bebe-006

Tanrıdan diləyimdir

Tanrıdan diləyimdir,
Boş qalmasın beşiklər.
Övlad gülüşlərinə,
Bələnsin ev-eşiklər.

İsitsin buz bağlayan,
körpəni od -ocağı.
Gumrah ata nəfəsi,
Doğma ana qucağı.

Üzüqara olmasın,
Övlad yanında ata.
Kimsə nifrət etməsin,
Sən yazdığın həyata.

Qəfil külək əsə, dəli bir külək

Qəfil külək əsə, dəli bir külək,
Hardansa bir məktub uçuşa göydə.
Həvəslə baxasan sətirlərinə,
Qonşudan gəlməyib, bişməyib öydə.

Bir ürək döyünə cansız vərəqdə,
Bir dünya açıla, cənnətə bənzər.
Bir gözəl rəqs edə sətirlər boyu,
Baxasan səssizcə susub birtəhər.

Tələsik örtəsən vərəğin üzün,
Boylanıb tapasan məktub yiyəsin.
Xoşbəxt eləyəsən verib məktubun,
İtiyi tapıla təki hər kəsin..