Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

OLMASIN.

Bidiyini əldən verən deyilsən,
Ahım çatıb göyün yeddi qatına,
Nə yaxşı ki, sən yuxuma gəlirsən,
Neçə-neçə söz qoşuram adına,

Əriyirəm bir şam kimi gər zaman,
Gözlərimdən yağı axıb tökülür,
Boylanırsan ulduz kimiı uzaqdan,
Könül evim kərpic-kərpic sökülür.

Canım, gözüm, mələklərin şahısan,
Ağlar ruhum yaxın gəlmir canıma,
İndi mənim bayatımsan, ahımsan,
Dərd hopubdu ciyərimə, qanıma.

Ulu eşqə and içirəm hər zaman,
Tay getmirəm nə ocağa, nə pirə,
Olma gülüm ev uçuran, qəlb qıran,
Bir ümid ver , gələn nurlu səhərə.

Tay şeirə sığmır bizim eşqimiz,
Tut əlimdən yazaq sevgi dastanı.
Qoy olmasın bir dərdimiz, qəmimiz,
Xoşbəxt eylə şair Əziz Musanı.

ÖPÜM GÖZLƏRİNDƏN

Söndürmə ruhumu eşq əzabıyla,
Dünya nə gözəldi səninlə gülüm.
Sevgi bir sınaqdı, haqq-hesabıyla,
Ağlayır sızlayır hələ də dilim.

Hələ gözlərimdən qan yaş fısqırır,
Üfür bu ocağı qoyma sönməyə,
Məni tənha görüb dərdim qışqırır,
Taqətim qalmayıb daha dinməyə,

Sənsiz çəkilibdi göylərin nuru,
Gecələr göz yaşım axır balınca.
Sevmir eşq səbiri, sevgi qüruru,
Səni sevəcəyəm ömrüm boyunca.

Ürəyim yarpaq tək titrəyir əsir,
Bayıldım hüsnünü görəndə sənin,
Ruhum gözlərində olubdu əsir,
Mənim həyatımdı isti nəfəsin,

Qoyma keyf eyləsin zülmət , qaranlıq,
Ol günəşim, ayım, ay nazlı mələk,
Mən sənsiz ölərəm, düşün bir anlıq,
Gəl öpüm gözündən, sevinsin ürək.