Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Azərbaycan mətbuatında 50 ildən artıq yazıları ilə çıxış edən görkəmli və istedadlı yazıçı-publisist Natiq Səfiyevin “Nicat” hekayələr toplusu kitabı 2012-ci ildə “Adiloğlu” nəşriyyatı tərəfindən 68 səhifə olmaqla 150 tirajla dərc olunub.Kitabın ön sözünün müəllifi Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əjdər Daşdəmiroğlu, redaktoru Azərbaycan Xarici Dillər Universitetinin müəllimi Güntəkin İlyasovadır.

Kitabın ön sözündən sonra Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qobu” qəzetinin baş redaktoru Məmmədağa Ağarzaoğlunun “Fəxr edirəm ki, belə bir dostum var”, Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquqşünas-şair Mahir Rəfizadənin “Dostum haqqında bir neçə söz” adlı məqalələri yer alıb.

“Nicat” hekayələr toplusu kitabı Natiq Səfiyevin oxucularla sayca onuncu görüşüdür.Kitaba “Bu da mənəm”, “Nicat”, “Repressiya qurbanı”, “Günah”, “Ana müqəddəsdir”, “Darıxma, Məhbubə!” hekayələri daxildir.Kitab geniş oxucu kütləsi nəzərdə tutulmuşdur.