, rəzillikdir!
– Ya düşmən üzərində qələbə qazanmalı, ya da savaşaraq ərən kimi ölməliyik!
– Özgürlüyümüzə gedən yol savaşdan keçir. Başqa yolumuz yoxdur! – deyə ordu başçılarından- ərənlərdən səslər ucaldı.
– Elə isə hazırlaşın, sabah döyüşə gedirik! – deyə Xaqan oğlu Bars Bəy qılıncını sıyırıb göylərə doğru uzatdı.
– Sabah döyüşə gedirik! Otuza qədər qılınc qından sıyrılıb havada parladı…
…724-cü ilin yazı idi. Ərəb xilafətinin sərkərdəsi Əl Cərrah Savalan dağının ətəklərində düşərgə salmışdı. O, yaxınlarda Dərbəndə doğru- Xəzərlər üzərinə yürüş etməyə hazırlaşırdı. Son zamanlar Xəzərlərin yenidən ayaqlanmasından az-çox xəbərdar idi. Yürüş üçün toplanmağı və qərar verməyi düşünürdü. Bu düşüncələrlə uğraşdığı bir zamanda ona Xəzər ordusunun onlara doğru gəldiyi və artıq yetişmək üzrə olduğu xəbərini gətirdilər. O, bir az sonra uca bir yerə çıxdı. Quzeydən onlara doğru sel kimi axıb gələn bir ordu gördü.
Bu, Xaqan oğlu Bars Bəyin başçılıq etdiyi Xəzər ordusu idi…
…Qəzəbli və güzəştsiz bir döyüş başladı. Var-dövlət və cənnət arzusu ilə döyüşən qoşunla, cənnətini özgürlüyündə görən bir qoşun arasında ölüm-dirim savaşı oldu. Səhər başlayan şiddətli döyüş günorta başa çatdı. İşğalçı ərəb qoşununun çoxu bu savaşda öldürüldü. Xilafət ordusundan yalnız bir neçə nəfər qaçıb canını qurtara bildi. Əl Cərrahın da cəsədi bu saysız-hesabsız ərəb cəsədləri arasında idi…
…Savalandan quzeyə- Dərbəndə doğru qalib bir ordu gedirdi. Bu, Xaqan oğlu Bars Bəyin ordusu idi. O, çox böyük qənimətlə geri dönürdü. Onun qəniməti yenidən əldə etdiyi qüruru, özgürlüyü və iki ildən sonra ilk dəfə olaraq – Tanrının onu bağışladığı inancından qaynaqlanan – sevinc duyğusunu yaşaması idi.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Yolüstü- yağışların dostu Danış, susduğum yağış Qulağıma yaxın gəl, Bu sənsən? ! Su yanğıma su gətir, Susuzluğu yatır- gəl! Gələrsən?! Güz çiçəyi kimiyəm. Mən bahar yaşamadım. Sevilməyi bilmədim Ümid kimi- ölmədim. Sən tək dönə bilmədim hər gedişin sonundan. Mən sevgiyə gec qaldım- Sevgidən aca qaldım. Bəlkə də uca daldım. Gəl,e…. gəl.. Yanağımda düzül,gəl. Dodağımda isin! Gəl! Gülərsən. Danış , susduğum yağış Dodağıma yaxın gəl. Bu sənsən..
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Heç bilmirəm. Heç bilmirəm Arzuları neçə günə ovutdum, İnamımı neçə ucuz dostlarımçun ələdim. Yaşlanırdım -mən həminki,o acıdil kobuddum. Ciblərim də boşalmışdı, ürəyimi xərclədim. Mayası bol uydurmadır sevgilər . Elə olur adətən. Hər gün nağıl dinləyərdim Uşaq ikən “yox babam”ın dilindən. Bir peşəkar yalançıydı -gözlərim də- Gülümsərdi ağrıların əlindən. Dinlədiyim nağıllarda ölənləri saydıqca, Dodağımı gəmirərdim, qabırğam da göynəyərdi əlimdən. Elə gözəl böyümüşdüm , Elə körpə uşaq ikən ölmüşdüm- Fərqlənirdim yaşıdlardan, ilan kimi mələyirdim,İlahi. Deyirdilər ,sən əvəzsiz, bağışlayan, rəhmdil.. Necə oldu, 3-4illik uşaqlığa qıya bildin, İlahi.. Mən yenə də sənə küsdüm, Səndən qaçdım, üsyan etdim, İlahi… Yuxulardan boz dünyama yolladığın qollar da HələliyI həmişəliyə dəyişdilər bir axşam. Yenə həmin qaranlığa göndərdilər könlümü Ayaq tutub , yenə sənə qaça bildim,İlahi..
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Bu şəbi yeldada səni düşündüm- Gözündə yox idim əzəl baxışdan Bilirdim qozbeli qəbir düzəldər.. Bilmirdim kor qalar gözlər – baxışdan.
Bilirdim qozbeli qəbir düzəldər.. Bilmirdim kor qalar gözlər – baxışdan. Mən yenə bilmədim yoxu, korluğu. Tutmaq da alınmır qara yoxluğu . Tapa bilməyəndə sənli toxluğu Başımı qatmışam suyla, yağışla.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Sən yadıma düşəndə günəşə göz atıram, gözlərimi yandırır. O parıltı sənsənmi? qalan ağlımı alır.
Sən yadıma düşəndə kəndimizin şəklini ürəyində daşıyır içimdəki boz divar. O kənd sənə tanışdı? Səsin kəndə aparır, mənə tanış o civar.
Sən yadıma düşəndə ay günəşlə yarışmır, günəş ayla öpüşür. O ay sənin dostundu? Mənə səndən danışır, sözünü kəsməyəndə darıxmağım ötüşür.
Sən yadıma düşəndə İçir gülür babalar, gözündə cavanlaşır ən deyingən qarılar. O cürünü görmüsən?! Elə bil çiçəklərdən toz daşıyır arılar.
Sən yadıma düşəndə Dənizdə qayıq batır, əllərimdən yapışır kömək istəyən qollar. O dənizi bilirsən? Necə xoşbəxt olurlar, neçə yuva qururlar on bir rəngli balıqlar…
Sən yadıma düşəndə Düşür yadıma yollar. Yeridikcə hər küçə, səssiz dolanmış qollar. O qolların ağrımır ələndikcə yağışlar?! Mənəm də, Allah haqqı, sən yadıma düşdükcə sonunu dəyişırəm- xoşbəxt bitir nağıllar.
Mədəniyyət naziri Anar Kərimov dekabrın 21-də nazirliyin mətbuat orqanları “Mədəniyyət/Culture” jurnalı və “Mədəniyyət” qəzetinin kollektivləri ilə görüş keçirib.
Müasir dövrdə mətbuat və medianın qarşısında mühüm vəzifələrin dayandığını bildirən Anar Kərimov informasiyanın dəqiq və operativ şəkildə ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edib.
Nazir ənənəvi çap mətbuatının əhəmiyyətini qeyd edib, mədəniyyət salnaməmizin, müasir mədəni proseslərin gələcək nəsillərə çatdırılmasında onun bir mənbə rolunu oynayacağını deyib. Bildirilib ki, müasir oxucu informasiyanın maksimum qısa və lakonik olmasını istəyir. Buna görə də hər iki nəşr çap variantlarını qoruyub saxlamaqla yanaşı, elektron versiyalarını təkmilləşdirməli və məlumatların çatdırılmasının daha optimal yollarını tapmalıdırlar.
Mədəniyyət Nazirliyində həyata keçirilən islahatlar haqqında söz açan Anar Kərimov bu prosesin ümumi mədəni inkişafa xidmət etdiyini deyib. Bildirib ki, nazirliyin mətbuat orqanları bu islahatların öz məqsədinə çatmasına, eləcə də mədəniyyət sahəsində yeniliklərin vaxtında oxuculara çatdırılmasına çalışmalı, uğurlarla bərabər, problemləri də diqqətdə saxlamalıdırlar. Hazırda dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, mədəni quruculuq barədə danışan nazir bu prosesin hər iki mətbuat orqanında mütəmadi işıqlandırılmasının zəruriliyini vurğulayıb.
Qəzet və jurnalın yayımı, hədəf auditoriyası barədə danışan Anar Kərimov deyib ki, ölkəmizin mədəniyyət ictimaiyyəti ilə yanaşı, elm, təhsil və digər sahələrdə çalışanların, xüsusilə də tələbə və gənclərin bu nəşrlərə əlçatanlığının təmin edilməsi faydalı olar. Nazir bu məqsədlə hər iki nəşrin yayım siyasətinin yenidən nəzərdən keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Görüşdə eyni zamanda informasiya siyasətinin reallaşdırılmasında sosial medianın imkanlarından da maksimum istifadənin günün tələbi olduğu vurğulanıb. Hər iki nəşrin elektron versiyalarında multimedia imkanlarının daha da artırılması ilə bağlı müzakirə aparılıb.
“Mədəniyyət/Culture” jurnalının baş redaktoru Əməkdar jurnalist Zöhrə Əliyeva, “Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev nəşrlərin fəaliyyəti, həyata keçirilən layihələr haqqında məlumat veriblər. Gələcək planlar, yayım işi barədə söz açılıb, təkliflər səsləndirilib.
A.Q.Kərimlinin Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilsin.
A.Q.Kərimlinin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilsin.
2. Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilsin.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Çox rəngarəng dünyada yaşayırıq bizlər. Kiminə rəngli, kiminə sadece ağ-qara rəngdən ibarət olan bir dünya. Bəzən bir tərslikdən dolayı öz həyatımızı qaraya bürüyər, bəzən ani bir xoşbəxtlikdən yaşantımızı rəngləndirməyi bacarırıq. Demək hər yaşantı insanın öz iradəsindən asılı imiş… İnsan sadəcə kimisə sevməklə deyil, özünü sevməklə də xoşbəxt ola bilir. Bəli, sevgi, sevməyi bacarmaq hissi məs elə özünü sevməkdən başlayır. Bu xoşbəxtliyə aparan yoldur, xoşbəxtliyin başlanğıcıdır. Həyatın məşəqqətli yollarından keçmiş bir insan üçün üzündə təbəssümü aradan hər şey xoşbəxtlik deməkdir. Yalnız bir xətt üzrə yaşayan insanı isə heç nə təəccübləndirə bilməz. Buna görə də, xoşbəxt ola bilmir insan. Əlində olan xoşbəxtliyi duya bilmir və gözü qıraqda axtarır o adını bilib, özünün hiss etmədiyi o hissi. Necə olur ki, bəs bu fürsəti qaçırırıq əldən? Demək ki, insan göz önündə olanlarla deyil, hardasa əlçatmazlıqda görür xoşbəxtliyi… Çünki, tez və asan əldə olunan heç bir şey insanı daim xoşbəxt edə bilməz. Zatən xoşbəxtlik daimi olmur. Məncə bu ani yaşanılan hissin bir neçə vaxt sürdüyü təsir gücüdür ki, bir müddət insanın hafizəsində qalır… Və bu insana “daimi xoşbəxtlik” adı altında şüuraltı təsir edir. Bəlkə bundadır ki, inciyəndə, təsirlənən qarşımızdakı insanı “SƏN DƏYİŞİLMİSƏ”, “ƏVVƏL BELƏ DEYİLDİN” – deyərək tənbeh edirik çox vaxt. Amma, oysa ki, əslində öz əlindədir insanın xoşbəxt olması… Mən bir çox mərhələləri atlatdım bu həyatda və qərara gəldiyim bu oldu ki, xoşbəxtlik bir qapıdır. Və o qapının açarı yalnız Hörmət və Sevgidir. İnsan birinci özünə hörmət etməlidir, sonra düşdüyü mühütdə öz tutduğu mövqeyi möhkəmləndirməliyik. Sevincindən pay verməyi bacarmalıdır. Bunlar insanı formalaşdıran amillərdi. Necə ki biz özümüzü bədbin, rahatsız, gücsüz hiss edəndə nəyəsə və ya kiməsə ehtiyac duyuruq, eləcə də xoşbəxt, sevincli, yüksək əhvalda olanda da mütləq paylaşmağı bacarmalıyıq. Bu hiss insana fərahlıq verir, könlünü cavanlaşdırır. Xoşbəxtliyin sirri mənim üçün yalnız görünən amillərə deyil, görünməyən hisslərdədir. Odur ki, sevgi dolu həyat arzusuyla…
Xəbər verdiyimiz kimi, 23-25 dekabr tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyilə “II Sumqayıt Kitab Sərgisi” həyata keçiriləcək.
Edebiyyatqazeti.az ANAİB-ə istinadən xəbər verir ki, ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə baş tutacaq, 90 %-dək endirimlər tətbiq olunacaq sərgidə, eyni zamanda tanınmış ədiblər, ictimai xadimlər, incəsənət nümayəndələri ilə görüşlər keçiriləcək, müxtəlif mədəni tədbirlər həyata keçiriləcək. Bundan başqa sərgi çərçivəsində ebru sənəti, gips və kətan boyama kimi master-klaslar olacaq, müxtəlif dekorasiyalarda əyləncəli fotozonalar təşkil ediləcək.
Sərgi müxtəlif görüşlər, imza saatları, panellərlə də zəngindir.
Dekabrın 23-ü saat 14:00-da “Şirvan” təqdimat zonasında yazıçı Varis Yolçuyev oxucularla görüşəcək.
Dekabrın 23-ü saat 15:00-da “Şirvan” təqdimat zonasında bloger Həvva Səfərova “Səyahətdə kitab” seminarı verəcək.
Dekabrın 24-ü saat 11:00-da “Şirvan” təqdimat zonasında teleaparıcı Rafiq Həşimov kitab və televiziya anlayşından söhbət açacaq.
Dekabrın 24-ü saat 13:00-da “Şirvan” təqdimat zonasında yazıçı Orxan Fikrətoğlu müasir romançılıq anlayışından danışacaq.
Dekabrın 24-ü saat 14:00-da “Təbriz” təqdimat zonasında reper PRoMete həyatını dəyişən kitablardan danışacaq.
Dekabrın 24-ü saat 14:00-da “Şirvan” təqdimat zonasında İlqar Fəhmi və Arif Buzovnalının şeir saatı baş tutacaq.
Dekabrın 24-ü saat 16:00-da “Şirvan” təqdimat zonasında bədii qiraətçi Xəzər Süleymanlı və şair Aqşin Evrənin şeir saatı keçiriləcək.
Dekabrın 24-ü saat 18:00-da Kamran Muradlının ifasında Ülviyyə Heydərovanın pyesi əsasında qurulmuş “Pələng” monotamaşası oynanılacaq.
Dekabrın 25-i saat 12:00-da “Təbriz” təqdimat zonasında təlimçi Orxan Şahbaz duyğuların idarə edilməsindən söz açacaq.
Dekabrın 25-i saat 12:00-da “Şirvan” təqdimat zonasında Diksiya Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlu nitqdəki uzunçuluqdan danışacaq.
Dekabrın 25-i saat 13:00-da “Təbriz” təqdimat zonasında Aytac Qəmbərova “Danışan şəkillər” nağılı əsasında kukla tamaşası nümayiş etdirəcək. Dekabrın 25-i saat 13:00-da “Şirvan” təqdimat zonasında hərbi diktor, müğənni Şəmistan Əlizamanlı poeziya və musiqidə vətənpərvərlik anlayışından söz açacaq.
Saat 14:00-da isə “Şirvan” təqdimat zonasında yazıçılar Qismət və Aqşin Yeniseyin “Oxutmuram, əl çəkin!” adlı müzakirə saatı başlayacaq.
Dekabrın 25-i saat 14:00-da “Təbriz” təqdimat zonasında yazıçı Rövşən Abdullaoğlunun imza saatı keçiriləcək.
Dekabrın 25-i saat 16:00-da “Təbriz” təqdimat zonasında yazıçı Elxan Elatlının “Qazinin ölümü” kitabının təqdimat və imza mərasimi olacaq.
Dekabrın 25-i saat 16:00-da “Şirvan” təqdimat zonasında yazıçı Ülviyyə Tahirin imza saatı baş tutacaq.
Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – klassik ədəbiyyatlarda, qədim yunan əsatirlərində yer alan söz və ifadələrin, məkan, tanrı və bədii əsər qəhrəmanı adlarının toplandığı irihəcmli “Mifoloji lüğət” kitabı işıq üzü görüb.
Tərcümə Mərkəzinin məlumatına görə, kitabın tərtibçiləri Mərkəzin dil və tərcümə mütəxəssisləri Bəhlul Abbasov, Mahir Qarayev, Nəriman Əbdülrəhmanlı, redaktorları Rəbiqə Nazimqızı və Şəfiqə Quliyeva, “Ön söz” müəllifi Etimad Başkeçiddir.
Qeyd edək ki, lüğət humanitar sahələrdə çalışan elm adamları, müəllimlər, bilavasitə əlaqədar ədəbiyyatların tədrisi və tədqiqatı ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dekabrın 21-də Xalq rəssamı, heykəltəraş, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovla görüşüb.
Ömər Eldarovu 95 illik yubileyi münasibətilə təbrik edən nazir onun Azərbaycan mədəniyyəti və incəsənətinə verdiyi töhfələr, həmçinin zəngin mədəniyyətimizin ölkə daxilində və xaricində təbliğ edilməsində səmərəli fəaliyyətini vurğulayaraq heykəltəraşa ən xoş arzularını çatdırıb.
Nazir bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 20 dekabr 2022-ci ildə 1-ci dərəcəli “Əmək” Ordeni ilə təltif olunmağı ölkə başçısı tərəfindən fəaliyyətinə verilən yüksək dəyərdir.
Sonda nazir yubileyi münasibətilə Ömər Eldarova möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb, sənətkarı Mədəniyyət Nazirliyinin “Şuşa – 270” döş nişanı ilə təltif edib.
Ömər Eldarov göstərilən diqqətə görə nazirə öz dərin təşəkkürünü bildirib.
Azərbaycanın ilk çoxseriyalı tarixi bədii-televiziya filmi – “Atabəylər: Şəmsəddin Eldəniz” filminin musiqi tərtibatının (soundtrack) hazırlanması üçün müsabiqə elan olunur.
İştirakçılar 25 dekabrdan etibarən istənilən janrlar üzrə öz bəstələrini təqdim edə bilərlər. Filmdə möhtəşəm döyüş səhnələri ilə yanaşı, dövlətçilik, sevgi, ayrılıq, xəyanət, drama, sevinc, təlaş və sair mövzular yer alacaq. Bu səbəbdən, müsabiqə üçün musiqilərin leytmotivini təqdim edərkən filmin mahiyyəti, dəyişən səhnələr və epizodlar mütləq nəzərə alınmalıdır.
QEYD 1: “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii televiziya filmi 24 bölümdə çəkilməsi planlaşdırılır. Film Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin həyatı, keşməkeşli fəaliyyətindən bəhs edəcək. Burada eyni zamanda əsas məqsədlərdən biri kimi orta əsrlər Azərbaycan coğrafiyasındakı mövcud dövlət quruluşu, sosial münasibətlər, ictimai-siyasi vəziyyət, milli-mənəvi irs, intibah dövrünü yaşayan mədəni-ədəbi mühit və digər reallıqlar detallı şəkildə gündəmə gətiriləcək.
Müsabiqənin əsas şərtləri
Hər bir iştirakçı ən azı 1 (bir) və ən çoxu 5 (beş) musiqi parçası və fərqli leytmotivlər təklif edə bilər. Musiqilərin, leytmotivlərin çox olması həmin iştirakçının qalib gəlmək şansını artıra bilər. Lakin, say çoxluğu mütləq şərt deyil; önəmli olan musiqinin orijinallığı və filmə uyğun gəlməsidir.
Çoxseriyalı filmin musiqi müşayiətini zənginləşdirmək və orijinallığı artırmaq məqsədilə bir və ya bir neçə qalib gəlmiş iştirakçını birgə işləmək üçün layihəyə cəlb etmək mümkündür.
İştirakçı sayı 5-dən az olduqda müsabiqənin baş tutmaması haqqında qərar verilə bilər. Bu halda bütün təqdim olunmuş musiqilər iştirakçıların özlərinə qaytarılır.
İştirakçılar həmçinin birləşərək qrup şəklində də öz təkliflərini verə bilərlər. Bu halda hər bir müəllifin (bəstəkarın) adı qeyd edilməlidir. Qrup şəklində təklif verən tərəf bir iştirakçı kimi qiymətləndiriləcək, və qrup qalib gəldikdə mükafat müəlliflərə ayrı ayrılıqda deyil, yalnız bir dəfə bütöv qrupa ödəniləcək.
Mükafatlandırma
Müsabiqədə qalib gəlmiş iştirakçılar aşağıdakı qaydada mükafatlandırlıcaq:
1-ci yer üçün: 1.500 (bir min beş yüz) manat
2-ci yer üçün: 1.000 (bir min) manat
3-cü yer üçün: 500 (beş yüz) manat
Əlavə olaraq, müsabiqədə qəlib gəlmiş bir və ya bir neçə iştirakçı ilə filmin bütün bölümləri üçün musiqilərin yazılması məqsədilə müqavilə danışıqlarına başlanılacaq.
QEYD 2: Burada müəyyən edilmiş pul mükafatları yalnız müsabiqədə həvəsləndirmə məqsədi daşıyır və heç bir halda filmdə istifadə olunacaq musiqilərin qiymətinə təsir etməyəcək. Həmin qiymətlər və digər mühüm şərtlər yuxarıda qeyd edilmiş müqavilə danışıqları zamanı ayrıca razılaşdırılacaq və müqavilədə təsbit olunacaq.
IV. Bəstələrin təqdim etmə qaydaları
Müsabiqə üçün bəstələrin son təqdim edilmə tarixi 25 yanvar 2023-cü ildir.
Bəstələr elektron daşıyıcıda (flashcard), email yaxud digər elektron vasitə ilə(məsələn, we_transfer vasitəsilə) təqdim edilə bilər.
Format: Mp3
E-mail ünvanı: info@shahdagfilm.az
İştirakçının adı, soyadı və mobil telefonu qeyd edilməlidir.
V. Qaliblərin seçilməsi
Qaliblər Azərbaycan Televiziyası, Mədəniyyət Nazirliyi və “Şahdağ Film”in peşəkar mütəxəsisslərindən ibarət münsiflər heyətinin mülahizəsinə əsasən seçiləcək və qaliblərin adları ictimaiyyətə açıqlanacaq.
İKİNDİ AZANIYLA… İkindi azanıyla yol alır Üfiqə doğru Günəş. Yol aldığı yerdən sarır buludları atəş rəngi. Bəzəyir göy üzünü Qırmızının sarıyla ahəngi. Qıyıldıqca günün gözü Zamanı xatırladır – Dünəni xatirə, Sabahı xəyal Bugünü acısıyla, Şiriniylə gerçəkliyin bəmbəyaz üzü.
LÖVBƏR SALMAZ GƏMİLƏR Bu limana lövbər salmaz gəmilər, Susar qağayılar sahil boyunca. Günəş də dənizə qıyğacı baxar, Çəkilər qınına yerdən doyunca.
Rüzgar qayalara çırpar dalğanı, Dənizə atılmış dərdlər dağılar. Buxarlanıb göyə çıxan hər dərdə Yağış söylər həzin-həzin ağılar.
Yer üzü islanar insan ahıyla, Allahı unudan yadına salar. Yenə o sahildə bərk qaya üstə Gedənə həsrətli tək qalan ağlar.
YOL BİR NƏFƏS “Öz dibinə kölgə salmaz şam ağacı”, Dərd gözünü zilləyər, Sevinc baxar qıyğacı. Ömür yolun ölçər zaman- Həyat adlı. Bir gün gəlib keçmək bilmir, İllər isə yel qanadlı. Uzaq gəlir, hər şey uzaq, Ümid əsir, arzu əbəs. Bu dünyadan o dünyaya Uzaq deyil, yol bir nəfəs.
TƏBİƏTİN BƏSTƏSİ Budağıyla vidalaşan Xəzəllərin xışıltısı Təbiətin bəstəsidi. Aynəbəndi döyəcləyən Sərçələrin civiltisi Payız zümzüməsidi. Noyabrın bir qucaqlıq darıxmağı Gəlib qoynuna sığınar. Anlayarsan, Hamı hər kəsin heç kəsidi.
ELƏ İNTƏHASIZ DARIXIRAM Kİ… Elə intəhasız darıxıram ki… Dilimdə ən şirin sözüm darıxır. Nəmli kirpiyimin sığal çəkdiyi, Çuxuru göllənmiş gözüm darıxır. Elə intəhasız darıxıram ki… Bu şəhərin mənəm qərib sakini. Qayğılardan yosun tutmuş ürəyim, Qarışdırmış nifrət ilə sevgini. Elə intəhasız darıxıram ki… Uzaq düşər sevinc, kədər boylanar. Pəncərəmi xısın-xısın döyəclər Qaranquşu yola salan son bahar. Elə intəhasız darıxıram ki… Üzərimdə nakam arzu kölgəsi. Bu dünyaya ruhum sığmır əzəldən, Yəqin, odur darıxmağın bəlkəsi.
* Mən seçmədim göz yaşına əsirliyi, Tale seçdi. Ruhum göyərçin tək dar qəfəsdə Kədər biçdi. İndi gözəl nə düşünsəm, yanındadır kədər payım. Sevinc heçdir. Bilinmədi qaça – qovda uşaqlığım, Gəncliyim də Belə….keçdi
İlahidən ofsunlanmış səsiylə Elin çoxşaxəi söz dühası, obrazlı deyim tərzi, sənət gülşəni nələr göyərtməmiş?! Buradan qida alanlara, bar-bəhrə yığanlara – bəşər mədəniyyətinn incilərini yaradanlara nələr verməmişdir, ilahi?! Demək, elin yaddaşında yaşayan poeziya həm tarixcə qədim, həm də el sənətinə bağlılığına görə zəngin material verir. El yaddaşnı dindirməyi bacaran, ondan ustalıqla faydalana bilən söz sərraflarının yaradıcılığı xalqın özü qədər ömürlü, dili qədər şirin, məntiqi inandırıcı və kəsərlidir. İlham çeşməsini təbiətin əsrarəngiz gözəlliklər diyarında axtaranlar səhv etməyiblər. Belə əlçatmaz ülvi məkanlardan biri olan Kəlbəcərdə də yazıb-yaradanlar az olmayıb. Tarixlərə soraq salmaq, Vətən təbiətinin füsunkarlığından doğan haqlı qürur, sinəsi səngərləşən sərt dağlarımız, sal qayalarımız, şır-şır bulaqlarımız, soykökümüz, dünənimiz–bu günümüz, barımız-bərəkətimiz xalq poeziyasından yazılı ədəbi nümunəyə ayaq açmışdır. Qəlbi poetik duyğulu insanın qəribə bir dünyası var: ümidsizləşəndə, qəlbini qəm-kədər, sevinc çuğlayanda təbiətə üz tutur: gözəllikləri yaşayır, hisslərini digərləri ilə – oxucuları ilə bölüşməyə tələsir. Çünki tutumlu poetik deyimlərdə təbiət gözəlliklərinə çulğaşmış insan mənəviyyatı, fərdi fəal düşüncələri boylanır. Hisslərin təbii axarında meşələr pıçıldaşır, çiçəklər öpüşür, qayaların göz yaşının ətri bulaqlardan dadılır. Kəlbəcər kimi cənnət-məkan bir diyarda yaşayanların da təbii ki, haqqı yox idi ecazkar mənzərəli təbiətindən ilham almasın, şer yazmasın. Bu behişt yurdun təbiətinin özü də şair idi, sanki. Tərtər, Tutqu, Qamışlı və neçə-neçə dağların mürgülü gecələrinin bağrını yaran dəlisov çaylar həm də burada gecə-gündüz mahnı bəstələyən bəstəkarları xatırladırdı. Sanki sinələrdə, düzənlərdə, yollarda, yamaclarda, yaylaqlarda yaranan və sayı-hesabı bilinməyən yollar-yolağalar, çığırlar-izlər yazılmış, lakin hələ oxunmamış neçə-neçə dastanın misralarıdır; şiş qayalar bu şerlərin «nida»sı, zirvələr «nöqtə»si, boynubükük bənövşə «sual işarəsi», nərgizin ləçəyi isə «vergülü»dür. Belə bir ilhamverici diyarda böyüyüb başa çatan, pərvazlanıb uçan, zirvələrə qonmağa çalışan bir çox kəlbəcərli alimlər, şairlər, aşıqlar yazıb-yaratmış, çox şükürlər olsun ki, bu gün də öz peşələrini məharətlə, sənətkarlıqla davam etdirirlər. Kəlbəcərin sərvətlərini saymaqla qurtarmaz. Təbii sərvətlər diyarı olması artıq bəşəriyyətə məlumdur. Mənfur ermənilər məhz onun təbii qala olması ilə yanaşı, həm də onun sərvət yatağı olduğuna görə ora göz dikmişdi. Kəlbəcər rayonunda 1000 nəfərdən çox şer yazmağı bacaran kişi və qadın el şairləri vardır. Kəlbəcərin 1993-cü ildə erməni daşnaqları