Şəhla RAMAZANQIZI.”Qanı təmiz ola bilməz”

Düşməninə əl çaldıran,
Rüşvətlə könül aldıran,
Millətinə əl qaldıran,
Qanı təmiz ola bilməz.

Yalanı dilinə yatan,
Özgə mala nəfs atan,
Halalına haram qatan,
Doğru namaz qıla bilməz.

Kasıbların haqqın yeyən,
Məharətlə yalan deyən,
Şeytanına boyun əyən,
Könüllərdə qala bilməz.

Ürəyində yoxsa həvəs,
Quru sözlər, çığırtı, səs.
Vətənini sevməyən kəs,
Qarabağı ala bilməz.