Soruşdun ki,necəsən?
elə əvvəlki kimi.
Kimsəyə deyəmmirəm
neçə gizli dərdimi.
Hələ də şüşədədi
biçarə divin canı.
Qaçıb tuta bilmədik
bu ömürdə bir anı.
Hər şey çıxıb yadımdan,
unutmuşam adımı.
Mənimtək yatıb qalıb,
qoy qurum saatımı.
Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Əlaqə telefonları: 051 785 44 33; 070 815 12 96