tərəfindən işğalı nəticəsində məcburi köçkün düşməsi bir çox kəlbəcərlini söz adamına çevirmişdir. Onların şerləri mənfur düşmənlərə qarşı sovlu xəncərdən kəsərli söz qılıncıdır. Kəlbəcərin sazlı-söz diyar olması dəfələrlə təsdiqlənib. Ağdabanlı şair Qurbandan, oğlu Dədə Şəmşir zirvəsindən başlanan müuqəddəs yol, çox şükürlər olsun ki, bu gün də uğurla davam etdilir, yeni nəfəslərlə, müxtəlif formalı şer nümunəlri ilə. Kəlbəcərin şer yazan aşıqlarından Aşıq Hüseynin, Aşıq Avazın, Allahverdi Qəmkeşin, Aşıq Həmid və oğlu Xalıqverdi Həmidoğlunun, Aşıq Qardaşxanın, Aşıq Hidayətin, Aşıq İmranın, Aşıq Tofiqin, Aşıq Əhlimanın, Aşıq Əlişin, qamışlı Aşıq Gərayın, Aşıq Telmanın və başqalarının da adını çəkə bilərik. Aşıq Allahverdi Qəmkeş respublikanın «Əməkdar Mədəniyyət İşçisi» fəxri adına layiq görülmüş və şerlər kitabı çap olunmuşdu. Bir çox kəlbəcərli şairlərin adları Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi geniş yayılmışdır. Rusiya Yazıçılar Birliyinin üzvü Nəsib Nəbioğlunu, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, respublikanın «Əməkdar İncəsənət xadimi», «Şərəf nişanı» ordenli Məmməd Aslanı, bir çox kitablar müəllifi, filologiya elmləri namizədi, türkoloq-alim, publisist Adil Cəmili, Bayron kimi məşhur ingilis şairinin şerlərini dilimizə çevirən, filologiya elmləri namizədi, rəhmətlik Ənvər Rzanı, xalqımızın sevə-sevə oxuyduğu Bəhmən Vətənoğlunu, mərhum Sücaətimizi, gözəl istedad sahibi olan Mirsəyyaf Zamanlını, 23 yaşında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilən Ələmdar Cabbarlını misal göstərmək olar. Onu da qeyd edim ki, «Əməkdar İncəsənət Xadimi» anadan olmasının 100 və 110 illik yubiley tədbirləri dövlət başçısının sərəncamı ilə keçirilən Dədə Şəmşir də Yazıçılar Birliyinin üzvülüyünə qəbul edilmişdi. Bütün bunları söyləməkdə bir məqsədim var: ulu söz diyarı olan Kəlbəcər təkcə maddi sərvətlər məkanı deyil, həm də sazın-sözün beşiyi, mənəvi sərvətimizin qaynar çeşməsidir. Yuxarıda qeyd etdiyim kimi, Kəlbəcərdə klassik aşıq yaradıcılğına bələdçilik sanki qandan-ilikdən keçib. Kimi dindirirsən sənə qafiyə ilə cavab verir. Aşıq Şəmşirdən başlanan ozan-aşıq məktəbinin layiqli davamçılarından biri olmuş və hələ sağlığında özünə mənəvi abidə ucaltmış, canlı klassik aşıqlarımızdan biri də Aşıq Allahverdi Qəmkeş idi. Onun müasirləri bəxtəvər sayıla bilər ki, belə canlı klassiklərin zamanında məclislərində olmuş, dürlü-dürlü, hikmətli sözlərini öz dilindən dinləmişlər, onunla ülfət və ünsiyyət bağlamışlar. Bu sırada mən özümü də görürəm. Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Evi Xalq Aşıqlar Ansamblının bədii rəhbəri olan Qəmkeş Allahverdi ilə dəfələrlə məclis və toy mərasimlərində, konsert salonlarında və festivallarda olmuşam. Tale elə gətirib ki, bu sətirlərin müəllifinin də toy şənliyini keçirmək Qəmkeş Allahverdiyə nəsib olub. İş yoldaşı olmaqla yanaşı, aramızda ustad-şəyird, eləcə də ata-bala məhəbbəti yaranmışdı. O zamanlar Kəlbəcərdə tək-tək toy məclisləri olardı ki, videokameria ilə çəkilsin. Bizim də toy şənliyimizin ancaq audiokasseti qalmışdı. Kəlbəcərin işğalı zamanı evdən çıxara bilmədiyimiz mal-mülk bir tərəfə, həmin kassetin orada qalması isə bir tərəfə oldu. Səsi-avazı bu gün də hissimə-duyğuma bir rahatlıq gətirən Qəmkeşi dinləməyin özü bir məktəb keçmək demək idi – ustad məktəbi. 2005-ci ildə çapdan buraxdığımız «Kəlbəcər dünyası: yüz şairin bir kitabı» antologiyasında onun da haqqında qısa məlumat və bir neçə şerini vermişik. Aşıq-şairin qısa tərcümeyihalından qısa sətirlər belədir: Allahverdiyev Allahverdi Əli oğlu 1931-ci ildə Kəlbəcər rayonunun Şaplar kəndində kamil ovçu və söz sərrafı kimi tanınmış şair təbli Əli Allahverdi oğlunun ailəsində dünyaya göz açmışdır. Şuşa Pedaqoji Texnikumunu bitirsə də, müəllimlik etməmiş, saz-sözə meyli onu əlinə saz almağa məcbur etmişdir. Məlahətli səsi, xoş avazı, dərin biliyi onu el-oba arasında çox erkən məşhurlaşdırmış və demək olar ki, qısa vaxt ərzində ustad sənətkarların, xüsusən də Dədə Şəmşirin yanında aşıqlıq sənətinin incəliklərinə bələd olmuş və sonralar müstəqil olaraq el məclisləri aparmışdır. «Azərbaycanın Əməkdar Mədəniyyət İş-çisi» fəxri adına layiq görülmüşdür. Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evi Xalq Aşıqlar Ansamblının bədii rəhbəri kimi neçə-neçə el sənətkarı ondan ustad dərsi almışdır. 1997-ci ildə “Şair, asta yeri, insan yatıbdı” şerlər kitabı işıq üzü görüb. Allahverdi Qəmkeş də kəlbəcərsizlik dərdinə dözməyərək, 2002-ci il-də vəfat etmişdir. Xanlar qəbristanlığında – şair Sücaət, Bəhmən Vətənoğ-lu ilə eyni məkanda torpağa tapşırılıb. Xoşğəxt o sənətkardır ki, sağlığında dillər əzbərinə çevrilir. Ustad aşığımızın da dilindən və poetik duyğularından qanadlanmış misraları divaniyə, təcnisə, qoşmaya, gəraylıya, müxəmməsə çevrilib yaddaşımıza yazılıb. Qələmə aldığı hər şer sanki əsrlərin o başından süzülüb gəlir. Aşıqların dilinin əzbəri olan «Yatıbdı» rədifli qoşmasından bir bəndə diqqət yetirək: Bu gün yolum düşdü qəbristanlığa, Orda zaman qışdı, dövran yatıbdı. Sanki pıçıldaşdı hər məzar daşı: Şair, asta yeri, insan yatıbdı. Ustadı Aşıq Şəmşirin ölümünə həsr etdiyi şer bir daha ustad-şəyird məhəbbətinin dəyərini göstərir: Qəmkeş, kim oxuyar Şəmşir nəfəslə, “Dəli Koroğlu”nun zənguləsiylə?! İlahidən ofsunlanmış səsiylə Zirvədə dayandı, oxudu, getdi. Qəmkeş Allahverdi sazın ustadı olduğu kimi, sözün də ölçü-biçinini, duyğu tərəzisində çəkir və bundan məharətlə istifadə edərək zamanın gərdişini oxucusuna çatdırırdı: Gəl eşit Qəmkeşi, olma ümidvar, Qıfıl tərsə düşsə, açmaz bir açar. Zabit ölər, vəzir çaşar, at qaçar, Sıravi əsgər də şahı mat eylər. Kəlbəcərsizlik ağrı-acısı aşıq-şairin istər ifasında, isətərsə də şerlərində çox ustalıqla seçilirdi. Dağların yağıya qalmasından sinəsi atəşə-alova qalanan Qəmkeş uşaqlıqdan qol-boyun olduğu yurdlarımızın könlünü necə almağın yollarını arayıb-axtarır və deyir: Qəmkeş, ah-naləsinə çevriləm, Qanım axa, laləsinə çevriləm, Şəhid olam, balasına çevriləm, Dəfn olunam qucağına dağların. . . 