Post Views: 113 Söz başı Aşıq deyir: Bax bu qaşa, bax bu gözə, Yandı bağrım, döndü közə. Keçən sözü çəkmə üzə, Keçən keçdi, olan oldu. Bəzən bayatılarımızda, qoşmalarımızda, gəraylılarımızda ilk sətrlə son misralar arasında uyğunsuzluq, rabitəsizlik sezilir, beytlər elə bil bir-biriylə heç cür uzlaşmır. Sanki birinci cümlələrdə musiqi aləti köklənir ki, sonrakı misralarda melodiyanı xaric …
Xalq şairi QABİL.Mərsiyə (20 Yanvar şəhidlərinə)
Post Views: 100 Gecəni atəş ilə qırmızı dan eylədilər,Xalqımı-millətimi gülləbaran eylədilər. Tutulub vahimədən nitq bu gün, dil bu səhər,Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,Bakı fəryad eləyir, gözdən axır sel bu səhər,Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər.Gecəni atəş ilə qırmızı dan eylədilər,Xalqımı-millətimi gülləbaran eylədilər. Öz Qızıl Ordumuzun yurdumuza qəsdinə bax,Üstümə tank yeridən fitnəkarın şəstinə …
Türkiyədə Qara Qarayev haqqında kitab nəşr edilib
Post Views: 110 Türkiyədə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, akademik Qara Qarayevin həyat və yaradıcılığına həsr olunan kitab işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, “XX əsrdə Azərbaycan musiqisi və Qara Qarayevin əsərlərində şərq–qərb qarşılıqlı təsiri” başlıqlı kitabın müəllifi azərbaycanlı tədqiqatçı və tar ifaçısı Pərviz Musayevdir. Müəllifin magistratura elmi işi əsasında hazırlanan bu nəşr Azərbaycan …
Ötən il Azərbaycana 2 milyon 570 mindən çox turist gəlib
Post Views: 104 Ötən il Azərbaycana dünyanın 189 ölkəsindən 2570,2 min və ya əvvəlki illə müqayisədə 2,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 23,9 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 8,1 faizi İran, 6,5 faizi Hindistan, 4,3 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Qazaxıstan, 3,5 …
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
Post Views: 85 Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib.Yanvarın 22-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin tabe qurumlarının iştirakı ilə Mədəniyyət Konsepsiyasının təqdimatına həsr olunan genişləndirilmiş iclası keçirilib.Tədbirdə mədəniyyət naziri Adil Kərimli çıxış edərək Mədəniyyət Konsepsiyasının məqsədləri və qarşıda duran vəzifələr barədə …
“Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri təltif olunub
Post Views: 68 Yanvarın 22-də Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib.Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, millət vəkilləri Fazil Mustafa, Ceyhun Məmmədov, Elnarə Akimova, Mehriban Vəliyeva, Elçin Mirzəbəyli, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov, mükafatın …
Təhminə BAĞIROVA.”Qar qız”
Post Views: 105 Bağırova Təhminə Fərrux qızı 12.02.1977-ci ildə Kəlbəcər rayonunun Hacıkənd kəndində anadan olub. 1984-cü ildə həmin kənd məktəbinin 1-ci sinfinə daxil olub, Kəlbəcər yayonunun işğalı ilə bağlı orta təhsilini 1993-cü il 10 aprel tarixindən Göygöl rayon 3 saylı orta məktəbdə davam etdirərək, 1994-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib. 1996-cı ildə ADPU-nin Filologiya …
Bu gün Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür
Post Views: 79 Xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə xalqın istəklisi olurlar. Zəlimxan Yaqub məhz belə şairlərdən olub. Müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir. XX yüzilliyin 70-80-ci illərində xalqın milli-mənəvi dünyasında azadlıq və istiqlaliyyət meyilləri gücləndiyi şəraitdə Zəlimxan Yaqubun böyük potensiala malik ədəbi imkanları bütün …
Xalq şairi Səməd VURĞUN.”Şair, nə tez qocaldın sən!”.
