“Pergament” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən Azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicatın “Gəncəli müdrik” adlı yeni kitabı 334 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.

Kitab böyük mütəfəkkir, dahi Azərbaycan şairi və tarixi-mizin önəmli şəxsiyyətlərindən olan Mirzə Şəfi Vazehin həyatı və həyat mübarizəsi haqqındadır.

Qeyd edək ki, bundan öncə tanınmış yazıçı Əlisa Nicatın “Qızılbaşlar”, “Tiranlar və kölələr”, “Sarsılmaz Mir Cəfər”, “Ehram” kitabları nəşr olunmuşdu.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.