gunelxanim-225x300

Yaşa, var ol, Mehribanım

(Ölkəmizin birinci ledisi,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şərəfinə)

Sən gözəllik ilahəsi,
Xalqımın ucalan səsi,
Şirin sözü, xoş kəlməsi,
Yaşa, var ol, Mehribanım.

Bitib – tükənmir ilhamın,
Qazanmısan xalq inamın.
Ömrünə bəzək, İlhamın
Yaşa, var ol Mehribanım.

Səndə Həcər qeyrəti var,
Odlar yurdu şöləsi var ,
Heydərbaba qüdrəti var,
Yaşa, var ol Mehribanım.

Ər, igid tək ucalmısan
Tarixlərə iz salmısan “
Xoşməramlı” ad almısan.
Yaşa, var ol, Mehribanım.

Gözəllikdə birincisən,
Parıldayan bir incisən,
Övlad, nəvə sevincisən,
Yaşa, var ol, Mehribanım.

Şöhrət tapdı muğamımız,
Ucaldıqca bayrağımız
Sənsiz olmaz bir anımız,
Yaşa, var ol, Mehribanım.

16.08.2015