https://d.radikal.ru/d11/1906/85/2b86682bc676.jpg

https://c.radikal.ru/c03/1906/1b/cf147d734050.jpg

https://c.radikal.ru/c06/1906/bd/c9ae21308758.jpg

https://a.radikal.ru/a00/1906/1f/2455fbf4893d.jpg

https://c.radikal.ru/c28/1906/bc/299a0bc40149.jpg

https://c.radikal.ru/c34/1906/1f/f9440a59a294.jpg

https://d.radikal.ru/d43/1906/d1/714d809bb959.jpg

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər S.Rüstəmov adına uşaq incəsənət məktəbində Abşeron rayon Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin kollektivi hesabat konserti ilə çıxış edib.

Konsertdə məktəbin xor kollektivinin ifasında S.Rüstəmovun “Sumqayıt” , E.Sabitoğlunun “Azərbaycan”, İ.Abdullayevin “Hepimiz bir günəşin zərrəsiyik”, H.Xanməmmədov “Aldatmayaq bir birimizi”, nağara çalanlar ansamblının ifasında “Yallı”, xanəndəlik sinfi şagirlərinin ifasında “Qarabağ şikəstəsi”, sazçalanlar ansamblının ifasında “Azərbaycanım” mahnıları, şagirdlərin solo ifalarında P.İ.Çaykovskinin “Yatmış gözəl”, D.Shostokoviçin “Vals № 2” , E.Sabitoğlunun “Gözümdə Leylisən” , F.Əmirovun “Vals”, V.Montinin “Çardaş”, L.Şittenin “Etüd” əsərləri dinlənilib. Konsertdə iştirak edən Sumqayıt regional Mədəniyyət İdarəsinin rəisi mehman Şükürov dərs ilinin müvəffəqiyyətlə başa çatması münasibətilə şagirdləri təbrik edib, yeni dərs ilində uğurlar arzulayıb.

S.Rüstəmov adına 3№-li uşaq incəsənət məktəbində daha bir konsert proqramını məktəbin şagirdlərindən ibarət “Uğur” xalq çalğı alətləri ansamblı (bədii rəhbəri İsmayıl Quliyevdir) keçirib. Konsertdə ansamblın ifasında xalq mahnıları, təsniflər, şagirdlərdən Rövşanə Əliyevanın ifasında “Qaragilə “, Namiq Nuruşovun ifasında “Sudan gələn sürməli qız”, Rəvan Abdullazadənin ifasında ” Gülə-gülə”, Hüseyn Qədirovun ifasında “Yadıma sən düşəndə”, Nigar Kiçikbəyovanın ifasında “Elə bəndəm”, Nəzrin Hüseynlinin ifasında “Ay bəri bax”, Şövkət Alxanlının ifasında “Tellərini yan dara qız” və s. maraqla dinlənilib. Sonda dərs ilində fərqlənən şagirdlər Fəxri Fərmanla təltif olunub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mətbuat xidməti