Post Views: 63 Nemətsə də gözəl şer,Şair olan qəm də yeyir.Ömrü keçir bu adətlə,Uğurlu bir səadətlə.Görən məni nədir deyir:Saçlarına düşən bu dən?Şair, nə tez qocaldın sən! Dünən mənə öz əlindəGül gətirən bir gəlin dəGözlərində min bir sualHeykəl kimi dayandı lal…O bəxtəvər gözəlin dəMən oxudum gözlərindən:Şair, nə tez qocaldın sən! Ovçuluğa meyil saldım,Gecə – gündüz çöldə …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər
Post Views: 120 Doğuldum 1939-da,1937-də tutuldum.48-də nənəm öldü,ömrümdə ilk dəfəölüyə ağladım.Balıqlar saxladımakvariumda.Açıq qaldı pəncərəmbir qış gecəsi.Dondu balıqlar…İndi 1965-inyanvar gecəsidir.Deyəsən yaşamaq istəyirəm. Uzaq yaşıl ada Ürəyim yol çəkir bir gözə dönüb,Yollar da tərs kimi uzanır, gülüm.Yuxumdan hər gecə durnalar keçir,Bilmirəm nə olub, haradan bilim?!Belə getsə sınar quşların səsi,Dənizin də səsi günbəgün batar.Yubanma, əzizim, gəl qurtar məni,Arxadan …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”SƏN BAĞIŞLADIN”
Post Views: 70 Bəstəkar Emin Sabitoğlu Mənə üfüq boyda geniş səmanı,göydə buludları, yerdə dumanı,dənizdə dalğanı sən bağışladın,bu hüsnü-mənanı sən bağışladın. Uzanan yolların dümağ sətrini,dünyanın ən gözəl çəmən ətriniqumlu sahillərdə sən bağışladın,o zərif əllərdə sən bağışladın. De, nədir səadət həyatda, gülüm,bir könül xoşluğu, bir az təbəssüm.Onu da, bunu da sən bağışladın,dünyanı dünyada sən bağışladın.
Xalq şairi Zəlimxan YAQUB.”GƏLDİM”
Post Views: 69 Mən yerin altdan çıxdım,Mən yerin üstdən gəldim.Bir ucu göyə bağlı,İlahi səsdən gəldim. Ruhum halal mayadan,Mayam nurdan, ziyadan.Dağdan, daşdan, qayadan,Dəmirdən, misdən gəldim. Haray sazı, ün sazı,Ömür sazı, gün sazı,Sinəmdə türkün sazı,Dilimdə dastan gəldim. Mənəm haqqın aşığı,Söz haqqın yaraşığı.Eşqim Allah işığı,Haqq adlı dostdan gəldim. Gözüm nəmin yuvası,Könlüm qəmin yuvası,Can sitəmin yuvası,Ələmdən, yasdan gəldim. Suya …
Xalq şairi Süleyman RÜSTƏM.Qəzəllər
Post Views: 116 QƏZƏLLƏR Yaxşı məclisdə, könül, söhbət məhəbbətdən düşər,Dostluğa, qardaşlığa sonsuz sədaqətdən düşər. Darda meydandan qaçan, ağ gündə cövlan eyləyən,Hər kim olsa, el içində, məncə hörmətdən düşər. Kim ki, aləmdə “təkəm mən, məndən olmaz” söyləsə,Şübhəsiz gözdən düşər, bir sözlə şöhrətdən düşər. Olsa da məddahı minlərlə, nə qəm tezdən də tez,Xalqına bağlanmayan sənət təravətdən düşər. …
Arzu HÜSEYN.”Ürəyimdə aparacam bu eşqi”
Post Views: 86 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Ürəyimdə aparacam bu eşqi,Kəfənədək, qəbirədək mənləsən.Hər cizgini yaddaşıma yazmışam,Unutmaram bir də səni görməsəm. Nə fərqi var yoxluğunun beynimə?O, saatsız, o, zamansız, o, səssiz.Geyinmişəm sənsizliyi əynimə,Əbədiyyən qovuşmarıq daha biz. Qəbul etdim, tərki-silah eylədim —İnadımı, inamımı, eşqimi.Bir də sənin pəncərəni döymədim,Uçub …
Banu MUHARREM.”Yazıstan”
Post Views: 94 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Elə bir zəhərdir ki, çox sevmək. Bütün pislikləri bir-birimizi çox sevərək edirik. Miqdar qoya bilmədən çox sevə bilmirik. Məsələn, ya çox sevəcəyik, hər şeydən çox sevərək. Ya da qanımızla, canımızla nifrət edəcəyik. Çünki sevdiklərimizdən bu cür gördük. Sonra böyüdük, …
