Kamran MURQUZOV.”Əliağa Kürçaylının yaradıcılıq uğurları və nəfis tərtibatlı kitabları”

10730926_708473925888118_1815156677351752954_n

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Ən yeni dövr Azərbaycan ədəbiyyatının birinci və ikinci mərhələsində yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan, özündən sonra oxucuları üçün zəngin ədəbi irs qoyub gedən görkəmli Azərbaycan şairi Əliağa KÜRÇAYLInın gənclik və sonrakı illərdə gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olması nəinki Azərbaycan oxucularını, eyni zamanda, çağdaş dönəmdə ölkənin hüdudlarında yaşayan həmyerlilərimizi və ədəbiyyat fədailərinin diqqətindən də yayınmadı. Bu hal, xüsusilə də çağdaş dönəmdə özünü büruzə verdi. Belə ki, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan SSR Dövlət Mükafatı laureatı, şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylının şəxsi arxivində yer alan bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən mədəniyyət və ədəbiyyat dərgilərində işıq üzü görməklə, ictimaiyyət nümayəndələrinin, xüsusilə də Türkiyədə yaşayan ədəbiyyatsevərlərin könüllərini oxşadı, tarix boyu qardaşlıq və dostluq əlaqələrinə əsaslanan iki ölkənin-TÜRKİYƏ-AZƏRBAYCAN mədəni əlaqələrinin inkişafına yeni töhfələr vermiş oldu.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə gerçələşdirilən layihə çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik, Tokat, Kahramanmaraş şəhərlərində fəaliyyət göstərən dərgilərin sahibləri ilə ortaq razılığa gəlindi, dərgilərdə yayınlanması nəzərdə tutulan ədəbi-bədii nümunələr şəxsi arxivdən göndərilən yazılar içərisindən seçildi, oxundu, bəyənildi və sonra yayına uyğun bilindi. Növbəti mərhələ kimi isə, bəzi nümunələr Anadolu türkcəsindən Osmanlı türkcəsində çevrildi. Bu baxımdan, Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” dərgisinin redaksiya heyətinin üzvlərinin, xüsusən də redaktor Kadir BAYRAKTAR Hocamızın şəxsi təşəbbüsü diqqətəlayiqdir. Əliağa Kürçaylının “Azərbaycan” şeirini müasir Türk dilinin qayda-qanunlarına riayət etməklə, son dərəcə həssaslıqla Türkiyə türkcəsinə çevirməyə müəssər oldu. Sonra həmin şeir “Kardelen” dərgisinin rəsmi saytında yer aldı və sosial şəbəkələrdə paylaşımlar edildi.
Azərbaycan SSR əməkdar incəsənət xadimi, şair Əliağa Kürçaylının “Azərbaycan” şeirinin sədası yalnız Bilecik şəhərindən deyil, eyni zamanda, Tokat şəhərindən də xoş xəbərlərlə gəldi. Bu yönümdən Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dərgisinin 44. Sayısında (9 aprel 2017-ci il tarixində) Azərbaycan türkcəsində çap olundu. Qardaş Azərbaycan ilə yanaşı, həm də dərginin müxtəlif ölkələr üzrə təmsilciləri vasitəsilə Bolqarıstan Respublikasına, İran İslam Respublikasına, Qazaxıstan Respublikasına, Kərkük, Qırğızıstan Respublikasına, Şimali Kipr Türk Cümhuriyyətinə, Makedoniya Respublikasına, Krım, Türkmənistan Respublikasına, Naxçıvan Muxtar Respublikasına da göndərildi.
İstedadlı tərcüməçi Əliağa Kürçaylının “Gecələr ay olmaq istəyirəm mən” şeiri Anadolu türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” aylık şiir dergisinin 28. sayında dərc olundu. “Hece Taşları” dərgisinin Genel Yayın Yönetmeni Sayın Tayyib Atmaca tərəfindən bəyənildi.
