Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”MƏNƏ HAQQ ŞAİRİ DEYƏN ŞAİRLƏRƏ SALAM OLSUN!”

“Dünyanın xoş üzü, sərt üzü burda,
Sevinc üzü burda, dərd üzü burda.
Haqq şairi Rafiq Yusifoglunun
Bərq vurur brilyant, dürr sözü burda…”
Hafiz Rüstəm


“Rafıq Yusifoğlu şəxsiyyəti, yaradıcılığı ilə
könüllərdə taxt-tac qurmuş görkəmli şairimizdir.
Belə yaradıcı insanlarımız indi tək-təkdi.”
Zülfüqar Şahsevənli

Mənə Haqq şairi deyən şairlərə salam olsun!
Qəlbimizi nurlandıran bir ilahi kəlam olsun!
Gəlsin xəbislər ordusu qorxumuz yox zərrə qədər,
İman nuru söz mülkündə topdağıtmaz qalam olsun!

Özgə cibə göz dikənlər hər an umur xalqdan gəlir,
Onlar bunu unudur ki, bütün çaylar dağdan gəlir.
Halal ilham mayasını götürür ilahi nurdan, –
Gözəl sözlər ucalıqdan, gözəl sözlər Haqqdan gəlir…

Qovrulub həsrət odunda de, nə qədər göynəyim mən?
Özgələrin ağrısını keçirdim ki, köynəyimdən
Mənim əzizim, xələfim, mənim doğma balam olsun…

Sevgidi dərdlərə məlhəm, sevgidi ürəyə açar,
Xalqın dılini bilməyən “xalq şairi” xalqdan qaçar, –
Mənə Haqq şairi deyən şairlərə salam olsun!

12.12.2021