1985-ci ilin yayı idi. Azərbaycan Dövlət Filarmoniyasında Kəlbəcər aşıqlarının konserti keçirilirdi. Mən mədəniyyət və İncəsənt Universitetinin tələbəsi idim. Konsert Filarmoniyanın yay salonunda, açıq havada keçirilirdi. Bakı başdan-başa Kəlbəcər aşıqlarının cəh-cəhinə bələnmişdi. Konsert gecədən keçəndən sonra qurtardı. Kəlbəcərin sevimli, fəxri Eldar Hümbətoğlu cəmiyyət arasında tanınmış ziyalılardan biri idi. Konsertə özü ilə birlikdə qardaşları,həm də yaxın-uzaq dostları gəlmişdi. Konsertdən sonra o, kollektivimizi şam şüfrəsinə dəvət etdi. Saz-söz məclisi səhərəyaxın qurtardı. Konsertin bədii rəhbəri yenə də təbii ki, ustadımız Qəmkeş Allahverdi idi. O gecə biz bir daha Qəmkeş Allahverdinin respublika səviyyəsində sevildiyinin şahidinə çevrildik. Heç kim onun səsindən-avazından doymurdu. Şəhərdə qaldığımız mehmanxananın haqqını ödəmiş və xeyli miqdarda isə ustada pul verilmişdi. Yolboyu ustad dadlı-duzlu söhbətləri ilə başımızı yaxşıca qatmışdı. Ağsu dolamalarına qalxanda cibindəki pulu çıxarıb aşıqlardan birinə verib dedi: -Qardaş payı kimi neçə nəfəriksə bölüşdür. Başa düşmədik: axı, həmin pulu ustadın özünə vermişdilər. O, puldan imtina edərək 14 nəfərlik kollektivin arasında bərabər payda bölüşdürdü. Xatirimdədir, Aşıq Novruz puldan imtina etdi: -Yox, ustad, o pul bizim deyil, sənin halalca qazancındır, -dedi. Aşıq Əziz zarafatından qalmadı: -Ustad, Novruz yəqin ki, çox istəyir ey, qoy ona bir pay da artıq verək?! Hamı Əzizin zarafatını başa düşdü. Doğrudan da Novruz pulun bərabər bölünməsinə razı deyilmiş. Qəmkeş ustad idi, o dəqiqə sözü göydə tutmuşdu: -Novruz düz deyir, onun payı ikiqat olmalıdı, çünki, Əziz, səsi səninkindən zildi. Axır ki, Novruz zarafat etdiyini bildirdi, hamı şaqqanaq çəkib güldü. Aşıq Əziz də zarafatından qalmadı. . . Beləcə, yolboyu deyib-güldük, Ustadın bir kəlməsi hamıya dərs idi, ona görə də hər şey öz axarına düşdü. Ustad Qəmkeşin oxumaq yolu tamamilə özgə cür idi: zilli-bəmli səsi həmişə onu vəziyyətdən çıxarırdı. . . 1900-cu ildə Kəlbəcərin Şaplar kəndində anadan olub, 69 illik öm-rünü dağlarda keçirən atası Əli Allahverdi oğluna el arasında Ovçu Əli də deyirmişlər. Yaxşı saz çalıb-oxumağı da var imiş. 1969-cu ildə Kəlbəcər-də vəfat etmişdir. Onun Qamışlı Rüstəm və Milli Nəbi ilə deyişmələri olub. Övladları və nəvə-nəticələri də onun sənət yolunu davam etdirmişlər. Qardaşı Hacı İdris Verdiyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş APİ) coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş ali kateqoriyalı coğrafiya müəllimidir. Uşaqlıq və gənclik illərindən şerə, saza-sözə maraq onu şair edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, beş kitab müəllifidir. “Kəlbəcər həsrəti”, “Dağ havası”, “Taxılmamış mayor paqonu”, “Kəl-bəcərin alim ziyalıları” və “Məşədi Cəmil” adlı kitabları nəşr olunmuşdur. Mənim də orta məktəb müəllimim olan İdris Verdiyevin qəlbinin həzin nəğmələrinin o zamanlardan pərəstişkarı olmuşam. Kəlbəcərin vəsfi onun da yaradıcılığında qırmızı xətlə keçir. Şerlərinin birində deyir: Ənvərin, Məmmədin sözləri dərman, Bəhmən, Ayrım Əhməd, Qara, Mehdixan, Şair Qəmkeş, Aşıq Şəmşir, Ağdaban, Ağır el, gur oymaq Kəlbəcərdədi. Qəmkeşsizlik İdris müəllimin yaradıcılığında da özünü göstərir, təkcə qardaş kimi yox, kamil bir sənətkarın itkisi təsir bağışlayır həmin şerlər: Doğma yurddan uzaq, eldən aralı, Qəfil susdu telli sazı Qəmkeşin. Neçə toy evində yarımçıq qaldı Dastanı, söhbəti, sözü Qəmkeşin. Əsdi talehinə bir acı külək, Söndü ürəyində min arzu, dilək. Bürüdü qəbrini qərənfil, çiçək, Qara gəldi bahar-yazı Qəmkeşin. Qəbristanda kimlər “yatıbdı”-dedi, Loğmanlar, təbiblər yatıbdı, -dedi. Şair Nizamilər yatıbdı, -dedi, İndi yatır burda özü Qəmkeşin.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirovun FS-də payşalıdığı bu aşağıdakı məlumata görə, Gəncədə Qəmkeş Allahverdinin 90 illik yubileyinə həsr edilən xatirə gecəsi keçirilib. Müəllif yazır ki, 20 dekabr 2022-ci il tarixində Kəlbəcər rayon Mədəniyyət Sarayında Gəncə Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Aşıqlar Birliyinin dəstəyi, Aşıqlar Birliyinin Gəncəbasar bölməsinin və Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin təşkilatçılığı ilə ustad Aşıq-şair, Əməkdar Mədəniyyət İșçisi Allahverdi Qəmkeşin anadan olmasının 90 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirildi. Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Əməkdar Mədəniyyət işçisi Elxan Məmmədli, ustadın ailə üzvləri, rayon ziyalıları, mədəniyyət, incəsənət işçiləri iştirak ediblər. Qonaqlar Kəlbəcər rayon Mədəniyyət Sarayında ustad Allahverdi Qəmkeşin yaradıcılığından bəhs edən foto sərgi nümayiş olundu. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra ustadın keçdiyi ömür yolundan bəhs olunan videoçarx nümayiş olundu. Çıxış üçün söz Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlıya və Əməkdar Mədəniyyət İşçisi Elxan Məmmədliyə verildi. Aşıqlar Elbrus Hüseynov, Şöhrət Kərimov, Əli Zeynalabdinov, Əməkdar Mədəniyyət işçisi Əhliman Allahverdiyev, İlqar Əhmədov, Əfqan Məmmədov, Yaşar Məhərrəmov, Qənbər Allahverdiyev, Qalib Ramazanov, ustadın şagirdi Nizami Şirinov, Taleh Abdullayev, İbadət Mehtiyev, ustadın tələbəsi Sevindik Quliyev çıxış etdilər, balabanda müşayiət etdi Əməkdar Mədəniyyət işçisi İbadət Allahverdiyev. Sonda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlıya, Əməkdar Mədəniyyət İşçisi Elxan Məmmədliyə və aşıqlara Təşəkkürnamələr təqdim etdi.
Mən Qəmkeş dünyası üçün borcumu təbii ki, bir yazı ilə verə bilmərəm, yəqin ki, illər keçdikcə bu borc bizi bir az da çox incidəcək. Aşıq-şairimizin yaradıcılığı elmi tədqiqini gözləyir. Onun adının əbədiləşdirilməsi üçün də ciddi düşünülməli, ictimai təşkilatların xətti ilə hökumət qarşısında məsələ qaldırmalıyıq. Ruhun şad olsun, ustad, misraların dilimizin əzbəridirsə, sözlərinlə sazın yaddaşına yazılanlar bu fani dünyadan cismən gedirlər. Siz isə ruhən, qəlbən aramızdasan, Kəlbəcəri qaytarana kimi sənətkar dünyanın qapısı açılmırsa. Bu da bizim günahımız deyil. İnşallah Kəlbəcərdə sənin xatirəni əbədiləşdirərik, onda ruhun şad olar, bizim isə gözlərimiz gülər. Məhəmməd Nərimanoglu, «Azərbaycan» qəzeti
Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri
Mənə nə desən de, xanım əfəndim, Amma mənə bircə “can” demə, nolar! Mənə “can” deyənə can borcum qalır, Qıyıb da gəl “qana-qan” demə, nolar.
Mən çoxdan halıyam can əzabından, Bilirəm can alıb, can vermək nədi. Təzə yaraları qaysaq tutanda, Köhnə yaraları qan vermək nədi…
Daha buz dağıdır mənim can payım, Xəbəri də olmaz – “ət kəs ətindən”. Virandı can evim, könül sarayım, Virandı eşq adlı səltənətim də.
Şan-şöhrət deyirsən… Nə bilim, varsa Şöhrət sənə qurban, şan sənə qurban. Ömrünə bir anlıq ömür qatarsa, Apar, sənin olsun, can sənə qurban.
Dilindən çıxınca bir himə bəndəm,- Mənə alış demə, yan demə, nolar… Mənə nə desən de, xanım əfəndim, Amma mənə bir də “can” demə, nolar.
Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri
Bir qonaqlıq qurdu Vasif Süleyman, Qışın oğlan çağı, yazı çatışmır. Bir evi soyuqdur, bir suyu gəlmir, Bir də mətbəxində qazı çatışmır.
Ac qılınca çapar yetirəsiydik, İşıqla hər şeyi ötürəsiydik. Nolu hardan olsa götürəsiydik, Nə fayda şitində fazı çatışmır.
Tapardın süfrədə quş südü desən, Qurtaran deyildi bir həftə yesən. Kremildən gəldi arağı, əhsən, Çoxu çox yerində, azı çatışmır.
Dolur boşalanlar, kəsilmir ara, Nə qulluğa söz var, nə sağlıqlara. Efiri dağıdır, sökür gitara, Ekranda Afrika cazı çatışmır.
Bizə də sərfiydi, açım bu sirri, Nə özü içirdi, nə də şoferi. Şəmkir konyakının göründü yeri, Can-başla razıydıq-razı, çatışmır.
İbrahim İlyaslı, sinəni sərif, Yazdığın tənqiddi, yoxsa ki tərif… Bir qafiyən qalır, gəl olma hərif, Biryolluq denən ki, sazı çatışmır.