Xəyalə SEVİL.Yeni şeirlər
Post Views: 82 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri … Bir başıpapaqlıHəsrətdi mənimki,Mən də mental düşüncədə –Sözündən çıxa bilmədim.Gecə bilmədim,Yuxu bilmədim.Bütün qaydaları pozdum,Bir addım qabağa çıxdım.Bu qadın canımlaBir damcı qorxu bilmədim.Bəs sən neylədin mənimçün? Bacara bilmirəm özüm özümlə,Bilmirəm gen …
Filologiya üzrə fəlsəfə doktoru: Dilimiz yad təsirlərə, əsasən, onlayn platformalar vasitəsilə məruz qalır
Post Views: 64 Ana dili ünsiyyət vasitəsi olmaqla yanaşı, özündə tarixi və mədəni kodları ehtiva edən bütöv bir sistemdir. Hər bir dil işarəsi, hər bir dil vahidi xalqın düşüncə tərzinin ifadəsidir. Məlum olduğu kimi, dil və təfəkkür bir-biri ilə sıx əlaqədədir və bir-birinə qarşılıqlı təsir göstərir. Dilimizi qorumaq milli şüurumuzu, kimliyimizi qorumaq deməkdir. Bu isə …
Xalq şairi Məmməd Arazın xatirəsinə ithaf olunan ədəbi-bədii tədbir təşkil edilib
Post Views: 69 Bakıda Xalq şairi Məmməd Arazın xatirəsinə ithaf olunan ədəbi-bədii tədbir təşkil edilib. AZƏRTAC xəbər verir ki, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə şairin mənalı ömür yolundan və zəngin yaradıcılığından söhbət açılıb. Gecədə akademiklər Nizami Cəfərov və Muxtar İmanov, ədəbiyyatşünas Əsəd Cahangir, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Xalq şairi Sabir Rüstəmxanlı, tədqiqatçı-alim, …
“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 74 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə qərara alıram: 1. “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” (bundan sonra – Konsepsiya) təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan …
Ötən il kinoteatrlarda 30-a yaxın yerli film nümayiş olunub
Post Views: 97 Ötən il Azərbaycan kinoteatrlarında tamaşaçılara ümumilikdə 27 yerli film təqdim olunub. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə dəyişməz qalıb. AZƏRTAC xəbər verir ki, bu rəqəm milli kino istehsalının sabit ritmdə irəlilədiyini göstərir. Ümumilikdə, 2025-ci il yerli filmlərin həm say, həm də müddət baxımından dayanıqlı performans nümayiş etdirdiyi il kimi qiymətləndirilə bilər. Mənbə: https://azertag.az/
Xalq şairi Mirvarid DİLBAZİ.”Azərbaycanım”
Post Views: 58 Torpağı-türbətSuları-şərbət,Günəşi məlhəmAyrılığı- qəm Azərbaycanım! Aranı,dağı,Tərlan oylağı,Könlüm çırağı,Qızılgül bağı Azərbaycanım! Ana nəfəslim,Qaranquş səslim,Ellim, obalım,Dağlar havalım Azərbaycanım! Qızları dilbər,Oğulları ər,Odum,ocağım,Ana qucağımQalsam həyatım,Ölsəm torpağım Azərbaycanım!
Xalq şairi Osman SARIVƏLLİ.”Bənövşə”
Post Views: 108 Dumanlı səhərlər, çənli axşamlar,Olduqca məskənim, olduqca yuvam,Yamaqlı şalvarım, yamaqlı çuxam,Vüqarlı başımı saldı aşağı,Çıxdı gözlərimə qəlbimin dağı…Ələmdən, kədərdən qaça bilmədim,Ciyərim həsrətlə alışdı, yandı,Könlümü kimsəyə aça bilmədim,Çırıq paltarımdan eşqim utandı.
