sekil

Sən, ürəksən, sən cansan,
Sən, nə gözəl insansan.
Sən, dərd bilən canansan,
Ay gözləri xumarım.

Sən, dərdimin carəsi,
Sən, gözümün qarəsi.
Ürəyimin parəsi,
Ay gözləri xumarım.

Sənə ürək can deyim,
Dilim gəlməz yan deyim.
Sənə şöhrət-şan deyim,
Ay gözləri xumarım.

Sən, mənim əhdim, andım,
Sənsiz alışdım-yandım.
Hər sözünə inandım,
Ay gözləri xumarım.

Sən, ismətli həyalı,
Sən, halaldan mayalı.
Mənə yetir vüsalı,
Ay gözləri xumarım.

Nail sənlə şən olar,
Sənsiz bağrı qan olar.
Nazı-qəmzən can alar,
Ay gözləri xumarım.