Yağmur ƏSMƏRSOY.”Mən bir az gecikdim”

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

Mən bir az gecikdim,
Bildiyin kimi ev eşik yır yığış.
Sən tələsdin görüş yerinə
Əqrəblərdən asılmış tələskənliyi,
Duymaq olardı, qəlbinin döyütüsündən.
Bəlkə də mən gəldiyim də,
Sən getmiş olacaqdın.
Nə mən sönmüş şam
Nə sən qalanmış ocaqdın.
Bildiyin kimi ev eşik yır yığış,
Çıxmağım gec olur-
Biraz da sən məni başa düş anla,
Ev eşik yır yığış, yox çıxmaq olmur.
Onda saat saat tələsəcəkdin
Mən də yığış yığış gecikəcəkdim.

22.04.2020