Xalq şairi Hüseyn ARİF.Seçmə şeirlər
Post Views: 63 Meşəbəyi Kef üstündə kefimiziGəldi, sordu meşəbəyi.Buyur!- dedik, atdan enib,Bardaş qurdu meşəbəyi. Qamçısını atdı sola,Çantasını çəkdi dala.Şirin-şirin, bala-balaBizlə vurdu meşəbəyi. İsti kabab , təzə fətir.Doymaq olmur,yenə gətir.Bığlarını arada birEşib burdu meşəbəyi. Altmışını verib yelə,Düşməyibdir ruhdan hələ.Qarşıdakı bir gözələGöz də vurdu meşəbəyi. Yatdı biri -keflənərək,Birini də yıxdı külək.Hüseynlə axıradəkMöhkəm durdu meşəbəyi Qədim Gəncə çinarları …
İlhamə Qəsəbova: Qazax aşıqlarının yaradıcılığında XIX əsr xüsusi mərhələ təşkil edir
Post Views: 95 Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında Qazax mahalının da xüsusi yeri var. Daha çox aşıq sənəti ilə tanınan Qazax mahalı saza-sözə bağlılığı ilə fərqlənən sənət mərkəzlərindəndir. Əsasən XIX əsrdən etibarən intensiv inkişaf mərhələsinə qədəm qoyan və XX əsrdə öz zirvəsinə çatan Qazax aşıq ədəbiyyatı haqqında 1930-cu illərin mənbələrində dəyərli məlumatlara rast gəlinir. Bu …
Azərbaycan Yazıçılar Birliyində “Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirə keçirilib müşavirə keçirilib
Post Views: 55 Yanvarın 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Azərbaycan dilinin qorunması və inkişafına həsr olunmuş “Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai Bu barədə AZƏRTAC-a Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib. Bildirilib ki, müşavirəni giriş sözü ilə AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli açıb. O, Azərbaycan dilinin qorunması və saflığı ilə bağlı ölkə Prezidentinin çıxışlarını …
Kimlər gəldi, kimlər getdi…
Post Views: 71 Bu gün Xalq artisti Mirzə Babayevin anım günüdür Özünəməxsus üslubu və bənzərsiz ifa tərzi dinləyicini sehrinə salan sənətkarlardan biri də Mirzə Babayevdir. O, mahnı ilə yaşayırdı. Şövqlə ifa etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” və digər mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara …
Banu Muharrem.Yeni şeirlər
Post Views: 90 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. * * * Nədir əllərimə dəyən bu boşluq?Nədir qollarımda dərin qaranlıq?Siyah gözlərimə necə vurulubKuzə gözündəki alatoranlıq?! Neçə dil danışsam çətindən çətin!Tərcümə edilmir belə duyğular.Nifrəti unudub qorunu sevənürəyin işinə qarışmaq olar?! Eşq elə atəş ki, inad edilməz!“Cəhənnəm oduna” nə ad …
Şairə Banu Muharremin “YarAdam” adlı yeni şeir kitabı çap olunub
Post Views: 92 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, şairə Banu Muharremin “YarAdam” adlı yeni şeir kitabı çap olunub. “Qanun” nəşriyyatında çap olunan kitaba Xalq şairi Vahid Əziz və şair Ayaz Arabaçı ön söz yazıb. Banu Muharrem (Sadıqova Banu Məhərrəm qızı) Azərbaycan …
Arzu Hüseyni doğum günü münasibətilə təbrik edirik! (12 Yanvar)
Post Views: 118 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının rəhbərliyi, bütün kollektivi Sizi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbərini doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxt həyat, pedaqoji fəaliyyətində yeni-yeni uğurlar diləyir! Arzu HÜSEYN: Kimsə dərk eləməz içimdəkini,Qapalı qutuyam, qaranlıq quyu.Mən sülhə dəyişdim içimdə kini,Zamanla duruldu bulanıq …
Aytən Əliyeva – Şahmat: iki mədəniyyətin səssiz mübarizəsi
