er

Neçə vaxtdır , qutarmır söhbəti dollar əminin.
Ki, bir az artıb yenə giyməti dollar əminin.

Hacı Franklin əminin ruhu əzizdir ABŞ a
Mir Vaşinqton ağanın cəddi dənizdi ABŞ a
Seyid Barak başqa cürə qəlbi təmizdir ABŞ a
Bilinir hər ölkədə minnəti dollar əminin
Köləsi olmalı hər kəs, qəti dollar əminin.

Ölkəni ölkə kimi ərsəyə dollar gətirir,
Çün bütün ərzaqları ölkəyə dollar gətirir.
Hətta hər bir manısı səhnəyə dollar gətirir
Onunçün düzəlməli vəhdəti dollar əminin
Bu manat çəkməməli həsrəti dollar əminin

Çox gedirdik qabağa, biraz yavaşlayağ gərək
İnkişaf gələr gözə, verdi bizə ürək-dirək
Hələ ətraf ölkələrdən bizə misal göstərərək
Sən demə qabaqdaymış dəhşəti dollar əminin.
Heç qətiyyən yox imiş geyrəti dollar əminin.

Gözünün yaşını sil, sular gözündə durulur.
Kralın nə vecinə , təlxəyə büsat qurulur.
Varlı öz dəmindədir, pazlar kasıbçün yonulur
Artdıqca artmaqdadır, şəhvəti dollar əminin.
Gedib üzdən həyası, isməti dollar əminin.

Kredit resursları ölkədə tüğyan eliyir.
Dollara kredit verən artımı hər an eliyir.
Manatın məzənnəsi həyata üsyan eliyir.
Sarsıldı hücumundan qəfləti dollar əminin
Sümüyü manatındır, əti dollar əminin.

Bahalaşdı Sonanın piştaxtasında pendiri.
Bərdə malı” yazılıb , hərfləri vedrədən iri.
Sən demə eşidəndə, qoyun südünü çəkib geri
Qırıblar keçilərlə qeybəti , dollar əminin.
Görərsən neynəməkdi niyyəti dollar əminin?.