İblisləşən varlıqların donu təmiz üzü ağ sözü şirin fikri səlis ruhu yanar sevgiləri buza dönmüş odu sönmüş həniri yox əməlləri min rəng verər faydası yox, xeyri yox min məna var min cildi var şəri var zülmət çökən çirkə dönən qəlbi var İblisləşən varlıqların şeytan olmuş məni var
Ulu Tanrım Əmr elədin əzab doğdum gecə – gündüz ölçdüm – biçdim libas kimi geydim onu şaxta gəldi sazaq oldu İsti oldu Soyuq oldu Tək örtüyüm – Göndərdiyin iztirabim Məhəbbətim – “Yox”dediyin tək yasağım İniltim laylaya döndü Avazında uyuyaraq Sinəm sevgimə tək məzar Gözüm qəbrimə qan sızar Bu bir sevgi – Dadı əzabından böyük Bu bir sevgi – vüsalı bölük – bölük…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Yine izlerken onları Kıskançlıkdan ölüyorum… Yine dönüyor başım, Bi daha deliriyorum…
Bu sabah da geldi yine Gökyüzünden Leyla gibi damlalar… Sarmaş-dolaş sevişiyor Damlalarla çınarlar…
Geberiyorum kahrımdan… Ölüyorum… Kimse bilmiyor… Bu sabah vahşetle haykırıyorum: -Yağmurlar beni sevmiyor!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Yakışmıyor öyle sana Bi güldürüp, bi ağlatmak… Dua et, Yazmasın günahına Melekler… Ben günahım muhakkak. Sevda treninden iniş geçen ömürde… Kocaman bi yolculuk duruyor önünde… Hadi… Uzat elini… Kapanmasın aşk defteri… Biliriz ikimiz de Gider de gelmez bu fırsat… Aşk bir serseri…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Düşdü gözlərimdən can dediklərim, Min əzab içində, min dərd içində, Allahdan dua tək istədiklərim, Qırışdı alnımda. Qara saçımda, ağardı ağappaq kədərə döndü, Bütün fəsilləri payız elədi. Çiçəyi, böcəyi sevən adamı, Dünyada hamıdan yalqız elədi.
Zəlzələ sonrası dağıntılardan, Çıxan cəsədlər tək nəfəssiz, səssiz, Anlaya bilmədim, günahım nədir, Anlaya bilmədim, kim idiniz siz.
Hərəniz əlində bir bıçaq, bir daş, Məni əli yalın, ayağı yalın qovdunuz, qovdunuz inamım boyu, Qovdunuz, yıxdınız inamlarımdan.
Küsdüm bu dünyanın ağaclarından, Küsdüm bu dünyanın adamlarından. Küsdüm sərçələrdən, qağayılardan, Şimalda don vurmuş okean üstə Bala yedizdirən ağ ayılardan.
Küsdüm, bir mücrüyə çəkilib qaldım, Küsdüm, mat-məəttəl dikilib qaldım. Üzümü Allaha döndərmək üçün İçimdə, çölümdə bir üz tapmadım. Nə tövbə etməyə inam tapmadım, Nə dua etməyə bir söz tapmadım.
Küsdüm bu dünyanın adamlarından, Küsdüm sərçələrdən, qağayılardan. Şimalda don vurmuş okean üstə, Bala yedizdirən ağ ayılardan…
* * *
Qorxma bulud gözündə çaxan o şimşək mənəm, Qışın oğlan çağında payız yaşayır ömrüm. Bu gecə qəm içində tək Allahdı, tək mənəm. Mən cəhənnəm, bu şəhər sənsiz üşüyür, Ömrüm.
Nə söylədin yollara çağıranda uzaqlar ? Tanıdımı görəsən torpaq səni, daş səni? Hara apardı səni qanadında uçaqlar? Hara daşıdı görən dimdiyində quş səni?
İnanma, bu ömrün vəfası yoxdur. Dərd verən allahın dəvası yoxdur. Şərəfli həyatın səfası yoxdur, Cənnət uydurmadı, gümandı şair, Adəmi aldadan imandı şair.
Dünyaya saf gəldin çirkləndin ama, Nə İsa Məsihsən, nə Məryəm ana. Çəkdiyin siqaret bircə uduma, Tütündü, qətrandı, dumandı şair Çəkmə zəhrimarı, ziyandı şair.
Xoş üzün görmüşük haçan dünyanın, Özü, öz əksindən qaçan dünyanın? Bizik iç üzünü açan dünyanın, Həyat yaxşılara ziyandı şair, Azadlıq ən şirin yalandı şair.
Çözə bilmişikmi haqq nə nahaq nə? Sonu nə olacaq, bunun baxaq nə. Ömürə nə gələk, bölək, çıxaq nə? Bərabər ölümə tamamdı şair. Bizimki iynədir, samandı şair…
* * *
Yaxşı ki, o səhər ölmədim, O sən gedən səhəri deyirəm. Yadındadır, mən topladım Əşyalarını hələ? Hıçqırıqlar içində pıçıldadım da Get, gülə- gülə.
Yox e, sözüm onda deyil, Yaxşı eləyib getdin. Qalıb nə edəcəkdin ki , Viranə ürəyimdə? Onsuzda əzəl gündən Yalançı məhəbbətdin, Onsuzda düşmən bıçağı idin Kürəyimdə.
Bax heç zəng etmirəm də, Nə də axtarıb,sormuram. Həvəsində deyiləm qapalı dəftərin, Çoxdan külünü sovurmuşam, Lənətə gəlmiş vərəqlərin.
Sonra demə unuda bilmədin məni, Lovğalıq qatma gülüşünə. Danışmağı sevmirsən bilirəm, Sussmağın da anlam verir Gedişinə…
Azərbaycanda istehsal olunmuş “COVID–19” bədii-sənədli filmi daha bir uğura imza atıb. Belə ki, ekran əsəri 14 ildir keçirilən ABŞ-ın “Shockfest” Film Festivalında seçilmiş filmlər siyahısında yer alıb.
Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
Bildirilib ki, ekran əsəri dekabrın 27-də beynəlxalq festivalda nümayiş olunacaq və ölkəmizi təmsil edəcək.
Qeyd olunub ki, rejissorun digər işi olan “Acı xatirə” bədii-sənədli filmi İtaliyada “Naples Film Awards” Festivalının seçilmiş filmləri siyahısında yer alıb. Ekran əsəri dekabrın 31-də nümayiş olunacaq.
Ölkəmizi beynəlxalq festivalda təmsil edəcək daha bir ekran əsəri isə “Şollerin arxivi” bədii filmidir. Bu film “Bolivia Black Cat Award International Film” Festivalının seçilmiş filmləri siyahısında yer alıb.
Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.
Kulis.az “İlin hekayəsi” müsabiqəsində iştirak edən Səadət Həbibqızının “İntihar həll yolu deyil”hekayəsini təqdim edir.
Ucqar dağ kəndinin sağ qanadında yerləşən, xudmani, kiçik bir evi dekabrın soyuğunda sevinc səsləri isitmişdi. Gənc ailənin beş ildən sonra ilk övladı dünyayla salamlaşmışdı. Babalar quda olandan bu yana ilk dəfə bir-birlərinin gözlərinin içinə dik baxmış, birağızdan: – Qızın adı Fərəh olsun! – demişdilər.
Fərəh gətirmişdi bir-birinə calaq olmuş iki nəslə qızcığaz… Amma “fələk” dediyimiz nədirsə, hesabını anlamaq bəşər övladının hünəri deyil axı… İnsan ömrünün iki ilinin bu hesabda nəyə bərabər olduğunu bilməksə… Burda “bilmək” sözünü mücərrədləşdirəndi “fələk…”
Sevincli dekabr axşamından düz iki il sonraydı, bir axşam qaratikan kollarından hörülmüş çəpərin o üzündən kimsə səsinin gur yerinə saldı:
– Tar düşdü dağ yolunda! Dovşan ovuna gedən varıydımı kənddə?
Qızının ikinci ad günündə süfrə boş qalmasın deyə səhər ertədən cələ qurmağa getmişdi gənc ata… Və qayıtmamışdı… Və heç qayıtmadı da… Nəşi aylar sonra-qar əriyib dağ çaylarının canına can qatanda tapıldı…
…İllər yelqanadlı keçir deyirlər. Amma dərddən yaxasına bəzək taxan günlər bu yeldən qanadın adını da yada salmağa qoymur. Fərəhin anası beləcə, dərdini dağlara, daşlara danışa-danışa, hüznünü, səssizliyini qızına danışdığı nağıllardakı şah qızının adına yaza-yaza dörd il keçirdi. Bir gün də, altı yaşlı qızının əlindən tutub kənd məktəbinin heç vaxt örtülməyən dəmir darvazasından içəri girdi…
Qızının hər aldığı “5” ilə üzündəki dərd kölgəsi öləzidi, gününün işığı çoxaldı ananın. Dəfələrlə “İlin ən yaxşı şagirdi” oldu Fərəh. Yetmədi, rayon mərkəzindəki olimpiadalardan diplomlarla, hədiyyə kitablarla qayıtdı anasının yanına. Anası onun hər uğurunda üzünü illər əvvəl tar düşən dağ yamacına tutur, ürəklə, fərəhlə səslənirdi:Ətraflı
– Fərəhimiz yenə üzümü güldürdü, ay gedər-gəlməzdəki…
Elə ki, Fərəh 11-ci sinfə çatdı, anasının sözlərindəki ahəng də dəyişdi; indi onun səsində umacağın qoynuna sığınmış əminlik, bir az da təlaş vardı: -Fərəhimiz müəllimə olacaq, neçə-neçə ailənin, evin fərəhinə çevriləcək, tumurcuqlara gün işığını, yağış suyunu öyrədəcək… – deyirdi.
Fərəh anasının səsindəki umacağın da, təlaşın da qarşısında özünü borclu hiss edir: “Mütləq universitetə qəbul olmalıyam!” – deyə düşünürdü.
