Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilib.
İdarə rəisi Mehman Şükürov Sumqayıt şəhər uşaq incəsənət və musiqi məktəblərinin kollektivləri ilə görüşüb. Görüş zamanı müəssisələrdə ixtisarların aparılması, maliyyə problemləri, Novruz bayramının təşkili, şəhərdə keçiriləcək festivallar və digər mövzularda söhbətlər aparıb, kollektivin suallarını cavablandırıb.
Daha sonra Mehman Şükürov S.Rüstəmov adına UİM-də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirə qatılıb.
Bayram tədbirində 8 Mart Beynəlxalq Qadınlar Gününün yaranma tarixi ilə bağlı ətraflı məlumat verilib, məktəbin müəllim və şagird kollektivinin ifasında xalq və bəstəkar mahnıları, musiqi nömrələri ifa olunub, milli rəqslər izlənilib.
Tədbirdə çıxış edən idarə rəisi Mehman Şükürov kollektivi təbrik edib, xoş arzularını çatdırıb.
Zəngilan rayon nümayəndəliyi və Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə 4 saylı orta məktəbdə şair Oktay Zəngilanlının görüşü keçirilib.
Tədbirdə şairin yaradıcılığı haqqında geniş məlumat verilib, şagirdlərin ifasında şairin müxtəlif illərdə yazdığı şeirləri dinlənilib, musiqi nömrələri ifa olunub.
Görüşdə çıxış edən qonaqlar Oktay Zəngilanlıya yaradıcılığında uğurlar diləyib, xoş arzularını çatdırıblar.
Sonda şair çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib və şeirlər ifa edib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti