“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Mən də səni özümə
Yuva bilmədim axı.
Məni şəkil kimi sevdin.
Sən də hamıdan çox
Sevə bilmədin axı.
Ağlına gəlməyənin
Ürəyinə gəlməyidirsə, eşq
Gəldin,
Qova bilmədim axı.
Səssiz,
Sözsüz ayrılıqdı bizimki,
Dava bilmədim axı.
Çağır məni, gedirəm.
İnsan bağışlayanda unudur,
Mən sənə nifrət edirəm!