***
Oyunundan baş açılmaz “fələk” insafa gəlmişdi; Fərəh yüksək balla universitetə daxil oldu. Babaları hər nə qədər: – Qızı Bakıya bir kişi xeylağı aparsa, yaxşıdır.-desələr də, ana başını bulamış, ilk dəfə ağsaqqalların sözündən çıxmış, sinəsini irəli verərək: – Uşağımı özüm aparacağam Bakıya. Əlimlə yerləşdirib, ürəyi rahat da geri qayıdacağam.-demişdi.
Qəlbiqırığın qəlbinə dəyməmiş, onunla razılaşmışdılar…
***
Bir bazar günü səhər tezdən çatmışdılar Bakıya. Ana qızını tələbə yataqxanasında yerbəyer etdikdən, görüb-götürdüyü qədər məsləhətlərini verdikdən sonra elə həmin axşam da kəndin yolunu tutmuşdu. Fərəh böyüklüyünü nağıl bildiyi şəhərdə tək qalmışdı… Özünü uzun qış gecəsində anasının söylədiyi nağılların şah qızı deyil, o qızın cibindəki səbir daşı sayır, susur, qəhərini qorxusunun ağzına yem kimi atırdı. Otaqda üç qız idilər, amma hamısı bir-birindən ürkək, bir-birindən çəkincən…
Universitetin ilk həftəsi də dumanlıydı onun üçün; ağlına gəlmədiyi tərzdə geyimlər, bahalı telefonlar, şən-şaqraq səslər, özündən əmin gülüşlər onun üçün bəzən reallıq olmaqan çıxır, uzaq, əlçatmaz xülyaya dönürdü. Gerçəkliklə arasındakı yeganə bağ hər gün ona zəng vuran, hal-əhval tutan anasının səsi idi. Naməlumluğun dumanında azmış kimi günü gün dalınca sıralayan Fərəh bir həftədən sonra məhz bu bağdan yapışıb səmtini buldu: “Mən bu böyük şəhərə oxumağa, anamın arzularını reallaşdırmağa gəlmişəm. Bu şəhərin, bu parıltıların ağlımı əlimdən almağına imkan verməyəcəyəm!” – deyərək özünə söz verdi və sözündə də durdu.
Qələbəliyə qaynayıb-qarışa bilmirdi heç… Amma təklik də ağır yük idi bu qədər həmyaşıdının içində. Bəlkə də, onu əslən Qarabağdan olan, Bakıda doğulub, boya-başa çatan Leylaya doğru çəkən də məhz təkliyinin ağırlığı idi, ya bəlkə, Leylanın sadəliyi, gülərüzlüyü idi; Fərəh sonralar da bu səbəbi axtarmağa cəhd etməyəcəkdi.
…Fərəh birinci kursda oxuyanda ana babası, ikinci kursda oxuyanda isə ata babası dünyasını dəyişdi. Bu, o demək idi ki, anası daha ona nəğd pul göndərə bilməyəcəkdi. Bayaq babaların öz təqaüdlərindən ayırdıqları pay indi heç kimin ailəsinin boğazından, əynindən artmayacaqdı. Dayılar da, əmilər də boyunlarındakı külfət boyunduruğunun altında əzildiyini deyir, xalalar və bibilərsə baxdıqları “yad oğlunun əli”ndə gələnləri öz uşaqlarının arasında güc-bəla bölüşdürürdü. Birtəhər ikinci kursu başa vurdu Fərəh və ilk dəfə o yay kənddəki evlərinə şəhərli qohumlarından heç kim qonaq gəlmədi. Sentyabrın qızılı rəngində anasının üzündəki boz kədərin üstünə qırmızı bir təsəlli şalı atdı:
– Ana, narahat olma, günortadan sonra işləyən qızlar var universitetdə. Mən də işləyəcəyəm. Oxumağımı yarımçıq qoymayacağam, müəllim diplomuyla kəndə qayıdacağam – deyərək anasının baxışlarına yüklənən çarəsizliyi azaltmağa cəhd etdi.
Amma cəhdinin uğurla nəticələnib-nəticələnmədiyini yoxlamaq üçün ikinci dəfə baxışlarını anasının gözlərinə dikməyə cəsarəti çatmadı…
*** Fərəhi işə düzəldən qrup yoldaşı Nihat oldu. O, yaşadığı məhəllənin yaxınlığındakı paltar mağazasına satıcı qız axtarıldığını dedi və Fərəhi də yanına salıb ora yollandı. Dərsdən sonra paltar satmaqla minimum əmək haqqı alacağını bilən Fərəhin ürəyi dağa döndü, özünə inamı daha da artdı. Ertəsi gün Fərəh yeni işi, bu işi ona Nihatın tapması haqqında danışanda Leyla qaşlarını çatmış:
– Nihat bir az, birtəhər oğlandı ey… Onunla ehtiyatlı ol – demişdi.
Fərəh Nihatdan gördüyü yaxşılıq müqabilində özünü ona borclu sanır, hiss etdiyi minnət Leylanın sözlərinin altında başqa məna axtarmağa imkan vermirdi.
…Gün keçdikcə, Fərəh işinin təkcə paltar satmaq deyil, eyni zamanda, mağazanı təmizləmək, paltarları manikenlərə geyindirib-soyundurmaq, qırışanını ütüləmək, ləkələnəni təmizləmək də olduğunu anladı. Bütün bu işlərin hamısını yarım günə sığdırmaq isə onu elə yorurdu ki, bəzən axşamlar kitab üzü açmağa halı qalmır, səhər dərsə hazırlıqsız gedirdi. Beləcə, adı “əlaçılar” siyahısından “zərbəçilər” siyahısına düşdü.
Qrupun ən “vuran-tutan” oğlanlarından biri hesab olunan Nihat isə günbəgün ona bir addım daha yaxınlaşır, bəzən axşamlar işdən çıxanda onu yataqxanayadək ötürürdü. Belə günlərin birində dayanacaqda avtobus gözləyərkən Nihat ona dedi:
– Bəlkə, bu axşam gedək bulvara, bir az dənizə baxaq, hə?
Axşamın alatoranında dənizin mistikası yaman cəzb etdi Fərəhi. Yuxu tökülən gözlərini var gücüylə iri-iri açdı və Nihatın təbəssümünün sehrinə qapılıb razılaşdı. Bir az bulvarda gəzişdilər, dənizə baxdılar, gitara çalan oğlanın oxuduğu “Səni əvəz eləmir” mahnısının sədaları altında xəyallara daldılar və… Fərəh bir də özünü Dağüstü parkda tapdı. Ucalıqdan Bakının gecə mənzərəsi qarşısında heyrətə düşdü və bircə kəlmə belə demədən saçlarını Xəzriyə əmanət elədi. – Düşündüm ki, bura sənə daha maraqlı gələcək. Görünür, yanılmamışam. – Nihat dodaqlarını onun qulaqlarına yaxınlaşdırıb pıçıldayırdı.
Qız səssizcə başıyla onun sözlərini təsdiq etdi və oğlanın boynunda hiss etdiyi nəfəsindən ürpənərək bir addım ondan uzaqlaşdı. Amma Nihat əl çəkmədi, qızın əllərindən yapışdı, onu özünə tərəf çevirdi və gözlərinin içinə baxaraq əminliklə sözə başladı:
– Fərəh, sən mənim çox xoşuma gəlirsən. Əgər hisslərim məni yanıltmırsa, sənin də mənə qarşı nələrsə hiss etdiyini düşünürəm.
Fərəh utanaraq əlini çəkdi… Həyatında ilk dəfə idi ki, bir oğlan onun əlindən tutur, üzünə qarşı belə cəsarətli sözlər deyirdi. Özünü ələ almağa çalışaraq çəkincənliklə dedi:
-Evə getmək istəyirəm… -Yaxşı, gedək. – Nihat qaşqabaqla dedi və o gecə yataqxananın həyətinə çatanadək bir kəlmə də danışmadı.
…Həmin gündən sonra Fərəh bacardıqca Nihatdan uzaq durmağa, onunla həmsöhbət olmamağa çalışdı. Amma Nihat tutduğunu buraxana oxşamırdı. Məsafəli, qıt ünsiyyətlə keçən iki həftədən sonra bir axşam Fərəh işdən çıxınca küçədə Nihat ilə rastlaşdı. Qız ağzını açmağa imkan tapmadan Nihat qəti səslə:
– Fərəh, biz danışmalıyıq – dedi.
Yenə bulvara getdilər və orada keçirdikləri axşam boyunca Nihat Fərəhə sevgi dolu sözlər pıçıldadı, onsuz yaşaya bilməyəcəyindən danışdı, gələcək həyatları ilə bağlı xoş, ürək titrədən vədlər verdi. Qızı yataqxanaya ötürəndə isə özündən əmin halda: -Sənə üç gün vaxt verirəm, Fərəh. Fikirləş, qərarını ver. –dedi.
…Üç günün tamamında iş yerinin qarşısında Nihatı görən Fərəh günlərdir duyğularına, düşüncələrinə hakim olan romantikanın məstliyiylə ona hisslərinin qarşılıqlı olduğunu söylədi. Ertəsi gün isə artıq qrupda hamı onlara “qoşa qumrular” deyə müraciət edirdi.
*** Zamanla qoşalığın üstünə şübhələr də kölgə saldı, küskünlüklər də. Amma heç biri iki sevgilinin bir-birinə dediyi sevgi sözlərinin sayını azaltmadı, ahəngini zəiflətmədi. Üstəlik, Fərəh Nihatın ailəsinə yönəlmiş marağını da qismən doyurdu. Varlı ailənin yeganə övladı olan Nihat heç vaxt yoxluq görməmiş, ehtiyacın məngənəsində sıxılmamışdı. Buna görə də, lazım bildiyi yerdə pul səpələməkdə tərəddüd etmirdi. Dəfələrlə Fərəh bunu ona irad tutmuş, sözlərinin arasına “gələcək ailə büdcəmiz” ifadəsini də qatmışdı. Amma onun bu iradları yalnızca Nihatı güldürməyə yetmişdi.