Post Views: 103 Stefan Sveyqin “Şahmat” əsəri 1941-ci ildə yazılmış psixoloji novelladır. Əsərin hadisələri Nyu-Yorkdan Buenos-Ayresə gedən bir gəmidə baş verir. Burada iki fərqli insan qarşılaşır: dünya şahmat çempionu Mirko Çentoviç və avstriyalı hüquqşünas Doktor B. Çentoviç kobud, cahil, ancaq instinktiv olaraq güclü bir şahmatçıdır. Doktor isə faşistlər tərəfindən həbs olunmuş, uzun müddət tək kamerada …
Nigar Şahverdiyeva (Sosioloq, araşdırmaçı yazar): Dahilik Romantikası – etik boşluqlar və sosial mif
Post Views: 70 “Dahi” sözü tarix boyu həm heyranlıq, həm də bəraət aləti olub. Bu anlayış çox vaxt insanın yaratdıqlarını deyil, dağıtdıqlarını görməməzliyə vurmaq üçün işlədilib. Dahilik istedadın zirvəsi kimi təqdim edildikcə, onun arxasında gizlənən eqoizm, emosional məsuliyyətsizlik və etik boşluqlar adiləşdirilib. Sanki “dahi” olan insan üçün adi insan qaydaları keçərli sayılmır. O, sevirsə sərhədsiz, dağıdırsa …
Xəzinə dolu dünya – FOTOREPORTAJ
Post Views: 71 Milli mətbuatımızın banisi, görkəmli maarifçi Həsən bəy Zərdabi deyirdi: “Yaxşı kitab çox qiymətli xəzinədir”. Məşhur rus yazıçısı və filosofu Aleksandr Gertsen isə kitaba belə dəyər verirdi: “Kitab bir nəslin digər nəslə vəsiyyətidir”. Bu fikirlər isə fransız filosofu və riyaziyyatçısı Rene Dekarta məxsusdur: “Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək …
Beynəlxalq Muğam Mərkəzi beynəlxalq əməkdaşlıq əlaqələrini də uğurla genişləndirməkdədir
Post Views: 68 Beynəlxalq Muğam Mərkəzinin nəzdində 2 kollektiv və Mərkəzin solistlərindən ibarət heyət fəaliyyət göstərir. Bunlar Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Cahangir Cahangirov adına Xor Kollektivi, eləcə də tanınmış xanəndə və instrumental ifaçılardan ibarət solistlər heyətidir. Hər üç kollektiv dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak edir, həm respublikamız daxilində, həm də ölkəmizdən kənarda …
Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günüdür
Post Views: 80 Bu gün Xalq şairi Zəlimxan Yaqubun vəfatından 10 il ötür. AZƏRTAC xəbər verir ki, müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir. Zəlimxan Yaqub son əsrdə xalq şeiri, klassik düşüncə tərzi, təsəvvüf fəlsəfəsi ilə müasirliyi birləşdirən poetik yolun yolçusu kimi ədəbiyyat tariximizdə mühüm yer tutur. Onun poetik ruhu təsəvvüf işığında …
AYB-dən üzvlərinə sonuncu xəbərdarlıq edilib
Post Views: 62 Mənbə: https://azertag.az/
Ankara YÜCE məktəblərində yanvar tematik ayı Azərbaycana həsr olunub
Post Views: 72 Mənbə: https://azertag.az/ Mənbə: https://azertag.az/
Bu gün Əməkdar artist Nəcibə Behbudovanın anadan olmasından 112 il ötür
Post Views: 87 Mənbə: https://azertag.az/
Bu gün görkəmli şair Mikayıl Müşfiqin anım günüdür
Post Views: 70 Mənbə: https://azertag.az/
İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
Post Views: 103 Əziz həmvətənlər. 2025-ci il arxada qaldı. Bu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir. Əminəm ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq, ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcəkdir. Bu il …
Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 72 2026-cı ildə Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illiyi tamam olur. Əcəmi Naxçıvani orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət vermiş və dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirmiş böyük sənətkardır. Onun fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mədəniyyət, elm, …
Rafiq ODAY.”Günü həmrək olmalı”.
