Silindi qəlbimdən hər ağrı-acı,
Ölkələr simənim üstə görüşdü.
O, Qoç KOROĞLUnun misri qılıncı,
BABƏKin qolları yadıma düşdü.

Söz-söz, cümlə-cümlə alışmağından
Duyurdum qayğılı, doğma səsini.
Qızıl üfüqlərdə sökülmürdü dan,-
Dəridən çıxırdı şair NƏSİMİ.

Zəkanla zirvələr, hədlər aşmağın
Sevincdən gözümün yaşarmasıydı.
Kürsüdə köpürüb, coşub-daşmağın,-
Kürün bənd-bərəbi aşırmasıydı.

Bir kərə düşməyən çətinə, dara,
Ürək də heç elə ürək deyilmiş.
Uca amallarla yaşayanlara,
Uca boy-buxun da gərək deyilmiş…

Uzaq keçmişimdə hər həftə, hər il
Gözümə, könlümə köçrülməlidir.
Xalqın böyüklüyü say ilə deyil,
Böyük şəxslər ilə ölçülməlidir.