Dördüncü kursu bitirməyə az qalmışdı. Albalı çiçəyi rəngindəki bir aprel axşamında Nihat Fərəhə dedi:
– Anamgil rayona gediblər. Bu axşam evdə təkəm. Və sənə bişirə bildiyim yeganə yeməyi-souslu makaronu bişirmək istəyirəm. Nə deyirsən? Yeməyimin dadına baxıb gələcək ailəmizdə çömçəni əlimə vermək barədə düşünmək istəyirsənmi?
Qızın ruhunu çulğalayan tərəddüddən xilas olmağı üçün “gələcək ailəmiz” sözləri yetmişdi. Baxışlarını oğlandan qaçıraraq nazla: – Niyə də yox? – dedi.
*** Axşam deyə-gülə souslu makaron yeyən, romantik filmə baxaraq gah gülən, gah qəhərlənən cütlük səhər açılanda bir-birinin üzünə baxmaqdan çəkinirdilər. Çünki onlar Adəmi cənnətdən eyləyən “almanın dadına baxmışdılar”. Dünənə qədər Fərəh üçün sirr, sehr, anlaşılmaz olan bu dad indi ağzında o qədər acılıq yaratmışdı ki, beş dəqiqənin içində əynini geyindi və özünü küçəyə atdı…
İlk bir neçə gündə Fərəh Nihatdan qaçır, onunla üz-üzə gəlməməyə çalışırdı. Amma bir gün fərqinə vardı ki, əslində, qaçan, uzaqlaşan Nihatdır. Oğlan onun telefonunu açmır, mesajlarına cavab vermir, o, axtarmasa, günlərlə Fərəhi yada da salmırdı. Bütün bunlar Fərəhi incidir, özünü öz gözündən salırdı. Təsəllisi isə Nihatın yaddaşında qalan sevgi dolu səsi, dediyi “gələcək ailəmiz” kəlmələri idi. Bu incə, indicə qopdu-qopacaq təsəlli bağından yapışaraq dərs ilini başa vurdu. Diplomunu əlinə alıb kəndə qayıtmazdan əvvəl cəsarətini toplayıb Nihat ilə danışmaq qərarına gəldi.
Həyatın astarı üzünə çıxmış kimiydi. Bu dəfə qapı ağzında Fərəhi gözləyən Nihat yox, Nihatı gözləyən Fərəh vardı. Yorğun, bezgin görünən Nihat onun nə deyəcəyini əvvəldən kəsdirmiş kimi, qıza ağzını açmağa imkan vermədən üyüdüb-tökdü. Etdiyi əməlin yanlışlığı altında əzildiyini dedi, qarşıda onu gözləyən əsgərlikdən danışdı. Sözü hərləyib-fırlayıb yenə cümlələrinin sonuna bir “xoş vəd” etiketi yapışdırdı:
– Əsgərlikdən gəlim, əvvəlcə, nişan edərik, sonra da toy. Gələn ilin payızını bir yerdə qarşılarıq – dedi. Və Fərəh onun bu sözlərinə elə inandı, bu inamından da elə sarıldı ki, bütün dünyanın ağı qara, qarası ağ olsaydı, yenə də, gözünü açmaz, görmək istəməzdi…
***
İki il idi ki, kənd məktəbində müəllim idi Fərəh… Bu iki ilin hər günündə, hətta hər anında belə, taxta alaqapılarından içəri girən Nihatı xəyal etmiş, onu gözləmişdi. Ümid şamının işığı arada şübhə küləyinə tab gətirməyib öləzisə də, Fərəh bu şamı sönməyə qoymur, kədərini, dərdini, peşmanlığını ümid pərdəsinin arxasında gizlədirdi. Di gəl, ümidləri, nəinki, gül açmaq, heç qönçələmək fikrində də deyildi…
Ta ki, bir gün rəfiqəsi Leyla onu öz nişanına dəvət etdi. Sözarası demişdi ki, nişana bütün qrup yoldaşlarını dəvət edib. Odur ki, bu Bakı səfəri Fərəh üçün ikinci bir ümidi cücərtmişdi: “Bəlkə, Nihatı görə bildim…”
***
Nişan qəşəng keçmişdi. Amma Fərəhin ürəyi sıxılır, gözünü qapıdan çəkəmmirdi: “Nihat gələcək…” Getdikcə bu əminliyi bozarmış, tüstü burumları kimi yoxa çıxmağa başlamışdı; Nihat gəlməmişdi…
Leyla o gecəni onlarda keçirməyi təklif edəndə Fərəh tərəddüdsüz razılaşdı. İlk fürsətdə də Leylaya sual verdi: – Görəsən, Nihat niyə gəlmədi nişana? – Hmmm…- Leyla ağzını büzdü – Heç gəlməsin. Onsuz da, ondan çox xoşum gəlmir. Sadəcə, gələn həftə oğluna ad günü edəcək, bir ay qabaqdan dəvətnamə göndərib. Mən də dedim, gəlsin nişanıma pul salsın, borclu məsələsi olmasın. Yaxşı oldu elə bir tərəfdən, gəlmədi. Mən də getməyəcəyəm onun oğlunun ad gününə. Getsin o yaltaqlandığı varlı qaynatasıyla tək otursun restoranda!
Leyla bu sözləri etinasız, adi bir şeydən danışırmış kimi demişdi. Amma Fərəh illər əvvəl atasının altında qalan tarı ürəyinin üstündə hiss eləmiş, həm üşümüş, həm də boğulduğunu zənn etmişdi… O axşamı adını qoya bilmədiyi ağrılarla keçirmişdi Fərəh. Səhər isə artıq o, əvvəlki şən, hamının hayına çatan, ününə yetən, uşaqların sevimlisi, mehriban, gülərüz Fərəh müəllim deyildi. İndi onun yerində bomboz bir kölgə vardı; ölən ümidlərin qəbir daşlarının upuzun kölgələrinin birləşdiyi kölgə.
Günortayadək Leyla dəfələrlə onu qarşısında oturtmuş: – Fərəh… Nə dərdin var, de, söylə mənə. Nədi səni üzən? Nədi səni için-için yeyən? – demişdisə də, qız dodaqlarını bir-birinə daha kip sıxmış, gözlərini naməlumluğa zilləmişdi…
Əriyirdi, yox olurdu Fərəh. O, anbaan ölümə könül verir, onun ağuşuna atılmaq haqda düşüncələrə qapılırdı… Axşama tərəf Leylanın israrı qarşısında tab gətirmədi, daxilindəki vulkanın yoxedici enerjisini-həyatının bütün rəngliliyini qaraya tabe edən məşum sirrini ona açdı. Leyla onu sakitcə dinlədi… Bir istədi, ağzını açıb: “Mən demişdim…” – desin, son anda qəhəri buna da imkan vermədi. Bərabər ağladılar iki rəfiqə o axşam, gecəni səhərə bərabər dirigözlü açdılar. Səhər isə Leyla Fərəhin əllərini tutub: – Bu gün də qal. Getmə kəndə – dedi – Bilirsən də, qardaşım Cavid psixoloqdu. Sənə psixoloji dəstək lazımdır. Ağlıma ancaq bu, gəlir. Bu gün də qal…
Fərəh elə bur ruh halındaydı ki, nə razılaşmaq, nə də etiraz etmək haqda düşünmürdü. Buna görə də, başını təkrar yastığa atdı və gözlərini yarıaçıq pəncərədən görünən bir əlçim maviliyə zillədi. Leyla qapıdan çıxandan sonra isə bir daha anladı ki, son çarəsi ölümdür…
***
Pillələri çıxdıqca mərtəbələri sayırdı Fərəh:
– 11… 13…
14-cü mərtəbədə dayandı. Yarıqaranlıq dəhlizin sonundakı şüşə qapının açıq olduğuu gördü. Ayaqları qeyri-iradi onu ora çəkdi. Qapı kiçik eyvana açılırdı. Bu eyvanda nə qədər dayanmışdı? Gözlərini zillədiyi uzaqlarda nə vardı? Bakının irili-xırdalı binaları, hərdən-birdən görünən ağacları niyə get-gedə boz rəngə bürünürdü ki? Fərəhin düşüncələri bu sualların içində azmışdı… Azmışdı…
Məhəccərdən yapışıb aşağı baxdı. Uzaqda görünən asfaltın bozluğu daha cazibədar idi; bütün bozlardan daha cazibədar… Ölüm qədər cazibədar… Fərəh gözlərini yumdu və məhəccərdən aşağı əyildi. Ayaqları yerdən üzüldü…Sağ əlini də məhəccərdən araladı… Sol əlini də… Arxadan belinə dolanan qollar onu geriyə çəkdi.
Gözlərini açanda başı Leylanın qardaşı Cavidin dizləri üstündəydi. Və Cavid gözlərindən axan yaşları gizlətmədən, “kişilər ağlamaz” tabusunu eyninə almadan pıçıldayırdı: – Bilirəm hər şeyi… Bilirəm, Fərəh. Və səni qınamıram… Deyəcəyim bircə söz var: Səhv etmək hamımızın haqqıdır. O səhvin cəzasını çəkməkdə də haqlıyıq… Özümüzü cəzalandırmağımız da halal haqqımızdır. Amma çıxış yolu heç vaxt intihar deyil. Anladınmı, Fərəh? Problemlər həyat düsturunun məchuluna çevriləndə intihar həll yolu deyil…
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları üçün Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təlim təşkil edilib.
Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəsislərinin iştirakı ilə keçirilən təlimdə ilk öncə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək narkomaniya, onun fəsadları, insanlara, xüsusən də gənclərə, cəmiyyətə vurduğu zərərlər barədə məlumat verib. Daha sonra Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Raqif Allahverdiyev müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş informasiya verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.