Şairə Xəyalə Sevilin  “İmza: Xəyalə Sevil” adlı yeni kitabı işıq üzü görüb

Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Xəyalə Sevilin “İmza: Xəyalə Sevil” adlı yeni kitabı işıq üzü görüb.

Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanda ATATÜRK Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalıdır.

Kitab müəllifin oxucularla sayca altıncı görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
və İctimaiyyətlə əlaqələr şöbəsi.