Post Views: 111 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru HƏMRƏYLİK OLMALI Bu başıbəlalı dünyamızın hər şeydən çox həmrəyliyə ehtiyacı var… Yüz milyonluq bir millətin,Günü həmrəylik olmalı.Göylərə bülənd harayı,Ünü həmrəylik olmalı. Dünyanı bürüsün səsin,Vur, zərbindən yer titrəsin.“Mən varam” deyən hər kəsinYönü həmrəylik olmalı. Yox edək ahı, amanı,Qəlb olsun sevgi limanı.Haqq oğlu haqqın imanı,Dini həmrəylik …
Azərbaycanlı yazıçı Xanım ANELA
Post Views: 131 Xanım Anela 1983-cü ildə anadan olub. 2000-ci ildə Rusiya Federasiyasının Kalininqrad şəhərində 4 saylı orta məktəbi, 2005-ci ildə isə Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (https://edebiyyat-az.com/) Baş redaktorudur. 2013-cü ildən bədii yaradıcılıqla məşğul olur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hazırda “Mücrü” nəşriyyatında tərcüməçi-redaktor vəzifəsində çalışır. “Amarna günahkarları”, “Yuxuların …
Xanım ANELA”NAĞIL DÜNYASI”
Post Views: 162 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Qırıq-kəsik parçalar, balaca, bəzəkli, heç kəsə lazım olmayan oyuncaqlar, sınıq şüşə qırıntıları, duz, konfet və buna bənzər xırda şeyləri yığıb Masallıdakı bağımızda ağacların altında dayanardım. “Buradayam… Məni eşitdiyinizi bilirəm. Sizə kömək eləməyə gəlmişəm,” – deyərdim. Onların mənim səsimi eşitdiyinə inanırdım. Onlar yerin altında idilər. Sehrli, …
Şair-publisist Rafiq ODAY “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub
Post Views: 158 Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən,Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Oday “Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub. Qeyd edək ki, Azərbaycan milli …
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU“Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub
Post Views: 127 Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, “Göyərçin” jurnalının baş redaktoru, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor Rafiq Yusifoğlu “Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub. …
Yazıçı-publisist Şəfəq Nasir “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub
Post Views: 108 Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu, filologiya üzrə fəlsəfə doktoru“, “Həsən bəy Zərdabi” və Rəsul Rza beynəlxalq mükafatları laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü Şəfəq Nasir Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub. Qeyd …
Arzu HÜSYEN.Yeni şeirlər (2025) II hissə
Post Views: 53 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Kökü məndə meyvə, barı özgədə,Yadındamı toxum halın hələ də?Axtarmıram günahları özgədə.Mənəm bunun günahkarı yenə də. Qaranlığın cazibədar, çəkici,İçimdəki işıqları keçirdim.Dur deyənlər mənim üçün nəçi ki?Sənə gələn yasaqları keçirdim. Körpülərin sütünü yox baxsana,Aldanışlar qılıqlayar yormadan.Sabahımda bilirəm ki, yoxsan ha,Yenə səni …
Arzu HÜSYEN.Yeni şeirlər (2025) I hissə
Post Views: 54 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Mənim ürəyimdən yağır bu yağış,Mənim ürəyimdə qara buludsan.Bəxtimə calanan ən ağır qarğışSən idin — hayana yolunu tutsan. Bilməz içimdəki çiskinin, sisin,Üşüdən tərəfin tanımaz kədər.Daha bir araya gətirməz bizi,Bizi bir arada yaşadan illər. Bir an saçlarımda qərar tutmamış,Özgənin saçında sığal …
Türkan Nağıyeva – Şaxta babadan son hədiyyə
Post Views: 143 Yeni ili çox sevirəm. Bu bayrama məxsus filmlər, bayram əhvalının şəhəri bürüməsi hər zaman məndə doğma, xoş ovqat oyadır. Hansı mağazaya, hansı restorana girsəm, Yeni ilə aid dekorasiyaları gördüyümdə sevinirəm və özümdən asılı olmadan beynimdə bayram mahnıları çalınır. Yeni il – ümidlər, gözləntilər, keçmiş ilin yorğunluğunu geridə qoymaq üçün fürsətdir; ailəmizlə, dostlarımızla bir …
Gözəl Azaydan yeni şeirlər
Post Views: 133 Sən demə, gözlərimin kökü çoxdan quruyub, Kirpiklərim nəm imiş… Bütün sevgilər kimi, Bu sevginin sonu da Sevgimizdən kəm imiş… Sən ayrılıb gedirsən… Məndən sənə xatirə — Ayrılığa yollayan bir kəlmə izn olur. Yaşanan xoş görüşlər, Tutulmayan vədlərin, Edilməyən əhdlərin… Ayrılanda əllərim Dodağımdan qopmayan ehtiraslı öpüşlər… Deyirsən, bizim olur?! Nə sən mənim olursan, …
Nicat Hunalp Alp Aruz Taleyi
Post Views: 130 Alp Aruz Taleyi Bu qara çadır mənə borc olsun dedi ; Alp Aruz …