7 iyul 2017-ci il tarixində respublikanın paytaxtı Bakı şəhərində rəsmi səfərdə olan “Hece Taşları” aylık şiir dergisinin Sahibi Sayın Tayyib Atmaca lirik şeirlər müəllifi Əliağa Kürçaylının iki şeirini “Hece Taşları” dərgisinin özəl-xüsusi sayı üçün çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümyənədələrinin yaradıcılıq nümunələrinin toplandığı və bir araya gəldiyi siyahıya daxil etdi. Səbəb isə həmin şeirldə son dərəcə səmimiyyət, həssaslıq və həyat sevgisinin olmasıdır.
Müasir Azərbaycan ədəbiyyatı tarixində öz dəsti-xətti ilə seçilən sevimli şairlərimizdən biri Əliağa Kürçaylının müxtəlif illərdə bir-birindən rəngarəng, zəngin şeirlər, poemalar, tərcümə kitabları işıq üzü görüb. Hər bir kitab öz unikallığı, spesifik xüsusiyyətləri ilə müəllifin illər uzunu qəlbinin dərinliyində gəzdirdiyi və oxucusu ilə bölüşmək istədiyi könül duyğularıdır. Bu müqəddəs duyğulara biganə qalmaq isə olmur. Ən sadəsi ona görə ki, həmin nümunələr səmimiyyətdən və həyata olan sevgidən yazılıb. Bir faktı da unutmayaq ki, Xalq şairi Səməd Vurğun Əliağa Kürçaylının şairlik istedadını müəyyən edib. İstər lirik, istərsə də tərcüməçilik fəaliyyəti ilə məşğul olmasına baxmayaq, Əliağa Kürçaylı yaşadığı dönəmdə özünün-yaradıcılıq fəaliyyətinin zirvəsində olub. Respublikanın ən ünlü mətbu orqanlarında şeirləri müntəzəm olaraq dərc olunub.
Respublikamızın paytaxtı Bakı, Gənclər şəhəri Sumqayıt və dahi Azərbaycan şairi Nizami Gəncəvinin Ana yurdu doğma Gəncəmizdə fəaliyyət göstərən mətbu orqanlar da Əliağa Kürçaylı yaradıcılığına biganə qalmayıb, həmin poeziya örnəklərini mətbu orqanlarda yayınlamaqla, Ustad ruhuna sevgi və sayqılarını sunublar. Bu yönümdən, “Olaylar” İnformasiya Agentliyində və “Olaylar” qəzetində, “Ruzigar” (Gəncə şəhəri), Azərbaycan Jurnalistlər Birliyinin mətbu orqanı “Möhtəşəm Azərbaycan” və elektron orqanları “gundelik.info” və “edebiyyat-az.com” saytlarında, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin mətbu orqanı “Sözün sehri” qəzetlərinin səhifələrində işıq üzü görüb.
Əsası Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan-Azərbaycanın mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinə dövlət səviyyəsində diqqət və qayğının göstərilməsi Əliağa Kürçaylı yaradıcılığndan da yan keçməyib. Bu uğurlu uzaqgörən daxili siyasət çağdaş dönəmdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, 12 yanvar 2004-cü il tarixli “Latın qrafikalı Azərbaycan əlifbası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” Sərəncamına uyğun olaraq, “Seçilmiş Əsərləri” “Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən 400 səhifə həcmində, 25000 tirajla işıq üzü gördü. Bu kitab 1989-cü ildə “Azərnəşr” tərəfindən işıq üzü görən “Seçilmiş Əsərləri”nin nəşri əsasında təkrar nəşrə hazırlandı. Ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar elm xadimi Bəkir Nəbiyevdir.
“Səfərdən qalmayan ömür” sərlövhəli məqalədə akademik Bəkir Nəbiyev istedadlı şair Əliağa Kürçaylının gənclik çağlarından ömrünün son gününə qədər olan dönəminə nəzər salıb, şeirlərini spesifik xüsusiyyətlərini araşdırır, ədəbiyyat üçün gətirdiyi yenilikləri sadalayır, nəfis tərtibatla işıq üzü görmüş “Ülkər” kitabına xüsusi yer ayırır, təbələlik illərində keçirdiyi günləri yadına salır, özündən sonra zəngin ədəbi irs qoyduğuna görə oxucuları həmin nümunələr ilə yaxından tanış olmağa çağırır.

Bakı şəhəri.25 sentyabr 2017-ci il.