Musiqi irsimizə həsr olunan Respublika Müsabiqələrinin qalibləri bəlli oldu
Post Views: 58 Bu il ildönümləri qeyd edilən iki mötəbər hadisənin musiqi mədəniyyətimiz vasitəsilə təbliği məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Vətən Müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunmuş Orkestr və xor əsərləri janrında bəstəkarlıq üzrə” və “Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş musiqi tarixi və musiqi nəzəriyyəsi …
Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib
Post Views: 69 Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən incəsənət məktəblərində pedaqoji kadr ehtiyacının şəffaf və səmərəli şəkildə təmin edilməsi məqsədilə 36 nəfər müəllim işə qəbul olunub. Qəbul prosesi çərçivəsində əvvəlki dövrlərdə müəllimlərin işə qəbulu zamanı ehtiyat kadrlar siyahısında yer alan 16 nəfər müəllim mövcud vakant vəzifələrə təyin edilib. Eyni zamanda, cari ildə keçirilən attestasiya prosesi …
25 Dekabr “Respublika” qəzetinin baş redaktoru cənab Teymur Əhmədovun doğum günüdür
Post Views: 109 Teymur Əkbər oğlu Əhmədov (25 dekabr 1930[2], Şamxor, Şamxor rayonu – 16 mart 2021, Bakı) — tənqidçi, ədəbiyyatşünas, publisist, professor. Həyat Teymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olmuş, 1936-cı ildə ailəlikcə valideynlərinin vaxtilə deportasiya olunduğu İrəvana köçmüşdür. 1949-cu ildə Qərbi Azərbaycanın Zəngibasar (daha sonra Masis) rayonunda orta məktəbi qızıl …
Şairə-publisist Nəcibə İlkin “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub
Post Views: 72 Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Nəcibə xanım İlkin “Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub. …
Filarmoniyada Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr edilən konsert olub
Post Views: 111 Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr olunan konsert proqramı keçirilib.Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Fikrət Qocanın yaradıcılığı barədə məlumat verib.Mədəniyyət nazirinin müavini qeyd edib ki, şairin yaradıcılığının əsas xətti vətən, vicdan və insan taleyi mövzularıdır. “Prezident İlham Əliyevin “Fikrət Qocanın 90 illiyinin …
Ankarada Musiqi və Gözəl Sənətlər Universiteti ərazisindəki küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib
Post Views: 114 Dahi Azərbaycan bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi Üzeyir Hacıbəylinin doğumunun 140 illik yubileyi Azərbaycanla yanaşı, bütün dünyada geniş qeyd olunmaqdadır.Üzeyir Hacıbəylinin 140 illik yubileyi, onun zəngin irsinin təbliği məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri ilə ortaq layihələr həyata keçirməkdədir.Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Musiqi və Gözəl Sənətlər …
Gürcü rejissor Akademik Milli Dram Teatrında “Kral Lir”ə quruluş verəcək
Post Views: 63 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında beynəlxalq əməkdaşlıq çərçivəsində yeni səhnə layihəsinə başlanılır.Layihə Şota Rustaveli adına Gürcüstan Milli Teatrı ilə imzalanmış əməkdaşlığa dair memorandum üzrə həyata keçirilir.Dekabrın 20-də Akademik Milli Dram Teatrında gürcü rejissoru David Sakvarelidzenin quruluşunda Vilyam Şekspirin “Kral Lir” pyesi əsasında hazırlanacaq tamaşanın yaradıcı heyəti ilə görüş olub.Məlumat verilib ki, …
BƏXTİYAR VAHABZADƏNİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ
Post Views: 117 Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində görkəmli şair, ədəbiyyatşünas, dramaturq, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik, həqiqət və ədalət carçısı, dilimizin təəssübkeşi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə “Çox kitablar oxudum, zənn elədim Bəxtiyaram” adlı ədəbi-bədii gecə keçirildi. Öncə müqəddəs vətən torpaqları uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad …
“Bakı Yaradıcı Həftəsi – 2025” çərçivəsində elektron musiqi və rəqəmsal incəsənətin sintezindən doğan unikal performans təqdim olunub
Post Views: 121 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə 5–11 dekabr tarixlərində keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftəsi – 2025” özündə İslam dünyasının mədəni müxtəlifliyini, yaradıcılıq potensialını və rəqəmsal incəsənətlə inteqrasiya olunmuş çağdaş təşəbbüsləri bir araya gətirib.Festival çərçivəsində təqdim olunan və böyük maraq doğuran tədbirlərdən biri “Torpağın Səsi” …